- 27 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Rio+20 hesabatına görə hazırda yaşıl iqtisadiyyatda çalışanların sayı
10 milyon nəfərdir və onun 5 milyonu bərpa
olunan enerji sektorunda
çalışır. Aşağıdakı qrafikdə Avropada yalnız külək enerjisi sektorunda ça-
lışanların sayı göstərilmişdir: 2010-cu ildə bu rəqəm 238 min 135
nəfər
olmuşdur və 2030-cu il üçün hədəf bu göstəricini 794 min 79 nəfərə çat-
dırmaqdır.
Ümumiyyətlə, belə bir sual ortaya çıxır: yaşıl
iqtisadiyyat əgər ətrafa zi-
yan vurmayan yeni iş yerləri vəd edirsə onda bunlar hansılardır? Cavab üçün
sahələri belə qruplaşdırmaq olar: yüksək səviyyəli biliyə və intellektə sahib
olan şəxslər, həmçinin müəyyən peşə-ixtisas sahibləri və kənd təsərrüfatı
istehsalçıları. Martinez Fernandez və başqaları (13) birbaşa və dolayı ola-
raq insan fəaliyyətinin ətraf mühit üzərindəki mənfi təsirlərini
azaltmağa
istiqamətlənən hər hansı bir işi yaşıl iş olaraq qəbul edirlər
13
.
Xüsusilə, son
zamanlar qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün yaşıl sektorlarda
çalışanları “yaşıl boyunluqlular” (green-collar workers) adlandırmağa baş-
ladılar.
Dostları ilə paylaş: