Microsoft Word Арабов Дизайн 280613. doc


Şəkil 48. E.B Rabkinin rəng dairəsi



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix02.01.2022
ölçüsü4,71 Mb.
#1791
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
Şəkil 48. E.B Rabkinin rəng dairəsi. 
 
I.
 
 qrup.   Yüksək əksetdirmə əmsalına malik xromatik rənglərdən 
ibarətdir. Bu rənglər  əsas səthlərin boyanmasında (tavan, divar, 
dəzgahlar, kuzalar) bina və avadanlıqların rəng xarakteristikasının 
vəhdətini təşkil etməkdə istifadə edilir. Texnoloji, konstruktiv və 
yığma tələblərinə uyğun olaraq tutqun, parıltılı  və yarımparıltılı 
rənglər daha əlverişli olur. 
II.
 
qrup.   Əsas səthlərin bəzi ayrı-yrı hissələrini boyayaraq o biri 
hissələrdən seçilməsinə, diqqəti cəlb etməyə nail olmaq üçün istifadə 


 
69
edilir (qoruyucu sutka, idarəetmə pultu, müxtəlif seçiləsi hissələr və 
s.). 
III.qrup.   Az əksetdirmə  əmsalına malik rənglərdən ibarət olub
əsasən avadanlığın lazım olan hissələrini hərəkət maşınlarını, təhlükə 
siqnalını, müxtəlif yerlərdə istifadə edilən boruları, yanğın 
təhlükəsizliyi avadanlıqları, yüksək sürətlə  fırlanan hissələrin və s. 
yerləri boyamaq üçün nəzərdə tutulur. 
V.V. Bloxun tərəfindən istehsalat sahələrinin boyanmasını dörd 
qrupa ayırmaq təklif edilir. 
I. qrup.   –tikinti konstruksiyaları 
II. qrup.   – işçi hissələrin elementləri və düyünləri 
III. qrup.   – sexin qaldııcı-daşıyıcı avadanlıqları 
IV. qrup.   – kommunikasiya xətləri 
Iş yerinin rəngi yaxşı görünməli və görmə orqanının 
yorulmamasına nail olunmalıdır.  Əsasən iş yerləri üç-dörd rənglə 
kifayətlənməlidir, ona görə ki, çox rənglər fikrin dağılmasına səbəb 
olur. 
Fransız mütəxəssisi Moris Deribere sənayenin interyerinin 
optimal boyanmsı üçün aşağıdakı uyğunluğu tövsiyə etmişdir: 
       Divarların rəngi          
Dəzgahların rəngi 
        Açıq, sarı-qırmızı                         
Açıq-yaşıl 
        Ət rəngi Mavi 
 
        Krem rəngi  
Açıq-yaşııl 
        Oxra, solğun-sarı Açıq-mavi 
Açıq sarı-qırmızı  rəng divarların boyanmasında istifadə edilə 
bilər. Döşəməni divar və tavanla harmonika təşkil edən açıq rənglə 
boyamaq təklif edilir. 
Sexlərin boyanması üçün rənglərin seçilməsinə verilən ümumi 
rəylərdən belə  nəticəyə  gəlmək olar ki, fizioloji və psixoloji şərtləri 
nəzərə alaraq, optimal uyğunlaşma yaratmaqla açıq və  şən rənglərə 
üstünlük vermək lazımdır. 


 
70

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin