60
16. STANDART VƏ ESTETIKA
Standartlaşdırma milli iqtisadiyyatın inkişafı və beynəlxalq
münasibətlərin genişləndirilməsi üçün əsas vasitələrdən biridir.
Keçmiş SSRİ-də Əmək və Müdafiə Şurası nəzdində 1926-cı ildə
standartlaşdırma komitəsi yaradılmışdır.
Standartlaşdırmada məhud sayda
parametrlərin müxtəlif
kombinasiyasəndan çox geniş çeşiddə məmulların müəyyən tələbatı
ödəyən istehsalını yaratmaq mümkündür.
Təbiətdə çoxlu sayda sadə elementlər olsa da, onun 99,5%-ni 12
əsas element “ standart” təşkil edir. Bu prinsip standartlandırmada da
əsas qəbul olunmuş və standartlaşdırma üçün – parametrik standart
sıranın yaradılması üçün münasib rəqəmlər sırasından istifadə olunur.
Bu sıranı ilk dəfə olaraq fransız mühəndisi Şarl
Renard tərtib etmişdir
(1886-cı il).
1956-cı ildə Beynəlxalq standartlaşdırma komitəsinin qərarı ilə
bu sıra qəbul edilmişdir. Beynəlxalq standartlar təşkilatı bunu 1953-cü
ildə qəbul etmişdir. (QOST 8032-56). Bu münasib rəqəmlər sırası
cədvəl 1-də verilmişdir. Beynəlxalq standartlar təşkilatı bunu 1953-cü
ildə qəbul etmişdir. Insan tərəfindən hazırlanan məhsulların utilitar-
funksional, konstruktiv-texnoloji, ekonomik, sosial,
estetik-ideya
keyfiyyətlərini nəzərə alan xüsusiyyətlərə ayırmaq olar (Şəkil 47).
Standartın əsasını faydalılıq, utilitarlıq, məqsədəuyğunluq və
gözəllik təşkil edir. Standartlar yaxşı və qənaətbəxş ola bilməz, onlar
daha mükəmməl olmalı, utilitar-funksional-texniki
tələbləri
öyrənməkdən başqa estetik tələbləri də tam ödəməlidir. Texniki
mükəmməlliyin və standartın estetikliyini,
istehsalat məhsulunun
forma dəyişməsinin əsas parametrlərindən biri olaraq həndəsi və
münasib rəqəmlər sırası təşkil edir.