Microsoft Word Арабов Дизайн 280613. doc


Erqonomika (yunan sözü olub, erqon-iş, nomos-qanun



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə47/60
tarix02.01.2022
ölçüsü4,71 Mb.
#1791
1   ...   43   44   45   46   47   48   49   50   ...   60
 
Erqonomika (yunan sözü olub, erqon-iş, nomos-qanun 
sözlərinin birləşməsindən yaranıb)
 - əmək prosesində insanın 
funksional imkanlarını öyrənən, işçinin  əmək məhsuldarlığını, iş 
qabiliyyətini yüksəltmək üçün optimal şəraitin yaradılması 
imkanlarını  və qanunauyğunluqlarıyı  aşkara çıxaran elmi fəndir. 
Erqonomika texnika elmləri, mühəndis psixologiyası, fiziologiya, 
antropometriya,  əmək gigiyenası  və sosiologiyanın məlumatlarına 
əsaslanır. 
 Erqonomikanın tədqiqat sahələri: 
1. Fiziki mühitin, insanın funksiolnal vəziyyətinə  və  iş 
qabiliyyətinə  təsirinin tədqiqi, mühitin zərərli təsirindən orqanizmi 
mühafizə edən effektiv vasitələrin hazırlanması. 
2. Psixoloji, fizioloji – gigiyenik və estetik tələblər nəzərə 
alınmaqla, idarəetmənin müxtəlif növ vasitə  və  məntəqələrinin 
əlverişli yerləşdirilməsində ümumi prnsiplərin müəyyən olunması. 
3.  İcraçılarda möhkəm profesional dinamik stereotiplərin 
yaranmasına təsir göstərən iş yeri və  şəraitinin layihələndirilməsinə 
təlabatın təyini. 
4. Qavrama və hissetmə  hədlərindən, analizatorların iş 
qabiliyyətindən, işıq və  rəng siqnallarından asılı olaraq müxtəlif tip 
indiqasiyaların (görmə, eşitmə  və s.) optimal xarakteristikalarının 


 
80
effektivliyinin təyini, idarəetmə orqanlarının, onların diktə etdiyi iş 
hərəkətlərinin insanın reflektiv reaksiyasına uyğunluğunu nəzərə 
almaqla, səciyyəvi xassələrinin təyini. 
 Erqonomikanın  tədqiq etdiyi sistem insan- əmək aləti-istehsal 
mühitidir.  İnsan bu sistemin elə bir hissəsidir ki, onu dərhal 
dəyişdirmək mümkün deyildir. Odur ki, bu sistemin digər hissələrini 
məhz insana uyğunlaşdırmaq daha məqsədəuyğundur. 
  İstehsalatda məhsulun hazırlanması zamanı insan və 
məhsulun keyfiyyəti arasinda erqonomikaya 3 əsas xarakterik 
uyğunluq olmalıdır: antropometrik, psixofizioloji və estetik 

 
Antropometrik uyğunluq-insanin antropometrik 
xüsusiyyətlərinin (ölçü, çəki, fiziki qüvvə, iş zamanı  hərəkət imkanı 
və istismarı) konstruksiya düzgün seçilmiş parametrləri ilə xarakterizə 
edilir. 

 
Fizioloji uyğunluq- insanın görmə, eşitmə, qoxu bilmə
duyğu qabiliyyətinin məhsul ilə uygun olması 

 
Estetik uyğunluq- insanın  məhsula baxan zaman aldığı 
estetik zövq (hormoniklik, mütənasiblik, rəng, miqyas və s.) və 
məhsulun funksional təyini ilə tam uyğunluğu. 
 
24. ANTROPOMETRIK TƏLABAT 

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin