Cədvəl 4
Işıqlandırılma göstəriciləri
Tələb olunan
işıqlandırma
Ümumi
işıqlandırma,
lk
Yerli
işıqlandırma,
lk
Əlavə
ümumi
işıqlandırma,
lk
Çox zəif 30
-
-
Zəif 60
-
-
Orta 100
250
20
Güclü 250
500
40
Çox güclü
600
1000
20
Xüsusi güclü
-
1000
300
Cədvəl 5
Kapitalist ölkələrində işıqlandırma norması
İşıqlandırma norması, lk
İşin xarakteri
AB
Ş
İngil
tə
rə
Fransa
İsveçr
ə
Finlandi
ya
Hollandiya
Fövqəladə dəqiq
1000-
10000
2000
500-
2000
100-
2000
1000-
2000
1000
Çox dəqiq 1000
1000
300-500 300-500
500
500
Dəqiq 500
300-500 100-300
300
300
250
Adi
300 100 50-100 150 150 80
Adi və fasiləli 100 70 50 40-80 80 60
Kobud
50 30 30 20 40 30
76
Müəssisələrin düzgün işıqlandırılması əmək məhsuldarlığını
artırır və insanın sağlamlığını qoruyur.
İşıq və rənglər müəyyən kontrast təşkil edir. Süni işlqlandırmada:
1.
Qırmızı, narıncı və sarı rənglər açılır, yaşıl, mavi, göy,
bənövşəyi rənglər tündləşir, tünd yaşıl rəngin işıqlılığı dəyişmir.
2.
Qırmızı rənglər daha yığcam olur.
3.
Narıncı rəng qızarır.
4.
Açıq sarı rəng ağ rəngdən az fərqlənir.
5.
Mavi rəng yaşılı olur və bir çox hallarda yaşıldan daha
soyuq olur
6.
Göy rəng az tündləşir, qara-göy qaradan fərqlənmir.
7.
Bənövşəyi rəng – kül rəngindən fərqlənmir.
21. MAŞINQAYIRMADA RƏNG VƏ FUNKSIONAL BOYAMA
İnsanı əhatə edən rənglərin müxtəlifliyi onun həyatına çox böyük
təsir göstərir. Bir çox tədqiqatçılar təyin etmişlər ki, rəng və işıq;
rənglərin bir çox çalarları insanların psixologiyasına və estetik
qavrayışına müxtəlif nəticəli təsirlər edir. Bir çox çalarlar insanın
əhvalına çox xoş gələr , digərləri az, bir başqaları isə heç xoşuna
gəlməz. Buna görə dizaynerlər bu məsələyə çox diqqətlə
yanaşmalıdırlar.
Çoxsaylı sınaqlar göstərmişdir ki, rənglərin spektrial tərkibi və
intensivliyi insanın yalnız görmə aparatına deyil, onun ürək-damar
sisteminin fəaliyyətinə, endokrin, mərkəzi və ətrafsinir sisteminə
habelə hissiyyat üzvlərinə də təsir edir. Məsələn qırmızı rəng gözün
daxili təzyiqini artırır, mavi rəng isə müsbət təsir edir.Tədqiqatçılar
müəyyən etmişlər ki, əmək məhsuldarlığı və qəza baş vermə hallarının
tezliyi işci yerin səthinin rəngindən və işıqlandırma sisteminin
intensivliyi arasında müəyyən asıllıq vardir.
77
Bir çox müəsisələrdə işçi yerlərinin rasional rənglənməsi əmək
məhsuldarlığının 25% artmasına nail olmuşdur. Elmi nəticədən məlum
olmuşdur ki, insanın görmə orqanı təbiətdə olan rənglərə daha
həssasdır. Hesablamışlar ki, qara sapı qara fonda tapmaq üçün insan
ağ tona nəzərən 2100 dəfə çox enerji sərf edir.
Konstruktorlar (dizaynerlər) maşınların rəngini seçən zaman çox
diqqətli olmaları vacibdir. Rənglərin düzgün seçilməsi ilğım halına
gətirib çıxara bilər. Əgər iş vaxtı insan rəngləri seçə bilməzsə buna
monoxromoziya (rənglərin tam seçmə korluğu) deyilir.Qırmızı, yaşıl
və mavi rənglərin seçılməsi çətinləşərsə buna anomal trixromoziya,
qırmızı rəngin tam seçilməsinə isə anomal dixromoziya (daltonizim)
deyilir. Bunu da bilmək lazımdır ki, anadangəlmə rəng seçmə
qabiliyyəti insanlarda az deyildir (kişilər arasında 8%, qadınlar
arasında 0,5%). Şəraitdən asılı olaraq rənglər insanda müxtəlif hisslər
yaradır.
Rənglərin bir neçəsi insanda yüngüllük və ya ağırlıq, cismin eyni
məsafədə olmasına baxmayaraq yaxın və yaxud uzaq olması kimi
görünür. Məsələn, narıncı rəngli otaq, mavi-yaşıl rənglənmış otaqdan ,
eyni temperaturada olmasına baxmayaraq daha isti olduğu təsiri
bağışlayır.
Kütləvi istehsal olunan dəzgahların yaşıl, boz-mavi, şabalıdı, ət
və boz rənglə boyanması məsləhət görülür. Bu rənglər düzgün
seçilmiş istehsalat yerlərinin rənginə uyğun olarsa, görmə orqanının
yorulmasına imkan vermir. Müxtəlif rənglərin psixoloji təsirinin
nəzərə alınması təhlükəsizlik texnikasında vacib məsələlərdən biridir.
78
22. İSTEHSAL BINALARININ INTERYERLƏRININ
IŞIQLANDIRILMASI VƏ BOYANILMASI
Hazır məhsulun keyfiyyətli təzahür edilməsində rəngin böyük
əhəmiyyəti vardaır. Bünövrələrin, ağır konstruksiysların, gövdələrin
rənglərini, ağırlıq rəngi kimi qəbul olunmuş tünd rənglərlə boyanması
lazımdır. Bu rənglər onların yerinə yetirdiyi funksiyaya uyğun gəlir.
Tam tünd rənglə boyanmış maşınlar baxımlı görünüşdə olmurlar və
çox işıq udurlar. Bir çox mütəxəsislər bu maşınları açıq-boz, açıq-
yaşıl, yaşıl-mavi tonlu rənglə boyanmasını məsləhət edirlər ki, bu
rənglər yüksək əks-etmə əmsalına malikdirlər (60%-ə yaxın) və
sərinlik təsiri edirlər. Bundan başqa maşın və dəzgahların hissələri elə
rənglənməlidir ki, bunlar rəng kontransı əmələ gətirsin. Belə
rəngləmə metodu görməni işçı hissələr arasında dəqiqliyi artırir ki, bu
da öz növbəsində əmək məhsuldarlığını və keyfiyyətini artırır. Böyük
sahələri parıltılı rənglə boyanması məqsədəuyğun sayılmır.
Hissələr yığılan sahəni açıq tonlu rənglə boyanması məsləhətdir
ki, bu yığmanı rahatlaşdırır, nəzarət və tənzimlənməni asanlaşdırır.
Eksperimental elmi tədqiqat Metalkəsən dəzgahlar instutunda
1967-ci ildə “Metalkəsən dəzgahlarin boyanması” normalı
işlənmişdir. Bu normalda dəzgah emalının etalonu; boz, açıq-boz,
yaşıl-mavi, şabalıdı ət rəngi tövsiyyə edilmişdir.
Hərəkət edən maşınlar(yükdaşıyıcı texnikalar, kranlar,
avtoyükləyicilər, avtomaşınlar, elektrokranlar və s.) ümumi fondan
ciddi seçilməlidirlər. Bunlar özlərinə maksimal diqqət cəlb etmələri
üçün güclü kontras yaradan ,arxa və ön tərəfdən, sarı və qara xətlərlə
təmin olunmalıdırlar. Erqonomik baxımdan müxtəlif rənglərdən
minimal istifadə etmək məsləhətdir. Bir çox hallarda 2-3 rəngdən
istifadə edərək lazım olan effekti almaq olur.
İstehsalat binalarının daxili divarlarını dümağ rənglə boyamaq
lazım deyil, çünki çox işıqlı işçi yeri nisbi göz tutulmasına bais olar.
79
Çox zaman istehsalat binalarının divarlarının boyanması üçün açıq-
yaşıl, açıq-mavi və ya açıq-sarı rənglərdən istifadə edilir. Əgər divarın
aşağı hissəsini tünd rənglə boyamaq tələb olunursa, bu panelin
hündürlüyü 1-1.5 m-dən yuxarı olmamalıdır. Tavanın ağ rənglə
boyanması yaxşı əksetmə qabiliyyətinə malik olur ki, bu da işçi yerin
işıqlanmasına səbəb olur. Döşəmənin boyanması üçün açıq tonlar
məsləhət görülür. Bu tonlar işığı çox güclü əks etdirir.
23. ERQONOMIKA
Dostları ilə paylaş: |