71
İstehsalatda rənglərin gözü yormasına xüsusi diqqət yetirmək
lazımdır.
Gözü ən çox yoran rəng bənövşəyi-göy,nisbətən az yoran
qırmızı, ən az yoran isə yaşıl rəngdir.
Rəng harmonikası kontrast və nüans qruplarına bölünür. Kontrst
harmonikada kompozisiyanı əks xarakterli rənglərdən qururlar. Bu
rənglər rəng dairəsində bir – birindən uzaq olan rənglərdir.
Misal
üçün, ağ – qara – sarı, qırmızı – yaşıl – bənövşəyi və s. Kompozisiya
yaradarkən ilk növbədə onu təşkil edən əsas rəng seçilməli, digər
rənglər isə bu rəng ətrafında kontrast təşkil etməlidir.
Nüans harmonikasının əsasını rəng dairəsində bir – birinə yaxın
olan rənglər təşkil edir, məsələn narıncı – sarı və yaşıl rənglər.
Bunlardan
biri əsas qəbul olunur, digərləri isə onu tamamlayır, bir növ
kölgə yaradır.
Rəng harmonokası və rəng kompozisiyası qurarkən aşğıdakıları
nəzərə almaq lazımdır:
1.
Rəng dairəsindəki böyük və kiçik intervallarda yerləşən
rənglərin əlaqələndirilməsi daha yaxşı effekt verir. Orta intervaldakı
rənglərin əlaqələndirilməsi yaxşı nəticə vermir.
2.
Kiçik intervalların əlaqələndirilməsi eyni rənglərin kölgəsi
kimi görünürş rəngləri əlaqələndirdikdə işıqlandırma eyni olmalıdır.
3.
Daha tünd rəngi açıq rəngə nisbətən az işlətmək lazımdır.
4.
Isti rəngləri, soyuq; açıq
rəngləri tünd rənglərlə
əlaqələndirmək olar.
19. RƏNGLƏRIN QARIŞDIRILMASI
Müxtəlif sahələrdə rənglərin qarışdırılmasından geniş istifadə
olunur. Rəngləri müəyyən nisbətdə qarışdırmaqla xromatik və
axromatik rənglər almaq mümkündür. Rənglərin qarışdırılmasının üç
qanunauyğunluğu müəyyən edilmişdir.
72
Texniki estetikada, arxitektura və təsviri
incəsənətdə rəngin
sürüşdürülməsindən geniş istifadə edilir. Məlum olmuşdur ki, iki və
ya bir neçə xromatik rəngin sürüşdürülməsi yeni xromatik rənglər,
onların hissə - hissə sürüşdürülməsi isə axromatik rənglər verir. Bu
əsasda rənglərin sürüşdürülməsinin üç əsas qanunu vardır.
Birinci
qanun: hər bir xromatik rəng üçün digər xromatik rəng
tapmaq olar ki, onu birinci ilə müəyyən
nisbətdə sürüşdürdükdə
axromatik rəng alınsın. Belə cüt xromayik rənglər əlavə rənglər
sayılır. Məsələn, qırmızı rənglərə əlavə rənglər göy – yaşıl, mavi
rənglərə - göy, sarı rənglərə - yaşıl parıldayan rənglər olur.
Ikinci
qanun: iki qeyri - əlavə müxtəlif tonlu xromatik
rənglərin
sürüşdürülməsi həmişə yeni rəng tonu verir. Bu ton işıq dirəsində
qarışdırılan tonların arasında yerləşir. Məsələn, qırmızı və sarı rəngi
qarışdıraraq çəhrayı, qırmızı və göy rəngləri qarışdırdıqda mavi rəng
alınır. Bu qanundan aşağıdakı çox vacib nəticə çıxır:
hər üç rəngdən
(qırmızı, yaşıl, göy) qarışdırma ilə hər cür rəng almaq olar.
Üçüncü
qanun: sürüşdürmə nəticəsi qarışdırılan rənglərdən
asılıdır, ancaq bu rəngləri yaradan işıq sellərinin spektral tərkibinin
heç bir rolu yoxdur. Bu qanunun xüsusiyyəti ondadir ki, üç və ya dha
çox rəngin sürüşdürülməsindən alınan nəticə o rənglərin ayrı –
ayrılıqda cüt – cüt sürüşdürülməsindən və toplanmasından alınan
nəticə ilə eynidir. Belə sürüşmə additiv adlanır.
Rənglərin sürüşdürülməsi əsasında kalorimetriya – rənglərin
ölçülməsi elmi yaranmışdır. Rəngkarlıqda rəng və parlaqlıq
kontrastları böyük rol oynayır. Laboratoriya şəraitində rənglərin
ölçülməsi üçün mükəmməl aparatlar – spektrofotometr, elektron
komporator və s. işlədilir.
Müxtəlif mayelərin, qazların nəqli üçün nəzərdə tutulmuş boru
kəmərlərinin bir – birindən fərqləndirmək
üçün rəng işarələrindən
73
istifadə olunur. Şəkil 50 – də boru kəmərlərini fərqləndirici rəng
nişanları təsvir olunmuşdur.
Dostları ilə paylaş: