Hərəkət edən nəqliyyat vasitələrində fasiləsiz dəyişən
mütənsiblik ritmi əmələ gəlir. Bu ritm yeni dinamiki formalı, yüksək
sürətli nəqliyyat növlərinin yaranmasına səbəb olur (avtomobildə,
təyyarədə, gəmidə).
15. KONTRAST VƏ NÜANS
Bədii layihələndirmədə kontrast və nüans müxtəlif istehsalat
obyektlərinin eyni və ya başqa nisbətdə eyni keyfiyyətin və
xüsusiyyətin uyğunluq və ya oxşarlıq dərəcəsini xarakterizə edir.Eyni
keyfiyyət göstəriciləri arasında əsaslı fərq olduqda bu – kontrast,
azacıq fərq olduqda isə nüans adlanır.
Böyük və kiçiyin, ağır və yüngülün, üfüqü və şaqulinin, ağ və
qaranın müqayisəsi elementlər arasında kontrast olduğunu göstərir
(Şəkil 45).
Nüans barədə o zman deyilir ki, elementlər arasında bir-biri ilə
az (çətin) seçilən forma, rəng, ölçü müqayisəsi aparılsın.
58
Bütün halda müstəqil müqayisə konrast və nüans adlana bilməz.
Belə müqayisə yalnız eynicinsli elementlərin xüsusiyyətlərini
müqayisə edərək qarşı-qarşıya qoymaqla olar (ölçü, forma, rəng və s.).