Bədii konstruksiyaetmədə də arxitekturada olduğu kimi
özünəməxsus kompozisiya vasitələrindən istifadə edilir. Bu
elementlərin qanunauyğun olaraq təkrar olunması və yerdəyişməsidir.
Elementlərin təkrarlanmasının iki növü vardır: metrik və ritmik, (metr
və ritm).
Metrik sırada təkrar olunan elementlər öz fiziki təyinatlarına
görə eyni ardıcıllıqla yerləşdirilir. Avtobusda oturacaqların
yerləşdirilməsi, şkafların sıra ilə yerləşdirilməsi idarəetmə pultu. Əgər
sıra bir elementdən təşkil olunmuşsa, bu metrik sıra sadə təkrarlanan
sıradır (Şəkil 40). Əgər kompozisiyada bir neçə element iştirak edərsə,
bu sıra mürəkkəb təkrarlanan metrik sıra olur (Şəkil 41).