55
Şəkil 42. Metrik və ritmik sıralar
Ritm –
(yunanca quruluşa uyğun ölçü ) ardıcıllığın daha
mürəkkəb forması, elementlərin ardıcıl olaraq təkrarlanması deməkdir.
Bədii əsərin quruluşuna dəqiqliyinə təsir
edir və onu daha da
təkmilləşdirir, daha baxımlı edir (şəkil 41, 42).
Ritmin də miqyas kimi öz xüsusiyyətləri vardır. Ritm binaların
elementlərinin, əşyaların istehsalat dəzgahlarının sayının, formasının,
ölçüsünün artmasını və ya azalmsını, təkrarlanmasını xarakterizə edir.
Ritmik sıralar
azalan və artan, kontrast və nüans olur. Ritm aydınlığa
dəiqliyə təsir edir, konstruksiyaların quruluşunun tam və daha baxımlı
olmasını saxlayır.
Musiqidə ritm – səslərin müəyyən
nizamla qanunauyğun olaraq
təkrarlanmasıdır. Xoreoqrafiyada ritm – insan bədəninin ardıcıl və
baxımlı hərəkətinin musiqi ilə birlikdə təzahürüdür.Beləliklə, ritm
elementin formanın və onların arasındakı intervalın
qanunauyğun
dəyişməsindən əmələ gəlir. Bərabər intervalla elementlər təkrarlanırsa,
buna
metrik ritm, müxtəlif intervallarda
elementlər təkrar olunursa,
(həndəsi və ya müxtəlif silsilə ilə) buna ritmik sıra deyilir.