Şəkil 43. Avtomobillərdə çıxış xətlərinin müxtəlif ritm verməsi.
Müxtəlif ritmlərin birləşməsi mürəkkəb nizamlar yaradır (Şəkil
44). Metrik- ritmik sıranın alınması üçün yalnız elementlərin
xarakteri və yerdəyişməsi yox, həm də onların sayı əsas götürülür.
Sadə metrik və ya ritmik sıraların yaradılması üçün ən azı 3, 4 element
lazımdır. Elementlərin sayının artırılması ritmi daha cazibədar edir.
Amma bu bir müəyyən həddə qədər olur. Elementlərin sayının daha
çox olması pis effekt verir, ritm pozulur can sıxıcı təkrarlanmaya
gətirir. Ritmik sıra müntəzəm, azalan və artan olur.