“Tibb qəzeti”nin 25 yaşı
tamam olur
Bu günlərdə, görkəmli Azərbay-
can pediatrı, tibb elmləri doktoru,
professor Nəsibə Ağa İsmayıl qızı
Hüseynovanın 90-illik yubileyidir.
1948-ci ildə Moskva şəhərinin
N. İ. Piroqov adına Tibb İnstitutunu
bitirmişdir. Həmin ildən Azərbaycan
Dövlət Tibb İnstitutunun uşaq
xəstəliklərinin propedevtikası
kafedrasının kliniki ordinatoru
vəzifəsində çalışmışdır. 1950-1951-
ci illərdə Laçın şəhərindəki qadın
və uşaq məsləhətxanasının müdiri,
1951-1954-cü illərdə SSRİ-in Tibb
Elmləri Akademiyasının Pedi-
atriya İnstitutunda aspirant olmuş,
namizədlik dissertasiyasını müdafiə
etmişdir.
1955-1959-cu illərdə Ana
və Uşaqların Mühafizəsi Elmi-
Tədqiqat İnstitutunda baş elmi işçi,
şöbə müdiri işləmişdir. 1959-cu
ildən ATİ-nun hospital pediatriya
kafedrasının dosentidir.
1959-1961-ci illərdə SSRİ dövləti
tərəfindən İraqa ezam olunmuş və
orada müharibə şəraitində səhiyyə
müşaviri işləmişdir. Bu şərəfli
həkim işinə görə N. Hüseynova İraq
höküməti və Azərbaycan SSR-nın
Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə
Fəxri fərmanla təltif olunmuşdur.
N.Hüseynova 1969-cu ildən
doktorluq dissertasiyasını müda-
fiə edərək hospital pediatriya
kafedrasının professor vəzifəsinə
keçmişdir. 1970-1992-ci illərdə
ATİ-nun müalicə-profilaktika
fakültəsinin uşaq xəstəlikləri
kafedrasının müdiri olmuşdur,
1992-ci ildən hal-hazıradək həmin
kafedranın professor vəzifəsində
çalışır.
1971-1976-cı illərdə Bakı şəhə-
rində baş pediator, 1970-1991-ci
illərdə Səhiyyə Nazirliyinin IV Baş
İdarəsinin baş pediatoru olmuşdur.
1976-cı ildən hal-hazıra qədər
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin baş uşaq qastroenter-
oloqudur.
1982-ci ildə professor
N.Hüsey nova 17 saylı uşaq şəhər
poliklinikasının bazasında res pub-
lika uşaq qastroenteroloji mər-
kəzinin yaradıcısı olmuş və uzun
illər bu mərkəzdə elmi rəhbər kimi
işləyərək, Azərbaycanın bütün regi-
onlarından mədə-bağırsaq problem-
li uşaqlara yardım etmişdir.
Professor Nəsibə Hüseyno-
va əsasən, uşaqların qidalanması
problemlərinə dair tədqiqatlar
aparmışdır, elmi rəhbər kimi 6 tibb
elmləri namizədi hazırlamışdır, 300-
dən artıq elmi məqalənin və meto-
diki tövsiyələrin müəllifidir, 2013-
cü ildə “Uşaq qastroenterologiya”
dərsliyi, 2014-cü ildə isə “Pediatri-
yada dietoterapiya” dərs vəsaitini
buraxmışdır.
Professor Nəsibə Hüseyno-
va 1984-cü ildə “Səhiyyə əlaçısı”
nişanı ilə, 1986-cı ildə “Əmək
Veteranı” medalı, 1990-cı ildə isə
Azərbaycanın Əməkdar Həkimi
fəxri adı ilə təltif olunmuşdur.
20 sentyabr 2010-cu il tarixində
Azərbaycanda tibb təhsilinin və el-
minin inkişafındakı xidmətlərinə
görə Azərbaycan Respublikası Pre-
zidenti İlham Əliyevin Sərəncamı ilə
“Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Tibb Univer-
sitetinin rəhbərliyi professor Nəsibə
Hüseynovanı 90 illik yubileyi
münasibətilə səmimi qəlbdən təbrik
edir, ona uzun ömür, can sağlığı və
uzun müddətli aktiv həyat arzulayır.
Dostları ilə paylaş: |