Rusiya. Rusiyada üzümün becərilmə tarixi IX-XII əsrlərə aid
edilir. Beynəlxalq Üzümçülük və ġərabçılıq TəĢkilatının (OĠV)
məlumatına görə Rusiyada son illər 5035 min dal (2005) Ģərab
məhsulu istehsal olunmuĢ və bu göstəriciyə görə dünyada 12-ci
yerdə olmuĢdur.
Rusiyada üzüm Krasnodar və Stavropol vilayətlərində,
Çeçenistan, Dağıstan, Kabardin-Bolqar və ġimali Osetiyada;
Astraxan, Volqoqrad və Saratov vilayətlərində, həmçinin Rostov
vilayətində (Donda) becərilir. Onu az miqdarda olsa da,
BaĢqırdıstana qədər orta zolaqda və cənub rayonları daxil olmaqla
uzaq Ģərqdə becərirlər. Sənaye üzümlükləri əsasən ġimali
Qafqazda və Rostov vilayətində inkiĢaf etdirilir. BMT-nin
məlumatına görə Rusiyada üzümlüklərin sahəsi 1992-ci ildəki 107
min hektardan 55 min hektara (2007) düĢmüĢdür. Zavodların bir
çoxu idxal olunan Ģərab materialları hesabına iĢləməkdədir. ġərab
materiallarının çatıĢmaması demək olar ki, bütün Rusiya Ģərab
Ģirkətlərini kömək üçün digər ölkələrə – Moldova, Fransa, Ġtaliya,
CAR və Braziliyaya müraciət etməyə vadar edir. Nəticədə belə
alınır ki, Rusiya Ģərablarının yarıya qədəri xaricdən gətirilən Ģərab
materialları hesabına hazırlanır. Belə Ģərab materialları ölkəyə
böyük sisternlərdə gətirilir, sonra müəyyən emal keçərək istehlakçı
qablarına doldurulur. Hazırda Rusiyanın Ģərab bazarında 200-ə
yaxın Ģirkət iĢtirak edir. ġirkətlərin 1/3 hissəyə yaxını tam
dövriyyəli olub, üzüm becərir və Ģərab istehsal edir. Qalanları isə
əsasən idxal olunan Ģərab materiallarından istifadə etməklə
doldurma ilə məĢğul olur.
Üzümlüklər yalnız dəyərli Ģərabçılıq rayonlarında – Krasnodar
vilayətində (Qara dəniz sahillərində) və Dağıstanda (cənubi
Mahaçqalada) basdırılmadan becərilir. Ölkənin qalan ərazilərindəki
üzümlüklər qıĢda basdırılandır. Rusiyanın məĢhur markalı Ģərabları
aĢağıdakılardır: ağ təbii Ģərablar Rusiyanın cənubunda – Aliqote,
~ 25 ~
Anapa, Aliqote Gəlincik, Rislinq Abrau, Rislinq BeĢtau, Rislinq
Mısxako; Don Ģərabları – Aliqote, KumaĢkoe, Sibirkovıy,
Puxlyakovskiy və baĢqaları diqqətəlayiq yüngüllüyü və xüsusi
zərifliyi ilə seçilir. Qırmızı təbii Ģərablar– Kaberne Abrau, Kaberne
Anapa, Kaberne Mısxako mötədil dolğunluğu, harmonikliyi və
dadda təravəti ilə səciyyələnir və Rusiyanın cənubunda hazırlanır.
Rusiya Mirvarisi, Buket Prikumya, Muskat Praskoveyskiy, Don
Buketi, Çernıe Qlaza, Stavropol Yantarı adında orijinal desert
Ģərablar; Dərbənd, Stavropol, Kuban, Gizlyar və b. adda Brendi
tipli içkilər istehsal olunur. Bu iĢlər Rusiya Nazirlər Kabinetinin
«Rosqlavvino» baĢ üzümçülük-Ģərabçılıq idarəsinin rəhbərliyi
altında yerinə yetirilir. Bu sahənin tabeçiliyində müasir texnika ilə
təchiz olunmuĢ 5 sovxoz-istehsalat birliyi fəaliyyət göstərir. Onlar:
Abrau-Dyurso (Krasnodar vilayəti), Stavropolvino (Stavropol
vilayəti), Donvino (Rostov vilayəti), Daqvino (Dağıstan MR),
Qrozvino (Çeçenistan), həmçinin Kabardin-Bolqar və ġimali
Osetiyada fəaliyyət göstərən Ģərabçılıq müəssisələridir.
Dostları ilə paylaş: |