~ 21 ~
Torpaq-iqlim Ģəraitinin fərqli olması və çoxlu sayda üzüm
sortlarının becərilməsi geniĢ spektirdə Ģərab alınmasını təmin edir.
Ġspaniya Ģərabçılığının mühüm xüsusiyyətlərindən biri,
üzümlüklərin əsas hissəsinin dağlıq ərazidə, bir neçə yüz metr,
hətta min metr yüksəklikdə yerləĢməsidir. Digər fərqli cəhət -
hazırda ölkədə 300-dən çox müxtəlif üzüm sortunun
becərilməsidir. Bu göstəricisinə görə Ġspaniya dünyada 1-ci yeri
tutur. Bu səbəbdəndir ki, Ġspaniyada klassik fransız-alman sortları
digər ölkələrdə olduğu kimi geniĢ yayılmamıĢdır. Burada heç yerdə
təsadüf olunmayan yerli üzüm sortları üstünlüyə (85%) malikdir.
Bunlara – Ayren, Qarnaça Blanka, Moskadel, Palamino, Viura,
Malvaziya, Tempranilyo, Qarnaça, Qarsiano, Monastrel və b.
aiddir. Hər bir konket vilayət müəyyən üzüm sortu becərir ki, bu da
istehsal olunan Ģərabın tipini müəyyən edir.
Fransadan fərqli olaraq, Ġspaniyada yalnız müəyyən sayda
Ģərabçılar müstəqil Ģəkildə bazara öz məhsulunu çıxara bilirlər.
ġərab istehsal edən əsas rayonlarda iri təssərüfatlar (bodeqas)
dominantlıq edir. Onlar məhdud miqdarda üzüm yetiĢdirir və çox
vaxt xırda və orta istehsalçılardan təzə üzüm və hətta cavan Ģərab
alırlar. Belə iri təsərrüfatların mövcudluğu müasir texnologiyaların
tətbiqinə və keyfiyyətin yaxĢılaĢdırılmasına zəmin yaratmıĢ olur.
Ġspan Ģərabçılığı son 30 ildə əsaslı tərəqqiyə nail olmuĢdur.
Ġspaniyanın əsas Ģərabçılıq regionları: Rioxa və Navarra, Penedes,
Xeres, Ribera-del Dyero, La-Mança, Valdepenyas Valensiya,
Montilya, Bulyas, Madrid ətrafı, Kampo-de-Borxa, Çakole-de-
Biyskayadır. 2007-ci ildə Ġspaniyada Ģərab istehsalı 5,6% azalmıĢ
və 41,1mln hl təĢkil etmiĢdir. Hazırda Ġspaniya Ģərabçılıq
məhsulları dünya istehsalının 15%-ni təĢkil edir.
Ġspaniyada Ģərabçılıq 57 rayonda inkiĢaf etdirilir. Keyfiyyətinə
və dadına görə yalnız Fransa və Ġtaliya Ģərablarından geri qalır.
Ġspaniyanın bütün yerli Ģərabları olduqca çox çeĢiddə və
keyfiyyətdə olsa da çox baha deyildir. Lakin ev Ģərabları daha
böyük populyarlığa malikdir. Qeyd etmək lazımdır ki, ev
Ģərablarının həcmi sənaye buraxılıĢı səviyyəsinə çatmaqdadır.
Beləliklə Ġsapaniyada Ģərab sortları olduqca çoxdur və onları
~ 22 ~
butulka yaxud etiketin xüsusi markalanması ilə fərqləndirmək olar.
ġərablar ciddi Ģəkildə üç kateqoriyaya bölünür.
Crianza – Ģərab ən azı 2 il saxlanaraq yetiĢdirilir və onun 6
ayı ciddi qaydada palıd çəlləklərdə baĢ verir.
Preserva – onu göstərir ki, əgər Ģərab qırmızıdırsa (Tinto) ən
azı 2 il yetiĢdirilir. Əgər ağdırsa (Blanko) yaxud çəhrayıdırsa
ən azı 2 il yetiĢdirilir, bu Ģərtlə ki, onun 6 ayı palıd
çəlləklərdə saxlanmaqla yerinə yetirilir.
Gran Reserva – onu ifadə edir ki, qırmızı Ģərab 2 ili palıd
çəlləklərdə olmaqla 5 il; ağ və cəhrayı Ģərablar isə –6 ay palıd
çəlləklərdə olmaqla 4 il yetiĢdirilir.
Ġspaniyada yerli Ģampan ―cava‖, punĢ tipli içki ―sanqriya‖
hazırlanır. Sonuncunu Ġspaniyanın vizit kartı da adlandırırlar.
Bunlarla yanaĢı Ġspaniyada öz likoru anis arağı (alman Ģnapsını
xatırladır) və təbii ki, pivə istehsal olunur.
Ölkədə mövcud olan rəngarənglik Ģərabçılıqda da özünü
göstərir. Belə ki, yüngül ağ turĢ Ģərablar Qalisiyada – Atlantik
regionunda, qırmızı – Levantada və Aralıq dənizinin cənubunda
istehsal olunur. Ġspaniyanın cənub qərbində - Əndəlüsdə desert
Ģərablar, o cümlədən məĢhur xeres hazırlanır. Əndəlüs xeres və
malaqanın vətənidir. Ġspaniyanın Ģimalında yerləĢən Araqon
regionunda əsasən yüngül, meyvə təravətli Ģərablar, həmçinin
yüksək keyfiyyətli tündləĢdirilmiĢ Ģərablar istehsal olunur. Navarra
regionu Rioxa regionundan Ģimala doğru yerləĢməklə özünün ətirli
və zərif çəhrayı Ģərabları ilə məĢhurdur.
Rioxa ən məĢhur Ģərabçılıq regionudur. Öz adını Oxa çayının
adından götürmüĢdür. 3 rayona bölünür. Hər bir rayon
özünəməxsus Ģərablar istehsal etsə də, onlar kupaj edilərək ümumi
Rioja adı ilə buraxılır. Katalaniya – Ġspaniyanın Ģimal Ģərqində
Fransa ilə sərhəddə yerləĢir, əsas Ģərabları Penedes və Kavadır.
Kastilla – Rioxa kimi ən məĢhur Ģərabçılıq regionlarındandır.
Özünün ağ, cəhrayı və qırmızı Ģərabları ilə tanınır.Valensiya,
Mursiya və Qalisiya regionları da öz Ģərabları ilə tanınır.
Dostları ilə paylaş: