Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə4/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   405
ŞƏRABÇILIQ

 

SAHƏSİNDƏ

 

ELMİ

-

TƏDQİQATLAR

 

KeçmiĢ  ittifaqda  Ģərabçılıq  elmi  Elmi-Tədqiqat  Ġnstitutları 

(ETĠ),  Tədris  Institutları,  Elm  Ġstehsalat  Birliklərində  (EĠB)  və 

istehsalatda çalıĢan alimlərin fəaliyyəti sayəsində inkiĢaf etdirilirdi. 

Üzümçülük və Ģərabçılıq üzrə keçmiĢ ittifaqın aparıcı ETĠ «Ma-

qaraç»ın bu baxımdan (indiki Krım Milli Üzüm və ġərab Ġnstitutu 

«Maqaraç»)  özünəməxsus  yeri  vardır.  Bu  institut  1828-ci  ildə 

Nikitin  botanika  bağının  nəzdində  təĢkil  olunmuĢ  və  Ümumittifaq 

Elmi-Tədqiqat  Üzümçülük  və  ġərabçılıq  Ġnstitutu  (ÜĠETÜ  və  ġĠ) 

«Maqaraç»  kimi  formalaĢmıĢdı.  Burada  müxtəlif  dövrlərdə 

A.P.Serbulenko,  A.E.Solomon,  M.A.Xovrenko,  S.F.Oxremenko, 

A.M.Frolov-Baqreev, 

M.A.Gerasimov, 

N.N.Prostoserdov, 

A.A.Preobrajenski,  V.Ġ.Nilov,  Q.Q.Valuyko,  E.N.DatunaĢvili, 

N.M.Pavlenko və  V.N.Yejov kimi alimlər çalıĢmıĢlar. 

«Maqaraç»ın  Moskva  filialında  N.F.Saenko,  N.A.Mexuzla, 

N.Q.SariĢvili,  O.D.Paraqulqovun  rəhbərliyi  və  birbaĢa  iĢtirakı  ilə 

meyvə-giləmeyvə  Ģərabları,  xüsusi  texnologiya  ilə  alınan  üzüm 

Ģərabları və eləcə də Ģərabların sabitləĢdirilməsi sahəsində maraqlı 

tədqiqat iĢləri aparılmıĢdır. 

Moskva  Texnologiya  Universitetinin  (əvvəlki  Moskva  Yeyinti 

Sənayesinin  Texnologiyası  Ġnstitutu)  «ġərabın  texnologiyası»  ka-

fedrasında ayrı-ayrı vaxtlarda çalıĢmıĢ Frolov-Baqreev, M.A.Gera-

simov, 

Z.N.KiĢkovski, 

T.A.Saxarova, 

V.S.Poti, 

A.E.ġeyn, 

N.S.Kossobudskaya,  S.S.ġerbakov  və  baĢqalarının  tədqiqatları 

müxtəlif  tip  Ģərablar,  Ģampan  və  konyakın  alınmasına,  Ģərabların 

tez  yetiĢdirilməsinə,  müxtəlif  üsullarla  iĢlənməsinə  və  tədqiqinə 

həsr  edilmiĢdir.  Bu  kafedranın  əməkdaĢlarının  yazmıĢ  olduqları 

monoqrafiya  və  dərsliklər  nəinki  keçmiĢ  ittifaqda,  habelə  xaricdə 

mütəxəssislər  üçün  qiymətli  tapıntı  və  ensiklopedik  dəyərə  malik 

vəsaitlər olmuĢ və olmaqdadır. 

Krasnodar  Politexnik  Ġnstitutunda  Ġ.B.Platonov;  Gürcüstanda 

S.V.DurmuĢidze, 

T.S.NanitaĢvili; 

Moldovada 

V.P.Balanuse, 

L.F.Palamarçuk;  Qazaxıstanda  A.A.Martakov  və  b.  tərəfindən 

dəyərli iĢlər aparılmıĢ və həmin iĢlər indi də davam etdirilir. 



 

~ 11 ~ 


 

Azərbaycanda  ən  yaxĢı  Ģərab  markalarının  yaradılması,  üzüm 

sortlarının  rayonlaĢdırılması  və  öyrənilməsində  A.A.Yeqorov, 

M.A.Xovrenko,  S.D.Dolqanova,  Z.Q.Dubinin,  N.N.Prostoserdov, 

A.K.Lısenko,  P.M.Orlenko  və  b.  kimi  əcnəbi  mütəxəssislərin 

xidmətləri  xüsusi  qeyd  olunmalıdır.  Professor  M.A.Xovrenko 

Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  (əvvəllər  Azərbaycan 

Kənd Təsərrüfatı Ġnstitutu) Qida məhsulları mühəndisliyi və dizayn 

kafedrasına (əvvəllər Üzümçülük və Ģərabçılıq kafedrası) rəhbərlik 

etmiĢ; professor A.A.Yeqorov Azərbsovxoz Ģərab trestinin (1925-

1935-ci  illərdə)  baĢ  üzümçü-Ģərabçısı  iĢləmiĢ;  S.D.Dolqanova  və 

Z.Q.Dubinin 1907-ci ildən baĢlayaraq Kürdəmirdə yeni (Benikarlo 

tipli)  Ģərab  markası  yaratmaq  üçün  iĢləmiĢlər  və  s.  Onlar  və 

yorulmadan  çalıĢmıĢ  digər  alimlər  respublikamızda  və  ondan 

kənarda  fəaliyyət  göstərərək  Azərbaycan  Ģərabçılığına  öz 

töhfələrini vermiĢlər. 

«Qara  Çanax»  Ģərabının  yaradıcısı  D.C.Skaçuamarro; 

«Kürdəmir» Ģərabının yaradıcıları S.D.Dolqanova və Z.Q.Dubinin; 

desert  «Azərbaycan»  Ģərabının  yaradıcısı  P.M.Ġsayev  və  b.  milli 

Ģərabçılığımız  tarixində  həmiĢə  minnətdarlıq  hissilə  xatırla-

nacaqlar. 

Sorbonno  Universitetinin  məzunu,  Rusiyada  Ģampan  istehsa-

lının  banisi  hesab  olunan  knyaz  Lev  Qolitsin  daim  təkrar  edirdi: 

―Üzüm və Ģərab yerli ərazinin məhsuludur‖. O, bununla bağlı Ģərait 

və  üsullar  axtarırdı.  Bu  axtarıĢlar  onu  Azərbaycana  da  gətirib 

çıxarmıĢdı.  ġəmkir  rayonunun  AlabaĢlı  kəndinin  torpaqları  ən 

əlveriĢli  sahə  kimi  seçilmiĢ  və  burada  Avropa  sortları  –  Kaberne, 

Pino Qri, Murvedir, Rislinq, Aliqote və Qafqaz sortları – Saperavi, 

Mədrəsə,  Tavkveri  və  Rikasiteli  əkilmiĢdi.  Elmi  proqnozlaĢdırma 

və  ərazinin  seçimi  o  dərəcədə  müvəffəqiyyətli  oldu  ki,  hazırlanan 

―AlabaĢlı‖ markalı Ģərab bu gün də öz Ģöhrətini saxlamaqdadır.  

XIX  əsrin  2-ci  yarısında  Azərbaycanda  üzümçülük  və 

Ģərabçılığın  inkiĢafında  rus  Ģərabçılarından  knyaz  K.N.Qorçakov 

və  general  Plemyanikovun  rolu  da  qeyd  olunmalıdır.  K.N. 

Qorçakovun  zirzəmisində  (indiki  Qaraçanax  Ģərab  zovodu) 

yaradılan ―Qara Çanax‖ Ģərabının ömrü uzun oldu. Sonralar Qara 




 

~ 12 ~ 


 

Çanax  malikanəsi  general  Plemyannikov  tərəfindən  satın  alındı. 

Knyaz  S.Qolitsinin  malikanəsi  olan  Qara  arx  da  eynilə  sonralar 

Ģəmkirli bəy - A.Novruzlu tərəfindən alınmıĢdı. 

Özünün  bütün  yaradıcı  həyatını  Azərbaycanla  bağlayan  böyük 

Ģərab  ustası,  məĢhur  Nikitin  bağçılıq,  üzümçülük  və  Ģərabçılıq 

məktəbinin  yetirməsi,  Forerlərin  Qarayeri  təsərrüfatının  baĢ 

Ģərabçısı,  sovet  dönəmində  isə  ―Qarayeri‖  sovxozunun  baĢ 

Ģərabçısı Jozefin Dominik Skoçiomaronun xidmətləri xüsusi qeyd 

olunmalıdır.  Onu  xüsusilə  də  Ģöhrətləndirən  Rkasiteli  üzüm 

sortundan ―Qara Çanax‖ Ģərabının texnologiyasını iĢləməsidir. Bu 

Ģərab  öz  dad  harmoniyası,  bal  tonlu  kəhraba  rəngi  ilə  seçilir  və 

tokay  Ģərablarının  buket  və  dadını  xatırladır.  Bu  Ģərabın 

buraxılıĢına  1925-ci  ildə  baĢlandı  və  Azərbaycanın  markalı 

Ģərabları çeĢidinə daxil edildi.   

Azərbaycan  Ģərabçılığının  qurulmasında  dünya  səviyyəsində 

məĢhur  usta  kimi  tanınan  Aleksandr  Yeqorovun  böyük  rolu 

olmuĢdur.  O,  bir  sıra  yerli  üzüm  sortları  (BayanĢirə,  və  b.) 

müəyyən  etmiĢ  və  Fransız  Ģərablarından  geri  qalmayan  süfrə 

Ģərabları hazırlamıĢdı. 

S.A.Abbasovun 

tədqiqatları 

Azərbaycanın 

Ģərabçılıq 

rayonlarının  və  Ģərablarının  texnologiyasının  öyrənilməsinə  həsr 

edilmiĢdir. Onun tədqiqatlarının yekunları nəĢr etdirdiyi 2 kitabda 

cəmlənmiĢdir.  Bunlar  1960-cı  ildə  buraxılan  «Texnologiya  vin 

Azerbaydjana»  və  1962-ci  ildə  nəĢr  edilmiĢ  «Azərbaycanda 

Ģərabçılıq» kitablarıdır. Qeyd etmək lazımdır ki, sonuncu kitab bu 

sahədə doğma dildə buraxılan ilk iri həcmli vəsaitdir. 

Ġ.X.Cəfərov, 

M.X.Namazov, 

A.M.Məmmədov 

və 


L.S.Məmmədovanın 

tədqiqatları 

Azərbaycanda 

üzümçülük-

Ģərabçılığın  ixtisaslaĢmasına,  tarixinə,  dağ  və  dağətəyi  zonalarda 

becərilən  bəzi  üzüm  sortlarının  texnoloji-təsərrüfat  və enokimyəvi 

xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuĢdur. 

F.Y.Məmmədov,  A.Tağıyev,  E.N.DadaĢov,  T.M.Pənahov, 

G.M.Ağayev, 

E.N.Yusifova, 

N.C.Mehdiyev, 

N.K.Rəhimov, 

X.O.Ġsmayılov,  Ġ.M.Həsənov,  Ġ.V.Ġsgəndərov,  H.K.Fətəliyev, 

V.ġ.Mikayılov və baĢqa alimlərin tədqiqatları Azərbaycanda süfrə, 




 

~ 13 ~ 


 

tünd,  desert,  oynaq  Ģərablar  və  konyak  üçün  üzüm  sortlarının 

seçilməsi, Ģərab materialı və hazır Ģərabın alınması, bu zaman baĢ 

verən  proseslərin  öyrənilməsinə  və  onların  texnologiyasının 

yeniləĢdirilməsinə yönəldilmiĢdir. 

Ġ.N.Nurməmmədov,  N.A.Ġbrahimov,  Y.M.Pənahov  və  baĢqa 

alimlərin  tədqiqatları  ferment  preparatlarının  alınması,  üzüm,  Ģirə 

və  Ģərab  emalında  onlardan  məqsədyönlü  Ģəkildə  istifadəyə  həsr 

olunmuĢdur.  Ġ.Ġ.Sadıxov,  C.Ə.Həsənov,  ġ.Ə.Həbləyev  və 

S.H.Süleymanov  üzümün  emalı  zamanı  alınan  qalıqların  (xüsusilə 

Ģirin cecə və üzüm toxumu) itkisiz emalı məsələlərini tədqiq etmiĢ, 

təmiz üzüm yağı, zülallı yem məhsulları, aminturĢular və müalicə-

profilaktiki  xassəyə  malik  yemlər  alınmasının  səmərəli  üsullarını 

iĢləyib hazırlamıĢlar. 

Respublikamızda  aparılan  elmi-tədqiqat  iĢlərinin  səmərəsini 

yüksəltmək  və  onları  əlaqələndirmək  məqsədilə,  1976-cı  ildə 

AbĢeron  rayonunun  Mehdiabad  kəndində,  Azərbaycan  Elmi 

Tədqiqat  Üzümçülük  və  ġərabçılıq  Ġnstitutu  (AzETÜ  və  ġĠ) 

yaradıldı.  Ġnstitutda  1983-cü  ildə  artıq  2  Ģöbə,  4  laboratoriya,  4 

bölmə,  2  təcrübə  stansiyası,  3  dayaq  məntəqəsi  və  fillokseraya 

qarĢı  stansiya  fəaliyyət  göstərirdi.  Burada  C.S.Süleymanov, 

R.X.Verdiyev,  M.V.Amanov,  T.M.Pənahov,  Ġ.N.Nurməmmədov, 

Ġ.Ġ.Sadıqov,  R.Qədimova  və  b.  kimi  mütəxəsislər  çalıĢmıĢ  və 

çalıĢmaqdadırlar.V.ġ.Mikayılovun  meyvə-giləmeyvə  Ģərabçılığı 

sahəsində apardığı tədqiqatlar xüsusi maraq kəsb etməkdədir. 

AzETÜġĠ-nun Gəncə Ģəhərində yerləĢən Üzümçülük, Ģərabçılıq 

təcrübə  stansiyası  1931-ci  ildən  fəaliyyət  göstərir.  Burada 

üzümçülük, emal və enokimya, həmçinin bitki mühafizəsi Ģöbələri 

və  ayrıca  tinglik  bölməsi  vardır.  Üzümçü-Ģərabçı  alimlərdən 

U.C.Mehdiyev,  A.H.AtakiĢiyeva,  N.T.Talıblı,  Ə.T.Əliyev  və 

baĢqaları  burada  formalaĢmıĢlar.  Hazırda  stansiyaya  gənc 

tədqiqatçı M.T.Ġsmayılov rəhbərlik edir. 

Naxçıvan  (1957-ci  ildə  yaradılıb)  və  Xankəndində  (1958-ci  il) 

yerləĢən  kompleks  zona-təcrübə  stansiyalarında  müəyyən  tədqiqat 

iĢləri aparılır. 

Elmi-tədqiqat  iĢlərinin  aparılmasında  və  ixtisaslı  mütəxəs-




 

~ 14 ~ 


 

sislərin  hazırlanmasında  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

(ADAU)  böyük  xidmətləri  olmuĢdur.  ADAU  1929-cu  ildə,  onun 

Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsi isə 2 il sonra – 1931-ci 

ildə yaradılmıĢdı. 

ADAU  1981-ci  ilə  qədər  respublikamızı  üzümçü  və  Ģərabçı 

kadrlarla təmin edən yeganə milli Ali təhsil müəssisəsi idi. 1967-ci 

ildə  Meyvə-tərəvəzçilik  və  üzümçülük  fakültəsində  «ġərabın 

texnologiyası»  Ģöbəsi  açılmıĢ  və  müəyyən  fasilələr  nəzərə 

alınmazsa,  1981-ci  ilə  qədər  tələbə  qəbul  edərək  yüksək  ixtisaslı 

Ģərabçı-texnoloqlar 

hazırlamıĢdır. 

Burada 

eyni 


zamanda 

«Üzümçülük və üzümün ilk emalı» ixtisaslaĢması üzrə tələbə qəbul 

olunmuĢ və üzümçü-Ģərabçı kadrlar hazırlanmıĢdır. 

Üzümçülük  və  Ģərabçılıq  kafedrası  ADAU  yaradılandan  təĢkil 

olunmuĢ  və  bir  neçə  dəfə  dəyiĢikliyə  məruz  qalsa  da,  öz 

mövcudluğunu  indiyə  qədər  saxlamıĢdır.  Hazırda  Ģərabçılıq, 

saxlanma  və  emal  bölmələri    «Qida  məhsulları  mühəndisliyi  və 

dizayn»  kafedrası  adı  altında  fəaliyyət  göstərməkdədir.  Kafedrada 

müxtəlif  dövrlərdə  M.A.Xovrenko,  D.M.Hacıyev,  P.T.Bolqarev, 

H.A.AtakiĢiyev,  Ə.H.Ġsgəndərov,  R.Ə.Məmmədov,  F.N.Cəfərov, 

D.P.Qasımov,  S.X.Həsənova,  E.M.Məmmədova,  C.S.Allahverdi-

yev,  Ġ.X.Cəfərov,  Ġ.N.Ələkbərov,  T.Ç.Həmzəyev,  F.H.ġərifov, 

O.F.Mehdiyeva,  R.F.Visali,  S.B.Bağırova  və  H.K.Fətəliyev  kimi 

üzümçülük, Ģərabçılıq və kənd təsərrüfatı məhsullarının saxlanması 

problemləri ilə məĢğul olan alimlər çalıĢmıĢlar. 

ġərabçılıq üzrə kadrların hazırlanmasında və elmi-tədqiqat iĢləri 

aparılmasında  1981-ci  ildə  yaradılmıĢ  Azərbaycan  Texnologiya 

Ġnstitutunun da (indiki Azərbaycan Texnologiya Universiteti) özü-

nəməxsus  yeri vardır. Burada  «ġərabçılığın texnologiyası» ixtisası 

üzrə azərbaycan və rus bölmələrində mütəxəssislər hazırlanmıĢdır. 

Burada çalıĢan alimlərdən Ə.Ə.Nəbiyev, S.Q.Verdiyev, A.N.Ġsma-

yılov, F.Y.Məmmədov, E.Yusifova, Ġ.V.Ġsgəndərov və baĢqalarını 

qeyd edə bilərik. 



 

~ 15 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin