Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə7/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   405
İtaliya.  Üzümlükləri  840  min  ha  olub,  üzüm  istehsalına  görə 

dünyada birinci,  Ģərab istehsalına və ixracına görə dünyada ikinci 

yerdə  durur.  ġərab  və  üzüm  arağı  (qrappa)  istehsalı  ölkənin 

təlabatını  xeyli  üstələyir.  Ġtaliya  süfrə  üzümünün  ən  böyük 

ixracatçılarındandır.  1949-cu  ildə  Ġtaliya  üzüm  və  Ģərab 

akademiyası yaradılmıĢdır.  

Daha  geniĢ  becərilən  üzüm  sortları  Ağ  Trebbyano  (11,6%), 

qırmızı Sandjovoze (10%), qırmızı Barbera (5,5%), qırmızı Merlo 

(3,7%),  qırmızı  Neqro  Amor  (3,6%),  qırmızı  Mentepulçiano 

(3,6%),  qırmızı  Primititivo  (2,0%),  qırmızı  Dulçetto  (1,2%),  ağ 

Prozekko (0,8%) və ağ Pino Byankodur (0,8%). 

Ġtaliya  Ģərab  və  Ģərabçılığında  son  30-40  ildə  əvvəlki  3  əsrə 

nisbətən  daha  güclü  dəyiĢikliklər  baĢ  vermiĢdir.  QarıĢıq  üzüm, 

zeytun  və  meyvə  bağları  aradan  çıxmıĢ,  üzümlüklər  təmiz  sort 

əsasında salınmıĢdır. Hər sortdan məhsul ayrı yığılır. Sıxılmada da 

ciddi dəyiĢiklik vardır. 

Qıcqırma  müddətində  temperatura  nəzarətin  təĢkili  Ġtaliya 

Ģərabçılığı  qarĢısında  geniĢ  üfüqlər  açmıĢ  oldu.  Ġsti  və  bəzən  çox 




 

~ 19 ~ 


 

isti ölkə olan Ġtaliya üçün bu əsil inqilab idi. 

ġərabçılığın  ümumi  modernləĢdirilməsi  Ģərab  saxlayıcılarının 

texniki  xidmət  keyfiyyətinin  olduqca  yaxĢılaĢmasına  gətirib 

çıxardı.  XX  əsrin  60-cı  illərində  Toskonada  baĢlayan  Ģərabçılıq 

fırtınası Friuli və Pyemontu bürüdü və sonra bütün regionları əhatə 

etdi. 

Ġtaliya  öz  üzüm  sortlarına  və  Ģərabçılıq  metodlarına  malikdir. 



Lakin  digər  ölkələrin  sortlarından,  o  cümlədən  Kaberne  və 

ġardonedən də istifadə edir.  

Ġtaliya  coğrafi  və  mədəni  planda  bir-birindən  fərqlənən 

regionları  birləĢdirdiyindən,  çox  fərqli  Ģərablar  istehsal  edən 

ölkədir.  

ġimal  qərbi  Ġtaliya  regionuna  -  Pyemont,  həmçinin  Liquriya, 

Lombardiya  və  Valle-d¸aosta  daxildir.  Bu  bölgə  çox  fərqli  ağ, 

qırmızı və oynaq Ģərabları ilə seçilir.  

ġimal  Ģərqi  Ġtaliya  -  ölkənin  daha  dağlıq  ərazisini  (90%)  əhatə 

edir.  


Ġtaliya  Ģərabçılığı  mürəkkəb  və  çox  xırdalanmıĢdır:  ölkədə 

milyondan  çox  üzümçü  vardır  ki,  onların  üzüm  sahəsinin  orta 

ölçüsü hektardan azdır. Ona görə də burada bütün dünyada məĢhur 

olan  ticarət  markası  yaratmaq  çətindir.  Ġtaliyanın  əlveriĢli  iqlim 

Ģəraiti  bol  məhsul  əldə  etməyə  imkan  verir  və  artıq  məhsulu 

kooperativlər  çox  vaxt  köhnəlmiĢ  avadanlıqlarla  emal  edirlər. 

Lakin  medalın  baĢqa  üzü  də  vardır.  Bu,  müasir  özəl  müəssisələr 

olub,  istehsalın  bütün  sahələrinə  nəzarət  edir.  Burada  böyük 

aqronom  və  enoloqlar  ordusu  var  və  onların  çoxu  xaricdə  təhsil 

almıĢlar.  Ġtaliya  Ģərablarının  əfsanəvi  Ģöhrətini  bərpa  edən 

―sassicaia‖ kimi markalar yaradılmıĢdır. 

Ġtaliya – ―qırmızı Ģərabçılıq‖ ölkəsi olub, burada Ģöhrətli marka-

lar  -  ―Borolo‖  (Pyemont),  ―Brunello-di-Montalçino‖  (Toskana), 

―Taurazi‖ (Kampaniya) və ―Kyanti Klassika‖ (Toskana) buraxılır. 

Nebbiolo, Sandjoveze və Siciliya Nerello maskalezesi kimi sortlar 

zəngin ekstraktlı və spirtli, eyni zamanda köhnəlmə xüsusiyyətli və 

üslublu Ģərab verir.  

Ġtaliya  qırmızı  Ģərabları  qeyri-adi  fərqli  dad  xüsusiyyətləri  ilə 




 

~ 20 ~ 


 

seçilir,  lakin  qara  meyvə  və  yüngül  torpağa  bənzər  tam  hər 

markada təsadüf olunmur. Ġtaliyanın bir çox qırmızı Ģərabları bütün 

ecazkarlığı ilə öz terruarını nümayiĢ etdirir: onlar sadəcə Ġtaliyanın 

xarakterini əks etdirir. 

Qədim  Roma  ağ  və  Ģirin  Ģərablara  üstünlük  versə  də,  bugünki 

Ġtaliya  tamamilə  əks  yolla  gedir.  Ölkənin  Ģimalından  cənubuna 

doğru  yerli  ağ  sortlara  təsadüf  olunur  ki,  onların  hər  biri  yerli 

iqlimə  uyğunlaĢmıĢlar.  Ġtaliyanın  ən  cənubunda  iyulun  sonunda 

ġardone və Sovinyon Blan yığılır, ondan 2 ay sonra isə yerli sortlar 

Qreko, Fiyano və Ġnzolya yetiĢir. 

Üzümlüklərin  sahəsinə  görə  Ġtaliya  dünyada  3-cü  yerdə  durur. 

Üzüm bütün 20 inzibati regionda becərilir. MənĢəyinə görə nəzarət 

edilən az miqdar markalı Ģərab Pyemont, Trentino-Alto  Adidje və 

Toskanada istehsal olunur. 

Ġtaliya Ģərabları uzun müddətli saxlamaq üçün olmayıb, onların 

çoxu  1  il  ərzində  təzə  halda  doldurulur.  Onlar  susuzluğu  yaxĢı 

aradan qaldırır, ətirlidir və çox vaxt torpaq tamlıdır.  

Ġtaliyanın Ģimal Ģərqində ağ və qırmızı  yüngül Ģərablar istehsal 

olunur.  Onları  fransız  sortlarından  –  Merlo,  Kaberne  Fran,  Pino 

Nuar,  Pino  Qri,  Sovinyon  Blan  və  Ġtaliya  sortu  Venetodan 

hazırlayırlar. Ixrac üçün - qırmızı Bardolino və Valpoliçella və ağ 

Soave Ģərabları  buraxılır. 

Korteze  sortundan  alınan  Pyemont  ağ  Ģərabı  və  Muskat 

sortundan  hazırlanan  Ģirin  oynaq  Asti  Spumante  Ģərabı  dünya 

Ģöhrəti  qazanmıĢdır.  Pyemont  Nebiollo  qırmızı  üzüm  sortunun 

vətəni  olub,  ondan  məĢhur  Barolo  və  Barbaresko,  Qattinara  və 

Karema Ģərabları alınır.  




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin