SAHƏNİ
N QISA
İ
NK
İŞAF TARİXİ
Aparılan tədqiqatlar (arxeoloji qazıntılar, yazılı mənbələrin
araĢdırılması, əsrlərdən qalmıĢ daĢ heykəllər, tapılmıĢ üzümçülük
və Ģərabçılıq qalıqları və s.) sübut edir ki, üzümçülük və Ģərab-
çılığın ilk ocaqları Xəzər, Qara və Aralıq dənizi hövzələrindəki
rayonlar olmuĢdur. Suriya, Fələstin, Kiçik Asiya, Yunanıstan və
Misirdə üzüm, bu ərazilər məskunlaĢandan becərilirdi. Yaxın
ġərqdə üzümün 7-9 min il bundan əvvəl məlum olması göstərilir.
AraĢdırmalar Azərbaycanda üzümçülük və Ģərabçılığın tarixinin
5-7 min il bundan əvvələ gedib çıxdığını göstərir. Antik və erkən
orta əsrlərə aid (Qaraçıbulaq, Meynətəpə, ġəkili və s.) abidələr bu
dövrdə üzümçülük və Ģərabçılığın inkiĢaf etdiyindən xəbər verir.
Ağstafa rayonunun ġomutəpə adlanan ərazisində 1962-ci ildə
aparılan arxeoloji qazıntılar zamanı bizim eradan əvvəl V-IV
minilliyə aid edilən üzüm toxumu aĢkar olunmuĢdu. Arxeoloq
Lorenso Konstantin Xəzərətrafı bölgələrdə, o cümlədən Azərbay-
canda yabanı floranı tədqiq edərək bu faktı təsdiq etmiĢdir.
Hər bir iri yaĢayıĢ məntəqəsində ayrıca aparılan seleksiya
nəticəsində yerli sortlar meydana gəlmiĢdir. Azərbaycanın yerli
sortlarının çoxu yabanı üzümdən alınmıĢdır. Təbii və süni seçmə
nəticəsində yerli sortların müxtəlif təsərrüfat əhəmiyyətinə malik
zəngin sort ehtiyatları fondu yaradılmıĢdır.
Akademik V.L.Komarov vaxtilə yazırdı ki, mədəni üzümün
mənĢəyini yabani üzüm yetiĢən rayonların ərazisində axtarmaq
lazımdır. Professor Rəhim Allahverdiyevin fikrincə ―Tənəyin
xiyabanlarda yetiĢdirilməsi sistemi cır üzümdən istifadəyə ilk
addımdır‖. Göründüyü kimi, cır üzümün və xiyabanların məxsus
olduğu ölkəmiz ən qədim üzümçülük diyarlarındandır.
XIX əsrin ikinci yarısında kəndli islahatının keçirilməsi
məhsuldar qüvvələrin inkiĢafına müəyyən təkan verdi. Bu dövrdə
Naxçıvan, Zaqatala, həmçinin ġamaxı, Quba, Göyçay qəzalarında
bağçılıq daha çox yayılmıĢdı. Bağçılığa və üzümçülüyə kömək
etmək məqsədilə Mərdəkanda Hacı Zeynalabdin Tağıyev bağçılıq
məktəbi açmıĢdı. Belə bir məktəb Qubada da açılmıĢdı.
~ 8 ~
Üzümçülük və Ģərabçılıq Gəncə mahalında xüsusilə inkiĢaf
etdirilirdi. Sonralar Qara-Arx sovxozuna çevrilmiĢ ərazilərdə 1863-
cü ildə ilk bağlar salınmıĢdı. Burada knyaz Qolitsinin malikanəsi
yerləĢirdi. 1880-ci ildə buradakı üzümlüklərin sahəsi 41,9 hektara
çatmıĢdı.
Sonralar Qara-Çanax sovxozu olan ərazilərdə 1886-cı ildə
knyaz Qorçakovun malikanəsi yerləĢirdi. Burada uzunluğu 350
metrdən çox olan tuneləbənzər yeraltı Ģərab zirzəmiləri olmuĢ və
indi də qalmaqdadır.
Azərbaycan Ģərabçılığının inkiĢafında respublikamıza gəlmiĢ
alman koloniyalarının böyük rolu olmuĢdur. Üzümçülük və
Ģərabçılığın sənaye əsasına keçirilməsində onların fəaliyyəti xüsusi
qeyd olunmalıdır.
KeçmiĢ SSRĠ rəhbərliyi 22 fevral 1979-cu ildə «Azərbaycan
SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaĢdırmaq,
üzümçülüyü və Ģərabçılığı inkiĢaf etdirmək tədbirləri haqqında»
qərar qəbul etdi. 1984-cü ildə Azərbaycanda artıq 300 min hektara
yaxın üzüm plantasiyası var idi. Üzüm istehsalı və tədarükünə görə
Azərbaycan 1984-cü ildə keçmiĢ Ġttifaqda birinci yerə çıxaraq, 2
mln tondan çox üzüm istehsal etmiĢdi. Ġstehsal olunan üzümün
təqribən 30-40%-ni verən Cəlilabad və ġamaxı kimi nəhəng
üzümçülük, Ģərabçılıq rayonları yaranmıĢdı. Üzümçülük və
Ģərabçılıqdan gələn gəlir respublika büdcəsinin formalaĢmasında
əsaslı rol oynayırdı. Respublikamızda yüksək keyfiyyətli markalı
süfrə Ģərabları – Mədrəsə, Qırmızı Martuni, Sadıllı; portveyn –
Ağstafa, AlabaĢlı; desert – Kürdəmir, Qara-Çanax, Azərbaycan,
Mil, Qarabağ, ġamaxı; oynaq-Ģampan (turĢ və kəmturĢ, kəmĢirin,
bryut, qızıl kəmturĢ), Azərbaycan mirvarisi (Jemçujina Azer-
baydjana); konyak – ġirvan, Azərbaycan, Moskva, Yubiley, Bakı,
Gəncə, Göy-göl və s. istehsal olunurdu.
KeçmiĢ SSRĠ rəhbərliyinin 7 may 1985-ci il tarixli «Alko-
qolizmə və sərxoĢluğa qarĢı mübarizə tədbirləri haqqında» məlum
qərarından sonra alkoqolizmlə mübarizə pərdəsi altında üzüm-
lüklərin və Ģərab zavodlarının dağıdılmasına baĢlandı. 10 illərlə
qazanılmıĢ nailiyyətlər cəmi 2-3 ildə demək olar ki, məhv edildi.
~ 9 ~
Yalnız texniki sortlardan ibarət üzümlüklər deyil, keyfiyyətli süfrə
üzüm sortlarından ibarət bağlar da kökləndi. Nəticədə Ģərabçılıq
sənayesinə də böyük ziyan dəymiĢ oldu. Sahə ilə bağlı 76 müəssisə
və 116 ilkin emal zavodu dağıdılmaqla avadanlıqları dəyərsiz
qiymətə satıldı.
Üzüm istehsalının azalması təbii ki, Ģərab və konyak istehsalının
da kəskin azalmasına səbəb oldu.
2002-ci ildə ‖Üzümçülük və Ģərabçılığın inkiĢafı haqqında‖
qanun və 2004, 2008-ci illərdə ―Regionların sosial iqtisadi inkiĢafı
haqqında‖ Dövlət proqramları qəbul edildi. Bunlar sahənin inkiĢafı
üçün hüquqi baza rolu oynamaqla, burada emal sahəsinin inkiĢafı,
Ģərab məhsullarının keyfiyyətinə qoyulan tələblər, nəzarət
tədbirləri və dövlət standartı normaları müəyyənləĢdirildi. Sahəyə
diqqətin artırılması üçün güzəĢtli Ģərtlərlə kreditlərin ayrılması
nəzərdə tutulmuĢdur.
Qəbul olunmuĢ qanun və Dövlət proqramları ölkənin emal
sənayesində baĢlanmıĢ sabitləĢməyə doğru meylin daha da
möhkəmləndirilməsi və sahənin elmi əsaslarla qanuni bazaya
söykənərək inkiĢaf etdirilməsinə zəmin yaratmıĢ oldu.
~ 10 ~
Dostları ilə paylaş: |