Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə6/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   405
 

1.1. 

Avropa ölkələri

 

Fransa.  Avropanın  qədim  və  ən  məĢhur  Ģərab  hazırlayan 

bölgəsidir.  Fransada  Ģərab  istehsalı  bizim  eradan  əvvəl  VI  əsrdə 

meydana  gəlmiĢdir.  Hazırda  Fransa  dünyada  qiymət  baxımdan  ən 

çox Ģərab istehsal edən ölkədir. Onun əsas rəqibləri Ġtaliya (həcmə 

görə)  və  Ġspaniyadır  (üzümlük  altında  olan  sahənin  böyüklüyünə 

görə).  Fransa  ən  qədim  apellyasiya  sistemi  olan  ölkələrdən  olub, 

burada  Ģərabçılığa  və  istehsala  aid  ən  ciddi  qanunlar  hökm  sürür. 

Bir  çox  Avropa  sistemləri  onlar  üzərində  qurulmuĢdur.  Yeri 

gəlmiĢkən  qeyd  edək  ki,  AB  (Avropa  Birliyi)  ölkələri  fransız 

sistemindən istifadə etməkdədirlər.  

Fransa  ənənəvi  olaraq  öz  Ģərablarının  ən  iri  istehlakçısıdır. 

Lakin  son  40  ildə  istehlak  səviyyəsi  azalmaqdadır.  90-cı  illərdən 

bəri  bu  azalma  adambaĢına  20%  təĢkil  etmiĢdir.  Təkcə  bir  faktı 

qeyd  etmək  kifayətdir  ki,  Fransada  bu  göstərici  yalnız  bir  ildə  47 

litrdən  (2007)    43  litrə  (2008)  düĢmüĢdür.  Bu  səbəbdəndir  ki, 

fransız  Ģərabçıları  daha  çox  xarici  bazarlara  ümid  bəsləmək-

dədirlər. Digər tərəfdən həmin səviyyə  potensial  istehlakçılar olan 

Ġtaliya, Ġspaniya və Portuqaliyada  da enmiĢdir.  




 

~ 17 ~ 


 

Fransanın  əsas  Ģərabçılıq  bölgələri  Bordo,  Burqund,  ġampan, 

Bojele,  Ron  və  Luara  vadiləri,  Lanqodek  və  Russiyan,  Cənubi-

Qərb, Elsaz, Provans və Korsika, Jyura və Savoyjadır. 

Bordonın  əsas  üzüm  sortları  bunlardır:  qara  -  Kabarne  Fran, 

Kaberne  Sovinyon,  Merlo,  Pti-Verdo,  Karmener;  ağ-  Muskadel, 

Sovinyon,  Semilyon.  Fərqli  xüsusiyyəti  bütün  Bordo  Ģərablarının 

müxtəlif üzüm sortları qarıĢığından hazırlanmasıdır.  

Burqund  və  Bojolenin  üzüm  sortları-  ġablidə:  ağ  –  ġardone; 

Burqundda:  qara  -  Pino  Nuar,  Qame;  ağ  -  ġardone,  Aliqote; 

Bojoledə – Qara Qamedir. 

Ron vadisində üzüm sortları – Ģimalda: qara – Sira; ağ - Marsan, 

Russan,  Bionye;  cənubda:  qara  -  Karinyan,  Senso,  QrenaĢ, 

Murvedr; ağ - Kleret, Uni Blandır. 

Luara  vadisində  üzüm  sortları  -  Nanta  rayonunda:  ağ  - 

Myuskade, Fol blanĢ, Anju; Tyurendə: qara - Kaberne Fran, Qame, 

Qrollo; ağ - ġenen, Sovinyon, Pino d¸Onis; yuxari  Luarada: ağ - 

Sovinyon, ġassella; qara - Pino Nuardır.  

ġampanda  sortlar:  qara  -  Pino  Nuar,  Pino  Mene;  ağ  - 

ġardonedir. 

Elzasda  sortlar:  ağ  -  Rislinq,  Silvaner,  Pino  Qri,  Muskat,  Pino 

Blan; qara - Pino Nuardır.  

Fransa dünyanın ən nəhəng Ģərab və Ģərab materialı istehsalçısı 

olub, 2009-cu ildə  46 mln 840 min 300  hekalitr(bir hektolitr yüz 

litrə bərabərdir) Ģərab istehsal etmiĢdir ki, bu da 7-8 mld butulkaya 

ekvivalentdir.  Fransa  dünyada  üzümlüklərin  sahəsinə  görə 

Ġspaniyadan  sonra  ikinci  yerdə  durur.  Belə  ki,  80  departamentdə 

üzümlüklər altında olan sahə 836 min 999 ha (2009-cu ildə) təĢkil 

edir.  Bu,  ölkə  ərazisinin  1,3%-i  və  kənd  təsərrüfatına  yararlı 

sahənin  2,8%-dir.  Məhsul  yığımı  sentyabrın  2-ci  ongünlüyündə 

baĢlayır  və  oktyabrın  əvvəlinədək  davam  edir.  Son  15-ildə  əllə 

yığım  tam  mexanikləĢdirilmiĢdir  və  buna  üzümlüklərin  düzən 

ərazidə  yerləĢməsi  stimul  verir.  Ġxraca  görə  Ġtaliya  ilə  rəqabət 

aparır.  2008-ci  ildə  ixracdan  gəlir  6,7  mld  dollar  təĢkil  etmiĢdir. 

Fransız  Ģərabları  dünya  Ģərab  ixracatının  (2005)  17,6%-ni  təĢkil 

edir.  Fransa  bütün  dünyada  məĢhur  olan  müxtəlif  keyfiyyətli 




 

~ 18 ~ 


 

Ģərablar  istehsal  edir.  Bu  heç  də  təsadüfi  deyildir.  Çünki,  Fransa 

müxtəlif  üzüm  sortlarının  vətənidir.  Kaberne  Sovinyon,  ġardone, 

Sovinyon  Blank  və  Sira  hazırda  bütün  dünyada  becərilir.  Bundan 

əlavə ―terruar‖, ―apellasiyon‖ və digər bir çox Ģərabçılıq anlayıĢları 

Fransada yaranmıĢ və tədricən bütün dünyaya yayılmıĢdır. Fransalı 

mütəxəssislər  xaricdə  çalıĢır,  xaricdən  isə  Fransaya  Ģərabçılığı 

öyrənmək  üçün  gəlirlər.  Beynəlxalq  Üzümçülük  və  ġərabçılıq 

TəĢkilatının  mənzil  qərargahı  və  dünyanın  ən  böyük  kənd 

təsərrüffatı  institutu  –  aqronomluq    tədqiqatlar    milli  institutu 

Parisdə yerləĢir.  

1984-cü ildə  Fransanın  paytaxtında Ģərab müzeyi  açılmıĢdır ki, 

burada fransız Ģərabçılığının tarixi və texnologiyası ilə tanıĢ olmaq 

olar. Ġndi Fransa Ģərabçılığı eniĢ dövrünü yaĢayır. Bu ilk növbədə 

digər  avropa  dövlətləri  tərəfindən  artan  rəqabət  və  ―Yeni  Dünya‖ 

ölkələrinin inkiĢaf edən Ģərabçılığı ilə əlaqədardır.  

Fransa  dünya  Ģöhrətli  ġampan,  ġaranta,  Bordo,  Burqund  və 

Sotern Ģərablarının və həmçinin konyakın vətənidir. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin