istəmirəm. - Bu necə məntiqdir? - deyə Mirzəyev yenə təkəbbürlə soruşdu. - Belə məntiq məndə artıq vərdiş halına gəlmişdir. Mən idarə et diyim trestləri həmişə bu yolla aparmışam. - Keçmiş xidmətiniz sizi xilas etməyəcək! - Men dünətlki işimlə öyünməyə ehtiyac görmürəm! - deyə Qüdrət yenə atmacaladı: - Öz xasiyyətinizi məndə nə üçün axtarırsınız? - Görünür, sülh baş tutmayacaq, yoldaş Qüdrət, - deyə rəis də Mirzeyevin tərəfini saxladı. - Elə görünür... - deyo İsmayılzadə təsdiqlədi. - Bilmirəm, siz nə üçün Minayevin ixtirasına bu qədər ümid bəs ləyirsiniz? Doğrudanmı o, trestinizi rüsvayçılıqdan qurtara bilər? Rəisin sualında artıq istehza oxunurdu. - M əncə bu münaqişəni şəhər komitəsi katibi həll edəcək. Çünki siz hamınız onun adından məni töhmətləndirirsiniz. Mirzəyev də öz haqsızlığını rütbəsinin gücü ilə ört-basdır eləm əyə çalışır. İzin verin hökumət telefonu ile katibə zəng edim. - Bizi nahaq qorxudursuz, yoldaş İsmayılzadə, men yalnız partiya nın dediyini həyata keçirirəm. - Daha yaxşı. Demək, mən onda haqsızlığımı görüb, birdəfəlik susmağa məğbur olaram. - Olacaqsınız, mən buna eminəm! Qüdrət telefon aparatları qoyulmuş balaca, dəyirmi stola yanaşdı: - İzin verin, sizin yanınızdan ona zəng edim. - Buyurun, buyurun! Qüdrət dəstəyi götürüb nömrəni yığdı: - Axşamınız xeyir, yoldaş Aslanov, - dedi. - Bilirom çox məşğul sunuz, Lakin mən işin xat iri üçün beş-on dəqiqə vaxtınızı almaq istə yirəm... Bəli, yaxındayam. Çox gözəl, sağ olun! - Qüdrət dərindən nəfəs aldı v ə yenə rəisə baxdı: - Bir saatdan sonra görüşərik. İcazə verin mən gedim hazırlaşım. Mirzəyev qıpqırmızı olmuşdu: “Katib bizi çağırmasa, bu Özünü tə