- Mən getdim, - deyə o, tez kağızları səliqə ilə yığışdırıb çıxdı və maşma minib şəhər partiya komitəsinə yola düşdü. 4 Gənclərin müsamirəsi qurtarmaq üzro idi. Letife, mühazirə söylə nən zaman tutduğu yerdə Zivərlə yanaşı oturmuşdu. Qabaqdakı yemək stollarını eşiyə çıxarıb, səhnə əvəzinə açıq bir yer düzəltmişdilər. L ə tifənin yaxşı tanıdığı konferansye cavan fəhlələrin özlərindən deyildi. O, həmişə rəngbərəng qalstuklar taxan, qara şalvarları çox ütüləmək dən işıldayan, uzunsov başının yan tərəfində qalmış seyrək saçlarını uzadıb, kəlləsinin ortasındakı dazm örtməyə çalışan, amma yenə də başının tüksüz yeri açıqda qalan gödək ve şişrnan bir oğlandı. O, tama şaçdan güldürmək üçün dediyi sözlərə hamıdan çox özü gülürdü. O son nömrələrdən birini elan edib deyirdi: 239
- İndi do göydon toz, yerdən duman qaldıran bir oyun hava sı! - Cavan fəhlələrdən düzəlmiş sazəndələr dəstəsinə işarə vurdu. - Qaytağı! Bu dəfə heç kəs onun sözlərinə gülmədi. - Söz verilir Səməndərin qılçalarına! Salondan gurultulu alqışlar qopdu. Konferansye üzünə e l vurduq larını düşünərək, dediyi sözlərin təsirindən razı qalıb güldü. Bu zaman Səməndər de səhnədə göründü. Salonda doğrudan da qəhqəhə səslə ri ucaldı. Cavanlar konferansyenin gülməyinə gülürdülər. Ə vvəlcə yavaş çalınan hava gct-gcdə qızışdıqca, Səməndər, hamı nın xoşuna gələn bir məharətlə oynayıb səhnədən çəkiləndə, tamaşa çılar “bis, bis!..” deyə qışqırdılar. Konferansye yenə ortada göründü. - Sakit olun, yoldaşlar, - dedi, - proqramımız çox duzludur. Var olsun aşpaz! O, əlbəttə, özünün məharətini nəzərdə tuturdu. Lətifə, yarım saat