285
Şəkil
93.
Detektorun sxemi. a-qazboşalmalı
detektor; 1-balon; 2-katod; 3-
anod; b-sisintilyasion detektor; 1-sisintilyator; 2-əksetdirici; 3-
fotoelektron gücləndiricisi; 4-fotokatod; 5-fokuslayıcı dinod; 6-dinodlar; 7-
anod.
birləşdirilmiş volfram sap balonun mərkəzindən keçir. Sap anod
rolunu oynayır, balonun metalla örtülən daxili səthi katod rolunu
oynayır. Katodun materialı poladdan, qrafitdən, nikeldən,
volfram
yaxud ixromdan olur. Balonun boşluğu qaz qarışığı ilə doldurulur,
qazın tərkibi hesablaycının hansı məqsəd üçün istifadə olun-
masından asılıdır. Betta və qamma şüalanmalarını qeyd etmək üçün
təsirsiz qazlardan (arqon neon) və izopentan buxarından istifadə
edirlər. Neytronları qeyd etmək üçün balonun içi az təzyiq altında üç
ftorlu bordan, yaxud amorf bor qarışığı izotopundan istifadə olunur.
Betta və qamma şüaları hesablayıcıdan
keçərək balonun metallik
səthindən elektronu ötürərək iona çevrilir və anoda, ya da katoda
tərəf yönələrək, impuls gərginlik yaradır, boşalma baş verir.
Ölçmə
qurğusuna daxil olan impuls cərəyanının miqdarı radioaktiv
şüalanmanın intensivliyi ilə mütənasibdir.
Hesablayıcının elektroduna çatan ionların sayının radioaktiv
hissəciklərinin təsirinlə yaranan ümumi ionların sayına olan nisbətinə
qaz gücləndirici əmsalı deyilir (QGƏ). QGƏ
10
3
bu qiymətində
anoda toplanan ionların (elektron) sayı ümumionlarla mütənasiblik
downloaded from KitabYurdu.org
286
təşkil edir. Göstərilən rejimdə işləyən hesablayıcılara mütənasiblik
hesablaycıları deyilir. Bunları rentqen radiometrik cihazlarında
istifadə edirlər.
Qaz boşalmaları hesablaycılarının
səmərəliliyi faizlə təyin
olunur
qeyd
0
%
yəni hesablayıcıda qeyd olunan ionların yaxud kvantların ümumi
ionların sayı yaxud kvantların sayına olan nisbətinə bərabərdir.
Qaz boşalmaları hesablayıcılarının səmərəliliyi 2—3 % təşkil
edir. O, qəbul olunan şüalanmanın enerjisindən və katodun
materialından asılıdır.
Dostları ilə paylaş: