Xələfli A. A


§97. ÇÖL RADİOMETRİK CİHAZLARI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə135/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   131   132   133   134   135   136   137   138   ...   168
geofiziki kesfiyyat usullari

 
§97. ÇÖL RADİOMETRİK CİHAZLARI
Radiometrik cihazlar radioaktiv şüalanmalar selinin ölçülməsi
şüalanmanın enerji spektrinin tə'yini və qazların radioaktivliyinin öy-
rənilməsində istifadə olunur. Buna uyğun xüsusi cihazlar var ki, 
onlara radiometrlər, spektrometrlər, emanometrlər deyilir. Əksər 
cihazlarda prinsipial sxem eynidir. Bu detektor (indikator) 
gücləndirici kaskadlar, indikatorun impulsunun gücləndiricisi, 
formalaşdıran kaskad, impulslara düzbucaqlı forma vermək üçün 
inteqral özək, vahid zamandakı impulsların sayı ilə mütənasib olan 
impulsları ardıcıl olaraq sabit cərəyana çeviricidən ibarətdir. Bütün 
cihazlarda impulsları qeyd etmək üçün xüsusi hesablayıcılardan 
istifadə edirlər, bu cihaz hesablama sxeminə qoşulur və siqnallara 
telefonla qulaq asılır. Cihazda detektor rolunu qaz boşalması oynayır, 
çox hallarda sisintilyasion hesablayıcılardan istifadə olunur. 
Çöl radiometrləri, 
süxurlarda təbii radioaktivliyi ölçmək üçün 
istifadə olunur. Bunlar əldə gəzdirilən iki konpakt blokdan ibarətdir. 
Bu bloklar naqillərlə bir-biri ilə birləşdirilir (şəkil 954a): zond-
detektor və idarəetmə orqanından ibarətdir. Zondda qamma 
şüalanmanı qeyd edən sisintilyasıya hesablayıcısı. F.E.G., 
yerləşdirilir, enerji mənbəyi, qeyd etmə, gücləndirici və elektron 
sxemləri idarə etmə blokunda yerləşdirilir. İdarə etmə blokunun 
üzərinə əqrəbli qeydedici cihaz və cihazı idarə etmək üçün açarlar 
çıxarılmışdır. Qutunun yan tərəfində telefon qoşmaq üçün yuvacıq 
qoyulmuşdur. Zond detektorda rahat olmaq üçün tutacaq 
qoyulmuşdur və zondun uzunluğunu artırıb azaltmaq üçün düyməcik 
qoyulub. 
downloaded from KitabYurdu.org


288 
Radioaktiv anomaliyaları axtarmaq üçün əsasən SRP_68-01, 
SRP-68-02, SRP-68-03 radiometrlərindən istifadə edirlə 
Şəkil
94
. Radiometrik cihazlar a-radiometr SRP-68-01; 1-dalğa tutan 
qurğu; 2-qurğunu idarə etmək üçün üzərinə əməliyyat dəstəkləri yığılmış 
qutu; b-emmanometr EM-6 işləmə vəziyyətində; 1-nümunə götürən; 2-
torpaqdan çıxan qazın ionlaşma kamerasına vermək üçün rezin boru; 3-toz 
tutanın quruducusu; 4-ionlaşma kamerası; 5- sisintilyasiya hesablaycılı 
ölçmə qurğusu; 6-nasos. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin