Nüvə qamma-rezonans üsulu.
Bn başlıca olaraq nümunədə qalay
oksidini təyin etmək üçün istifadə edilir. Ölçmələr MAK-1 cihazı ilə
həyata keçirilir, şualanma mənbəyi olaraq
119
Sn istifadə olunur. Bu
pyezoelektrik silkələyici cihaza bərkidilir. Hərəkətsiz və rəqsi
hərəkətdə olan mənbədə qısa müddətli ölçmələrin (1dəq) köməyi ilə
hesablamanın (saymanın) sürətini təyin edərək qamma-rezonans
effektinin qiymətini təyin edirlər.
Qamm-elektron üsulu. Nümunələrin tərkibində qurğuşunin,
volframın, sürmənin, kadminin, molibdenin miqdarını təyin etmək
üçün istifadə olunur. Ölçmələri ionlaşma kamerası ilə aparırlar,
kamera sabit cərəyan gücləndiricisi və əqrəbli mikroampermetrlə
təchiz olunub. Tədqiq olunan elementin zənginliyini müqayisə yolu
ilə təyin edirlər. Bunun üçün əvvəlcə nümunədə ionlaşma cərəyanı
müəyyən olunur, sonra isə etalonda ionlaşma cərəyanı tapılır və
müqayisə olunaraq zənginlik tapılır.
Neytron-neytron üsulu. əsas bor və başqa istilik neytronlarını
böyük zəbtetmə en kəsikli elementləri təyin etmək üçün istifadə
olunur. Çox hallarda LBM-2 barometrlərindən istifadə olunur,
ölçmənin hüdudu 15-18 %, həssaslığı 0,5 % B olur.
ALTINCI HİSSƏ
QUYULARIN GEOFİZİKİ ÜSULLARLA TƏDQİQİ
downloaded from KitabYurdu.org
301
Geoloji kəşfiyyat işlərində silindr formalı nümunəsiz qazma
işləri aparılır (axırıncı quyuların istismara verildiyi zaman görülür).
Hər iki qazma zamanı süxur tam olaraq sürtülüb yeyilir, süxurun
tərkibi, qurululşu haqda bir məlumat almaq mümkün olmur.
Geofiziki işləri tətbiq etməklə süxurların fiziki xassəsi öyrənilir və
quyunun geoloji sənədləri hazırlanır Bu, quyularda müxtəlif fiziki
sahələri öyrənməklə mümkün olur. Bu halda Yer səthində olduğu
kimi bütün fiziki sahələr və üsullardan istifadə olunur. Quyulara
müşahidənin nəticələrinə quyunun diametri, quyunun əyilməsi,
quyunu dolduran qazma məhlulların, suların duzlaşması və bir çox
amillər təsir edir. Bu şərtlər Yerin səthində aparılan geofiziki
müşahidələr arasında əhəmiyyətli fərq yaradır. Buna görə də quyuda
aparılan geofiziki müşahidələr ayrılaraq sərbəst sahə yaradır ki,
bunlara quyuları geofiziki öyrənən üsul adı verilib. Bəzən bunlara
mədən geofizikası deyilir (neft və qaz yataqlarının axtarışı yaxud
karataj adlandırılır).
Quyularda aparılan bütün ölçmələr ya maşına ya da hərəkət edən
vasitələrdə yerləşdirilən karataj stansiyalarında aparılır. Qarataj
stansiyalarının tərkibinə aşağıdakılar daxildir: quyu ölçmə aləti, yerüstü
idarəetmə mərkəzi və qeydetmə. Xüsusi naqil vasitəsi ilə idarəetmə
mərkəzi ölçmə aləti ilə birləşdirilir. Müasir avtomat karataj
stansiyalarında bir neçə dəst quyu ölçmə və idarəetmə mərkəzi var ki, bu,
müxtəlif üsulları ayrılıqda, yaxud hamısından birlikdə istifadə etməyə
geniş imkan verir.
Ölçmələrin nəticələri oxşar formada karataj diaqramı kağız lent-
də, foto lentdə, yaxud ədədi kodlarla yazılır ya əllə, ya da maşınla
hesablanılır. Çox dərin olmayan quyuları bir məqsədli əldə gəzdirilən
cihazlarla öyrənirlər. Quyuların fiziki üsulla öyrənilməsi böyük
əhəmiyyət kəsb edir. Qarataj quruluş geologiyasında filiz və qeyri-
filiz yataqların axtarışında və mühəndis hidrogeologiya
tədqiqatlarında istifadə olunur. Quyuların kəsilişini öyrəndikdə
elektrik, nüvə fizikası, termometrik, seysmoakustik, maqnit,
qravimetrik, eyni zamanda geokimyəvi və geoloji üsullardan istifadə
downloaded from KitabYurdu.org
302
edirlər. Geofiziki tədqiqat eyni zamanda həm quyu ətrafı, həm də
quyulararası məkanda aparılır.
Dostları ilə paylaş: |