MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 69 ____________________________
Şəkil 9. İnteqrasiya edilmiş idarəetmə sistemləri və korporativ
informasiya sistemlərinin qarşılıqlı əlaqələri
REAL İNFORMASİYA SİSTEMLƏRİN QURULUŞUNA
NÜMUNƏLƏR
Şəkil 10-da
ERP SAP R/3 sisteminin arxitekturası təsvir
edilmişdir.
Şəkil 10-da:
EDI – Electronic Data Interchange –
elektron verilənlər mübadiləsi sistemi;
ALE – Application Link
Enabling – proqram əlavələrini əlaqələndirən sistem; Firewall
– korporativ informasiya sistemlərini
xarici sistemlərdən
qoruyucu ekrandır.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 70 ____________________________
Şək.10. ERP SAP R/3 sisteminin arxitekturası
İndi isə neft şirkətində gerçək fəaliyyət göstərən
korporativ informasiya sistemlərinin arxitekturasını
nəzərdən
keçirək (Şəkil 11).
Burada
informasiya
sistemlərinin
informasiya
texnologiyaları əməlini təsvir edərkən ilk baxışda informasiya
sistemləri ilə heç bir əlaqəsi olmayan
mühəndis sistemlərinə
diqqət yetirəcəyik.
Aydındır ki, bütünlükdə texnoloji avadanlığın, o cümlədən
informasiya texnologiyalarının etibarlılığı elektroqidalanmadan,
informasiya sistemlərini dəstəkləyən bütün avadanlıqların
müntəzəm reqlamentli profilaktikasından birbaşa asılıdır.
Güclü prosessorlar üçün server otaqlarında sabit iqlim təmin
etmək olduqca vacibdir və s.
Bir sözlə, şirkətdə real işləyən
informasiya sistemləri üçün hər şey əhəmiyyətlidir.
İnformasiya sistemlərindən “uzaq”
mühəndis sistemlərinin
diqqətdənkənar qalması şirkət üçün baha başa gələ bilər.