MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 62 ____________________________
•
Marketinqin
avtomatlaşdırılması
iki
əsas
funksiyanın
avtomatlaşdırılmasını
nəzərdə
tutur:
marketinq şirkətlərinin idarə edilməsi və demoqrafik
təhlil. Birinci funksiya büdcənin, reklam şirkətlərinin,
məqsədli aksiyaların, müştərilərin reaksiyalarının idarə
edilməsi ilə bağlıdır. Demoqrafik təhlil ənənəvi olaraq
müştəri bazasındakı verilənlərin statistik emalını həyata
keçirir. İnternet-texnologiyaların və Veb-saytlardakı və
digər müasir kommunikasiya kanallarındakı əlavə
informasiya mənbələrinin meydana çıxması
marketinq
üçün yeni imkanlar açmışdır. Bunun nəticəsində
seqmentləşdirmə texnikası və məqsədli aksiyaların təşkili
daha böyük uğur qazanmışdır;
•
Satışın avtomatlaşdırılması tarixən daha qədim və
populyar “Müştərilərlə qarşılıqlı münasibətlərin idarə
edilməsi sistemi” funksiyasıdır. Elektron biznes dövrünün
başlanmasından çox əvvəl Müştərilərlə qarşılıqlı
münasibətlərin idarə edilməsi sistemi məhz bu funksiya
ilə inkişaf etmişdir. Bu funksiya satış kanallarının
distribusiyası
və monitorinqi, mal axınları şəbəkəsinin
idarə edilməsi, malgöndərənlərlə sifarişçilərin qrupşəkilli
qarşılırlı
fəaliyyətləri, müştərilərlə kontaktların (əlaqəyə
girmələrin) mərkəzləşdirilmiş emalı və s. ilə bağlıdır.
İnternet-texnologiya,
həmçinin
satışın
avtomatlaşdırılması funksiyasını, xüsusilə, “satıcı - alıcı”
sistemində qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə
dəyişdirir. Belə ki, elektron kommersiya vasitəçi (dəllal)
xidmətini ixtisar etməklə, sövdələşmələrin
səmərəliliyini
yüksəldir, müştəriləri daha çox razı salır.
•
Müştərilərə xidmətin avtomatlaşdırılması İnternet-
texnologiyanın meydana çıxması ilə bağlı olaraq daha