MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 60 ____________________________
proqram məhsulları bazarda daha
böyük xüsusi çəki nümayiş
etdirir.
Bununla belə, hal-hazırda mövcud olan Müştərilərlə
qarşılıqlı münasibətlərin idarə edilməsi sisteminin
kommersiya
paketlərinin heç biri müştəri və sifarişçilərlə münasibətlərin
idarə edilməsi üzrə funksional tamlığa malik deyildir (şəkil 6).
Şəkil 6. Mövcud CRM layihələrinin dərəcələri
Şəkil 6-dan göründüyü kimi, Müştərilərlə qarşılıqlı
münasibətlərin idarə edilməsi sistemi paketinin bir variantı
100% satışa kömək, 50% marketinqə kömək funksiyalarını icra
etsə də, heç bir analitik hesablamalar aparmır. Digər variantda
satışa kömək funksiyası yoxdur,
əvəzində marketinqə kömək
50%, analitik hesablamalar isə 100% təşkil edir. Üçüncü
variantda satışa kömək 50%, marketinqə kömək 50%, analitik
hesablamalar 50% təşkil edir. Bu üç funksiyanın
hər birinin