Мцяллиф адлы кимйяви реаксийалар


Benzol kimi birləşmələrdə kovalent rabitə modelinin yoxlanması üçün



Yüklə 80,1 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.01.2024
ölçüsü80,1 Kb.
#201874
1   2   3   4   5   6   7   8
05 Nuriyeva M

Benzol kimi birləşmələrdə kovalent rabitə modelinin yoxlanması üçün: 
Tsikloheksatrienin 
quruluşu, 
tsikloheksan 
və 
tsikloheksadienin 
quruluşundan fərqlənir, çünki benzol molekulu delokallaşmış – rabitə sisteminə 
malikdir. 

Kovalent və ion birləşmələrdə rabitə modelinin yoxlanılması üçün: 
Gümüş-xlorid metaldan və qeyri-metaldan əmələ gəlir və o, tamamilə ion 
birləşmələrə aid olmalıdır, lakin Born- Qaber tsiklindən istifadə edərək 
hesablanmış qəfəs enerjisinə görə onu ion birləşmələrinə aid etmək olmaz. Bu onu 
göstərir ki, ion modeli gümüş-xlorid üçün ödənilmir. Gümüş d- elementi olan 
metallara aiddir. Qeyd etməliyik ki, d- orbitallarındakı elektronlar s- və p- 
orbitallarındakı elektronlara nisbətən nüvəni daha az dərəcədə ekranlaşdırır. Bu o 
deməkdir ki, gümüş ionunun nüvəsi daha az müdafiə olunur, daha doğrusu 
gözlənildiyindən çox polyarlaşma qabiliyyətinə malik olur. Gümüş ionu, xlor 
ionunu polyarlaşdırır, ionlar arasında elektron sıxlığı yaranır. Ona görə də gümüş 
xlorid daha çox dərəcədə kovalent birləşmələrə aid edilir. 
Maddə 
Nəzəri qəfəs enerjisi 
(fiziki hesablamalara görə) 
Real qəfəs enerjisi 
(Born – Qaber tsiklinə görə) 
NaCl 
-770 
-780 
NaBr 
-735 
-742 
KCl 
-702 
-711 
uyğunluq yaxşıdır, ion model ödənilir. 
AgCl 
-833 
-905 
AgBr 
-816 
-891 
uyğunluq pisdir, ion model ödənilmir, kovalent rabitə özünü daha 
çox göstərir. 
 
Entropiya və sərbəst enerji
- nizamsızlıq ölçüsüdür, işi həyata keçirmək üçün 
lazım olan enerjidir. 
Arktikada demək olar ki, bütün maddələr bərk haldadır. Onun hissəcikləri 
çox az kinetik enerjiyə malikdir və kristal qəfəsdə müəyyən nizamlılıqla və sıx 
yerləşmişdir. Çox aşağı temperatur şəraitində cəzbetmə qüvvələri, hissəcikləri 


Kimya məktəbdə 
47
 
biryerdə saxladığından sistemin potensial enerjisi çox az olur. Günəşdə bütün 
maddələr qaz halındadır. Hissəciklər o qədər böyük kinetik enerjiyə malikdir ki, o, 
onlar arasındakı cazibə qüvvəsindən böyük olur və təsadüfi hərəkət edə bilər. 
Beləliklə yüksək temperaturda hissəciklər arasında nizamlılıq mövcud deyil və 
sistemin kinetik enerjisi çox yüksək olur. 
Potensial enerjinin sistemdə nizamlılıq yaratması tendensiyası ilə kinetik 
enerjinin onu dağıtması arasında konkurensiya baş verir. 
Entropiya – nizamsızlıq ölçüsü. 
Ekzotermik proseslər (- 
), hansı ki, nəticədə sistemin potensial enerjisi 
azalır, daha çox ehtimal olunan proseslərdir. Lakin baş verən proseslərin hamısı 
ekzotermik deyildir. 
Nə üçün buxarlanma prosesinə oxşar endotermik reaksiyalar gedir ? Bir sıra 
hissəciklər onları mayedə saxlayan qüvvələri dəf etmək üçün lazım olan kinetik 
enerjidən çox enerjiyə malik olur. Bu hissəciklər uçuculuq qabiliyyətinə malikdir. 
Hər bir sistem üçün yalnız bir nizamlılıq halı, bir tamamlanmış qəfəs – məhdud 
olmayan sayda nizamsız hallar mövcuddur. Əgər sistemin üzərində nizamlılığa 
görə iş görülməsə ( öz otağınızdakı səliqə-səhman barədə düşünün) onda real 
olaraq sistem daha nizamsız və təsadüfi olar. Ona görə də nizamsızlıq halı daha 
çox ehtimal ediləndir. 
Sistemin nizamsızlıq ölçüsü S simvolu ilə işarələnən entropiyadır. 0
0
K
temperaturda kristal qəfəs mütləq nizamlı olur, ona görə sistemin entalpiyası sıfır 
olur. Qızdırdıqda hissəciklərin kinetik enerjisi artır, hissəciklərin yerləşməsinin 
nizamlılığı pozulur. Deməli entropiya temperaturdan asılıdır, onun artması ilə 
entropiya artır. 
Entropiya dəyişilməsinin müəyyən edilməsi : 
Kimyəvi reaksiyalarda entropiya dəyişməsi aşağıdakı şəkildə müəyyən edilir: 
burada: 

Yüklə 80,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin