H.B. Allahverdiyev
Az
ərbaycan Dövlət İqtisadi Universiteti
«İqtisadiyyatın dövlət tənzimlənməsi»
kafedrasının müdiri, İqtisad elmləri doktoru,
professor
GIRIS
Beyn
əlxalq təcrübə göstərir ki, dünyanın heç bir ölkəsi
xarici iqtisadi
əlaqələr qurmadan öz milli iqtisadiyyatının normal
inkişafını təmin edə bilməz. Ölkələr arasında bu əlaqələr çox-
şaxəlidir və onun müxtəlif formaları (ixtisaslaşma, kooperasiya,
müştərək və elmi-texniki əməkdaşlıq, xarici ticarət, lisenziya
(ingilisc
ə «license» - qoyulmuş müddət ərzində və
müəyyənləşdirilmiş şərtlərlə, göstərilən fəaliyyət növünün həyata
keçirilməsinə icazə verən rəsmi sənəddir) və texnologiyalarla
ticar
ət, işçi qüvvəsinin beynəlxalq hərəkəti, sosial-mədəni
xidm
ətlərin göstərilməsi, turizm, azad iqtisadi zonaların
yaradılması və s.) mövcuddur. Beynəlxalq iqtisadi münasibətlərin
2/3 hiss
əsindən çoxu xarici ticarət əlaqələrinin payına düşür.
Az
ərbaycanda xarici iqtisadi əlaqələrin müstəqil fəaliyyət
tarixi çox gəncdir. Belə ki, təqribən 70 ildən çox bir müddət
ərzində respublika iqtisadiyyatı SSRİ-nin vahid xalq təsərrüfatı
kompleksinin t
ərkib hissəsi olduğundan, dünyadan təkcə siyasi
c
əhətdən deyil, eyni zamanda, iqtisadi cəhətdən də təcrid
olunmuş şəraitdə fəaliyyət göstərmişdir. Xarici ticarət üzərində
dövlət nəzarəti bütün sahələri, onun ayrı-ayrı strukturlarını
ittifaqdan asılı vəziyyətdə saxlamış, bir növ onların müstəqil
inkişafına mane olmuşdur. Lakin bununla yanaşı, Azərbaycan
SSRİ-nin xarici ticarət əlaqələrində fəal iştirak etmiş və
respublikamız 350 addan çox məhsulla dünyanın 80 ölkəsi ilə
ixrac
əməliyyatı aparmış, eyni zamanda, öz tələbatını ödəmək
üçün mərkəzləşmiş qaydada məhsul idxal etmişdir.
ittifaqın dağılması ilə bu İttifaqa daxil olan respublikalar, o
cümlədən Azərbaycan öz milli iqtisadiyyatını müstəqil qurmaq və
öz milli mənafelərinə uyğun inkişaf etdirmək İmkanı qazandı.
Az
ərbaycanın təbli və iqtisadi potensialının milli mənafeyə
yönəldilməsi, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən
istifad
ə etməklə dünyada gedən iqtisadi proseslərə qoşulmaq
üçün şərait yaratdı və Azərbaycan beynəlxalq hüququn subyekti
olmaqla dünya təsərrüfatına inteqrasiya oluna bildi.
Lakin qısa zaman kəsiyində Azərbaycanda mövcud olan
xarici iqtisadi
əlaqələrin bazar iqtisadiyyatına keçid prosesi
müstəqil tədqiqat sahəsi ola bilməzdi və təbii ki, bu iqtisadi
əlaqələrin yalnız müxtəlif aspektləri tədqiq olunmuş və onun
t
əkmilləşdirilməsi üçün konkret əməli təkliflər verilmişdir.
Xarici İqtisadi əlaqələrin müxtəlif aspektləri və problemləri
ayrılıqda tədqiq edilsə də, ölkədə sürətlə gedən iqtisadi-siyasi
prosesl
ər fonunda bazar iqtisadiyyatı şəraitində xarici tica-
r
ət-iqtlsadi əlaqələr kompleks tədqiq olunmamışdır.
M
əhz bunlar nəzərə alınmaqla xarici iqtisadi əlaqələrin
n
əzəri əsasları, dünya ölkələrinin qabaqcıl təcrübəsinə
əsaslanmaqla Azərbaycanın xarici iqtisadi əlaqələrinin müasir
v
əziyyəti, iqtisadi əlaqələrdə disproporsiyalar, çatışmamazlıqlar
v
ə onun təkmilləşdirilməsi istiqamətləri tədqiq edilmişdir.
Az
ərbaycanda iqtisadi islahatların müvəffəqiyyətlə
h
əyata
keçirilməsi,
beyn
əlxalq
neft
müqavilələrinin
reallaşdırılması və bütövlükdə bazar iqtisadiyyatına keçirməsi
iqtisadi h
əyatın bütün sahələrində iqtisadi artıma, eyni zamanda,
əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Bununla yanaşı, Azərbaycan prezidenti H.Əliyevin
d
əfələrlə qeyd etdiyi kimi, sovet hakimiyyəti illərində
Az
ərbaycanda
yüzlərlə sənaye müəssisələrinin, sosial obyektlərin istifadəyə
verilm
əsi, nəqliyyatın bütün sahələrinin inkişaf etdirilməsi
Az
ərbaycanda səmərəli ticarət-iqtisadi əlaqələr yaratmağa imkan
vermişdir.
Son ill
ərdə respublikanın xarici ticarət əlaqələri
əhəmiyyətli dərəcədə yaxşılaşmış, dünya bazarında əlverişli
qiym
ət konyukturası, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması,
ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi,
makroiqtisadi göstəricilərin yaxşılaşması ölkədə iqtisadi artım
üçün şərait yarştmışdır.
Bütün bunlara çox çətinliklə nail olunmuşdur. Belə ki,
müstəqilliyin ilk illərində respublikada hökm sürən qeyri-siyasi
sabitlik, hakimiyy
ətin tez-tez dəyişməsi, ermənilərin ölkəmizə
qarşı ərazi iddiaları və torpaqlarımızın 20%-nln işğal edilməsi,
ölkənin vətəndaş müharibəsi həddinə çatması iqtisadiyyatı iflic
v
əziyyətinə salmışdı.
Görkəmli dövlət xadimi H.Əliyevin xalqın tələbi ilə yenidən
siyasi hakimiyy
ətə gəlməsi ölkədə siyasi sabitlik yaratmış,
iqtisadi islahatları aparmağa imkan vermişdir.
T
əbii ki, gömrük sistemini də ölkədə gedən ictimai-siyasi
prosesl
ərdən kənarda təsəvvür etmək mümkün olmazdı. Məhz
prezident H.Əliyevin təşəbbüsü ilə 1995-ci ilin yanvarında
keçirilən geniş müşavirədə gömrük orqanlarının fəaliyyətinin
h
ərtərəfli təhlililə əlaqədar etdiyi nitqdə söylədiyi «...biz elə bir
gömrük orqanı yaratmalıyıq ki, o, xarici iqtisadi əlaqələrimizdə öz
yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün
hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz
töhfəsini versin» - göstəriş xarakterli tövsiyə bu orqanların
f
əaliyyət proqramı kimi qəbul olundu. Bununla əlaqədar faktiki
olaraq hazırda xarici ticarət dövriyyəsinə kompleks gömrük
n
əzarəti beynəlxalq standartlar səviyyəsinə uyğun, müasir
maddi- texniki v
ə normativ bazaya malik Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan Muxtar
Respublikası Gömrük Komitəsi, 2 Baş Gömrük İdarəsi, Xəzər
D
ənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin
Mühafizəsi İdarəsi və 13 gömrükxana, 1 xüsusi təmayüllü enerji
gömrükxanası və Aksiz gömrük postundan ibarət yerli gömrük
orqanları tərəfindən aparılır.
F
əaliyyət proqramının həyata keçirilməsinin nəticəsidir ki,
bazar iqtisadiyyatına keçid şəraitində büdcənin mədaxil
hiss
əsində gömrük vergi və rüsumlarının xüsusi çəkisi 2002-ci
ild
ə 22,4% təşkil etmişdir ki, bu da 1994-cü illə müqayisədə 7,0
d
əfə çoxdur. Buna xarici ticarətdə gömrük-tarif, qeyri-tarif
t
ənzimləmələrinin tətbiqi, məhsul istehsalı və göstərilən
xidm
ətlərin artımı hesabına, habelə gömrük nəzarətinin
s
əmərəliliyinin artırılması və bütövlükdə gömrük orqanları
sisteminin modernl
əşdirilməsi, məhz differensiallaşdırılmış tarif
sistemin
ə uyğun olaraq Azərbaycan Respublikasının gömrük
tarifinin müəyyən olunması, vasitəli vergilərin «son təyinat»
prinsipi İlə alınması qaydalarının, «on-line» texnologiyasının
t
ətbiqi, sabit informasiya mübadiləsinin təmini və s. nəticəsində
nail olunmuşdur.
Artıq 2002-ci ildə ölkədə Ümumi Daxili Məhsul (ÜDM)
29,6 trln. manat t
əşkil etmiş və 2000-ci ilə nisbətən 1,3 dəfə
artmışdır. Əhalinin hər nəfərinə ÜDM istehsalı 3676,4 min manat
(756,3 ABŞ dolları) təşkil etmiş və ya 2000-ci ilə nisbətən bu
artım məhsul istehsalı və göstərilən xidmətlər hesabına 1,1 dəfə
çox olmuşdur. Göstərmək lazımdır ki, iqtisadi artım makroiqtisadi
sabitlik şəraitində baş vermişdir. Ölkənin struktur isla-
10
hatlannın mühüm tərkib hissəsi olan özəlləşdirmə prosesi davam
etdirilmişdir. Ölkədə həyata keçirilən İqtisadi İslahatlar
n
əticəsində ildən-ilə özəl bölmədə məhsul İstehsalı artır.
İnvestisiya mühitinin yaxşılaşdırılması, xarici iqtisadi fəaliyyətdə
sağlam rəqabət şəraitinin yaradılması və bununla da respublika
iqtisadiyyatına xarici investisiyalar axınının daha da artırmı ilə
baş verir.
2002-
ci İldə xarici iqtisadi əlaqələr 2917,3 milyon ABŞ
dolları, o cümlədən ixrac 1745,2, idxal 1172,1 milyon ABŞ dolları
t
əşkil etmiş, 573,1 milyon ABŞ dollarlıq müsbət xarici tica- rət
saldosu yaranmışdır. Həmin ildə xarici ticarət dövriyyəsi əvvəlki
il
ə nisbətən 48,4 faiz, o cümlədən ixrac 1,9 dəfə artmışdır.
2002-ci ild
ə xarici ticarət dövriyyəsinin ümumi həcmi
3833,1 milyon ABŞ dolları, o cümlədən ixrac 2167,5, idxal 1665,6
milyon dollar t
əşkil etmiş, ölkə üzrə 501,9 milyon dollar
m
əbləğində müsbət xarici ticarət saldosu yaranmışdır. İxracın
h
əcmi ümumi dövriyyənin 56,5 faizini təşkil etmiş və idxalı 30,1
faiz üstələmişdir. 2001-ci illə müqayisədə xarici ticarət
dövriyyəsinin ümumi həcmi 2,3 faiz artmışdır.
Bu ill
ər ərzində xarici ticarət əlaqələrinin tərkibi də xeyli
d
əyişmişdir. İdxalın ümumi həcmində respublikaya gətirilən
ərzaq məhsullarının xüsusi çəkisi 1993-cü ildə 21,2 faiz, 1995-ci
üdə 41,6 faiz olduğu halda, 2000-ci ildə bu göstərici azalaraq
19,0 faiz, 2002-ci ild
ə isə 14,3 faiz təşkil etmişdir. Ərzaq
m
əhsullarının idxalının azalmasına səbəb ölkəmizdə uğurla
aparılan aqrar islahatlar nəticəsində yerli ərzaq məhsullarının
istehsalının ilbəil artması olmuşdur.
2002-ci ilin xarici ticar
ət dövriyyəsinin 23,3%-i MDB
ölkələrinin, 76,7%-i isə digər ölkələrin payına düşür. Azərbayca
11
nın xarici ticarət dövriyyəsində Rusiya, Ukrayna, ABŞ, Türkiyə,
Fransa, İran, Böyük Britaniya, İtaliya, İsrail, İsveçrə, Gürcüstan
yüksək xüsusi çəkiyə malikdirlər və onlar arasında sabit, daimi və
möhkəm əlaqələr yaranmışdır. Azərbaycanın idxal-ixrac
əməliyyatlarının təxminən 75-80%-i bu ölkələrin payına düşür.
D
ərslikdə xarici ticarət iqtisadi əlaqələrinin yaranma
s
əbəbləri, onun inkişaf qanunauyğunluqları, prinsipləri, onu
şərtləndirən amillər ətraflı təhlil olunmuş, bu əlaqələrin inkişafına
mane olan s
əbəblər araşdırılmışdır.
Az
ərbaycanın xarici ticarət əlaqələri müqayisəli surətdə
'
/
t
əhlil olunmuş, idxal-ixrac əməliyyatlarının strukturu, onun
inkişafında olan çatışmamazlıqlar və onun aradan qaldırılması
yolları, xarici ticarət əlaqələrində baş verən müsbət keyfiyyətlər
aşkar edilmiş və onu təkmilləşdirmək üçün konkret təkliflər İrəli
sürülmüşdür.
Dostları ilə paylaş: |