M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə5/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   2   3   4   5   6   7   8   9   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

12 


I FƏSİL 
XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİN NƏZƏRİ VƏ 
METODOLOJİ ƏSASLARI 
1.1. 
BEYNƏLXALQ İQTİSADİ ƏLAQƏLƏRİN 
OBYEKTİV ZƏRURİLİYİ VƏ NƏZƏRİ ƏSASLARI 
I
Dünya təcrübəsi göstərir ki, ölkələr arasında İqtisadi 
əlaqələr daima artır və genişlənir;^ Bu prosesin obyektiv əsasları 
aşağıdakılardır: 

ümumdünya əmək bölgüsü; 
- t
əsərrüfat həyatının beynəlmiləlləşməsi. 
[Özünün iqtisadi maraq və mənafe dairəsindən çıxış edən 
h
ər bir dövlət həmişə başqa dövlətlərlə iqtisadi əlaqələr 
yaratmağa ehtiyac hiss edir. İdeoloji, siyasi, dini və iqtisadi 
f
ərqlər dünya dövlətlərinin inteqrasiyasının qarşısını almaq 
iqtidarında olmur. Çünki, bu inteqrasiya prosesinin əsasında 
dünyanın bütün iqtisadi, elmi-texniki potensialını, intellektual 
fikrini texnoloji sıçrayış üçün səfərbər etmək, insan ağlının 
yüksək nəticələrindən bəşəriyyət naminə istifadə etmək zərurəti 
d
ayanır^ Müasir dünyanın vəhdətini, dünya xalqlarının birliyini 
şərtləndirən amillər sırasına bəşəriyyəti narahat edən aşağıdakı 
qlobal probleml
əri aid etmək lazımdır; 
1) 
nüvə müharibəsinin qarşısının alınması; 
2) z
əif inkişaf etmiş ölkələrin iqtisadi geriliyinin aradan 
qaldırılması; 
13 


3) 
dünya enerji, xammal, ərzaq və demoqrafiya 
probleml
ərinin həlli; 
4) kosmos v
ə dünya okeanı sərvətlərinin dinc məqsədlər 
üçün istifadə edilməsi; 
5) t
əhlükəli xəstəliklərin müalicəsi və aradan qaldırılması 
v
ə s. 
L
Bü mühüm məqsədlərin həyata keçirilməsi böyük iqtisadi 
birlikl
ərin 
yaranmasına, 
məhsuldar 
qüvvələrin 
beyn
əlmiləlləşməsinə səbəb olur.> 

L
Dünya dövlətləri bir-biri ilə İqtisadi əlaqələrin müxtəlif 
formalarından istifadə edirlər. Xalqların ən çox istifadə etdiyi, 
ənənəvi əlaqə forması xarici ticarətdir. Xarici ticarət hər bir 
dövlətin iqtisadi fəaliyyətində mühüm yer tutur. V 
Bu baxımdan iqtisadi fəaliyyətə dair xarici ticarət 
n
əzəriyyəsi klassik məktəbin nümayəndəsi, ingilis iqtisadçısı 
D.Ri- kardo (1772-1823) t
ərəfindən işlənib, hazırlanmışdır. 
«Müqa- yisəll xərclər» və ya «müqaylsəli üstünlük» prinsipindən 
İbarət olan bu nəzəriyyəyə görə xarici ticarətin obyektiv zəruriliyi 
aşağıdakı üç amillə şərtlənir: 
1. 
İqtisadi resurslar - təbii, insan və sərmayə ehtiyatları 
ölkələr arasında qeyri-bərabər bölünmüşdür
2. 
Müxtəlif əmtəələrin səmərəli istehsalı texnologiya və 
resursların kombinasiyasını tələb edir; 
3. 
Ölkələr arasında resursların mütəhərrikliyi aşağıdır. 
Ona görə də, xarici ticarət resursların beynəlxalq mütəhərrikliyi 
əvəzləyicisi kimi ortaya çıxır. Başqa sözlə, maddi resursları 
ölkələr arasında sərbəst hərəkət etdirmək mümkün olmadığı 
halda, 
əmək, əmtəə və xidmətlərin hərəkəti tamamilə 
mümkündür. 
14 


^D.Rikardo özünün xarici ticarət nəzəriyyəsinindən belə 
n
əticəyə gəlir ki, «ticarət bütün sivilizasiyalı millətləri bir ümum- 
dünya icmasında birləşdirəcəkdir))./' 
Klassik 
m
əktəbin 
dig
ər 
nümayəndəsi 
K.Marks 
ixtisaslaşma və mübadilənin hər hansı bir ölkə üçün faydalılığını 
əsaslandırır. Bu faydalılıq yalnız suveren dövlətlərin müəyyən 
əmtəələri özünün istehsal edə bilməsinə nisbətən xaricdən ucuz 
qiym
ətə almasında deyil, həm də bir qisim əmtəələrin istehsalı 
üzrə İxtisaslaşma hesabına onların İstehsalının daha səmərəli 
olmasındadır. 
Xarici ticar
ətin nəzəri müddəaları dünya təcrübəsi 
sınaqlarından keçmiş, müasir ümumdünya təcrübəsində özünü 
tam sübut etmişdir. Məsələn, Yaponiya yüksək səviyyəli ixtisaslı 
işçilərə malikdir. Burada ixtisaslı əmək çox, təbii resurslar isə 
m
əhduddur. Ona görə də, Yaponiyada az material tutumlu, lakin 
yüksək ixtisaslı əmək tələb edən sahələr (fotokameralar, radio, 
audio, video texnika v
ə s.) istehsalı səmərəlidir. Əksinə, 
Avstraliya böyük torpaq sahəsinə, lakin az insan və kapital 
resurslarına malikdir. Ona görə də, burada kənd təsərrüfatı 
m
əhsulları - taxıl, yun, ət, və s. istehsalı ucuzdur. Braziliyada 
tropik iqlim, m
əhsuldar torpaqlar, çoxlu ixtisassız əməyin olması 
ucuz q
əhvə istehsalı üçün sərfəlidir. 
Xarici ticar
ət nəzəriyyəsinin müddəalarına əməl olunduğu 
ABŞ kimi yüksək inkişaf etmiş bir ölkənin müəyyən məhsul 
növlərinin - banan, kakao, qəhvə, çay, ipək, nikel, qalay, təbii 
kauçuk, almaz və s. idxalına tələbatı vardır. 
Dünya ölkələrinin iqtisadi əlaqələrinin əsasını təşkil edən 
obyektiv meyarlarla qiym
ətləndirdikdə Azərbaycanın dünya 
15 


iqtisadi inteqrasiyasına qovuşmasını şərtləndirən amilləri 
aşağıdakılara ayırmaq olar: 
1. 
Coğrafi baxımdan Azərbaycanın torpaq-iqlim şəraitinin 
əlverişliliyi. Qərb və Şərq, Şimal və Cənub arasında əlaqələrin 
yaradılmasında Azərbaycan ərazisi mühüm rol oynayır. 
Az
ərbaycandan dünya ticarət və hava yollarına asanlıqla çıxmaq 
imkanları vardır. Xarici iqtisadi əlaqələrin inkişafı üçün yüksək 
s
əviyyədə inkişaf etmiş nəqliyyat və infrastruktura sistemi 
ticar
ət-iqtisadi əlaqələri səmərəli aparmaq üçün əlverişli şərait 
yaradır, xarici iqtisadi əlaqələrin yaradılması üçün əlavə xərclər 
t
ələb olunmur; 
2. 
Respublikanın zəngin təbii xammal və əmək 
ehtiyatlarına malik olması; 
3. 
İnvestisiya-kapital resurslarının məhdudluğu və çatış- 
maması; 
4. Texniki-
texnoloji potensialın aşağı olması və onlara 
k
əskin ehtiyac olması; 
5. Az
ərbaycan iqtisadiyyatının mövcud vəziyyəti elədir ki, 
ölkə əhalisinin bütün məhsul növlərinə olan ehtiyaclarını öz 
istehsalı hesabına təmin etmək imkanına malik deyildir. Ona 
görə də, xarici ticarətin Azərbaycanın iqtisadi inkişafında rolu 
böyükdür; 
6. 
Müstəqil Azərbaycanın siyasi durumu. Azərbaycan 
dövlətinin müstəqilliyini qorumaq və möhkəmləndirmək zərurəti; 
Az
ərbaycanın əldə etdiyi siyasi Istiqlalf möhkəmlətmək 
üçün xarici ölkələrlə iqtisadi əməkdaşlıq həm siyasi, həm də 
iqtisadi c
əhətdən çox vacibdir. Azərbaycan dünya təsərrüfatının 
t
ərkib hissəsinə çevrilməklə, iri dövlətlərin maraq dairəsinə daxil 
olur. H
əmin ölkələr isə öz maraqlarını təmin etmək üçün 
I6 


Az
ərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanılmasında 
maraqlıdırlar. Digər tərəfdən, beynəlxalq iqtisadi əməkdaşlığın 
üstünlüklərindən istifadə edərək respublika öz iqtisadi 
probleml
ərini həll etmək imkanı qazanır. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin