M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   64   65   66   67   68   69   70   71   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

3KonoMuuecKue oÖ3opbi MB
274 


1992-ci ild
ə idxal-ixrac əməliyyatlarının həcmi 2423,83 milyon 
ABŞ dolları olsa da, 1993-cü ildə bu göstərici 55,8% azalaraq 
1353,46 milyon dollar t
əşkil edib, 1994-cü ildə xarici ticarət 
dövriyyəsinin həcmi bir qədər artsa da, 1995-ci ildə yenidən 
aşağı düşmüşdür. 
Əhalinin ən zəruri istehlak mallarına tələbatının 
ödənilməsi zərurəti bütün qüvvələri bu məqsədə yönəltmişdir. 
T
əsadüfi deyildir ki, 1992-1996-cı illər ərzində ixrac 2,3 dəfə 
azaldığı halda, İdxal 1995-ci ildə 1992-ci il səviyyəsini ötüb 
keçmişdir. 
Araşdırmalar göstərir ki, bu illər ərzində respublikamızın 
xarici iqtisadi 
əlaqələrinin xarakteri, forma və miqyası, idxal-ixrac 
əməliyyatlarının strukturu və coğrafi İstiqamətləri ciddi 
d
əyişikliklərə məruz qalmışdır. 
Az
ərbaycanın ticarət əlaqələrində 1992-ci İldən 
başlayaraq uzaq xarici ölkələrin xüsusi çəkisi get-gedə artmağa 
başlamışdır. Əgər 1992-ci ildə Azərbaycanın keçmiş SSRİ 
respublikaları ilə ticarət dövriyyəsi ümumi xarici ticarət 
dövriyyəsinin 87,4%-ni təşkil edirdisə, 1992-ci ildə bu göstərici, 
55,2%, 1993- 
cü ildə 53.6%, 1994-cü ildə 53,7%, 1995-ci İldə isə 
36,7%, 1998-ci ild
ə 37,8%, 1999-cu ildə 25,3%, 2000-ci ildə 
17,9% pl- 
muşdur. 
Az
ərbaycanın əsas ticarət partnyorları olan Rusiyadan 
idxal 1991-1996-
cı illərdə 2,5 dəfə, ixrac isə 3,1 dəfə, 
Ukraynadan İdxal 2,3 dəfə, ixrac 3,5 dəfə, Qazaxıstandan idxal 
2,2 d
əfə, İxrac isə 1,5 dəfə azalmışdır. Bunun əksinə olaraq 
Türkiyə və İranla olan xarici ticarət dövriyyəsi sürətlə artmışdır. 
Mal dövriyyəsinin həcminə görə bu iki ölkə Azərbaycanın əsas 
ticar
ət partnyoruna çevrilmişlər: 1996-cı ildə idxalın 29,3%-i, 
İxracın isə 41,9%-l həmin dövlətlərlə aparılmışdır. 
275 


Göstərmək lazımdır ki, xarici ticarətdə baş vermiş böhranı 
aradan qaldırmaq üçün 1993-cü ildən başlayaraq müəyyən 
t
ədbirlər həyata keçirilmişdir. 
Az
ərbaycanda xarici ticarət hələ 1993-cü İldə dövlətin 
tam n
əzarətində idi. Bu dövrdə ölkədə strateji məhsulların əksər 
hiss
əsi müəyyən kvota daxilində, lisenziyalaşdırma qaydasında 
İxrac edilirdi. Lakin bazar iqtisadiyyatının tələblərinə uyğun 
olaraq xarici iqtisadi 
əlaqələrin sərbəstləşdirilməsi sahəsində 
müəyyən addımlar atılmağa başlandı. İlk dəfə olaraq 
lisenziyalaşdırma və kvotalaşdırma əsasında ixrac edilən məhsul 
növlərinin sayı azaldıldı. Ancaq bu sahədə ilk əsaslı tədbir 
«Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi 
haqqında» Azərbaycan Respublikası prezidentinin 1994- cü il 
tarixli 125 nömrəli fərmanı oldu. Fərmana əsasən əhəmiyyətli 
malların bütün hüquqi şəxslər tərəfindən ixracına icazə verildi. 
M
əhsulların ixracı əvvəlcədən ödənilən və ya geri çağırılmayan 
akkreditiv açıldığı hallarda həyata keçirilə bilərdi. Bu fərmanla 
xarici iqtisadi 
əlaqələrə nəzarət üzrə Dövlət Komissiyası yaradıldı 
v
ə strateji əhəmiyyətli mallar üzrə barter əməliyyatlarının 
aparılmasına icazə verilməsi bu komissiyaya həvalə olundu. 
F
ərmana uyğun olaraq, Nazirlər Kabineti «Azərbay- can 
Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqın- da» 
15 noyabr 1995-ci il tarixli q
ərar verdi. Qərara görə ixrac 
əməliyyatlarının lisenziyalaşdırılması və kvotälaşdırılması ləğv 
olunaraq, xarici ticar
ətin təşkili haqqında yeni əsasnamə təsdiq 
olundu.^"* 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin