64
kimi
əmlak sahibləri görünsə də, dolayısı ilə dövlətin və sığorta şirkətlərinin az
məsuliyyət daşımadığını görə bilərik. İlk öncə ona görə ki, obyektlərin icbari sığortasını
da əhatə edən “İcbari sığortalar haqqında” Qanunun tətbiqindəki
böyük boşluqlar
birbaşa olaraq sektorun dövlət tənzimlənməsindəki boşluğu göstərir. Həmçinin sığorta
şirkətlərinin səkkiz il ərzində qəbul edilmiş Qanunun icra mexanizmləri barədə dövlət
qarşısında əsaslı təkliflərlə çıxış etməməsi şirkətlərin inkişafa və rəqabətə meyilli
olmamasının, potensial müştəri bazasının düzgün qiymətləndirilməməsini göstərir.
Sığorta sahəsində dövlətin və sığorta şirkətlərinin fəaliyyət əskikliyini göstərən
daha bir amil əhalinin maariflənmə səviyyəsinin çox aşağı olmasıdır. İnsanlar hələ də
“icarə haqqı”, “vergi” və “sığorta haqqı” anlayışları ilə, onlar arasındakı fərqlərlə tam
tanış deyillər. Bəs maarifləndirmə tədbirləri nəyə görə dövlət və sığorta şirkətləri üçün
zəruridir?! Əvvəla, son zamanlar baş vermiş xoşagəlməz hadisələr tez-tez təkrarlanarsa
və hər dəfəsində dövlət tərəfindən müəyyən “təzminat”lar
və digər ödəmələr həyata
keçirilərsə, bu vəziyyət büdcədən əhəmiyyətli itkilərə yol aça bilər. İkincisi, şirkətlər
tərəfindən maarifləndirilmə tədbirlərinin tətbiqi nəticəsində on minlərlə potensial
müştəri real müştəriyə çevrilə bilər.
Təbii ki, bu da daxili bazarda canlanmaya və
rəqabətin geniş vüsət almasına yol açacaqdır. Digər tərəfdən, maarifləndirmənin baha
və uzun müddətli başa gələcəyini düşünənlər təbiətən ölkə əhalisinin “tez qavrayan”
olduğunu və maarifləndirmənin müsbət nəticələr verəcəyini dərk etməlidirlər. Necə ki,
həmin əhalinin böyük əksəriyyəti bir neçə il əvvəl adını belə eşitmədiyi elektron ödəniş
alətləri ilə artıq bütün kommunal və digər ödəmələri həyata keçirilər. Və ya artıq heç
kəs ölkəyə yeni daxil olmuş “BakuBus”lara kartsız və ya “arxa qapıdan”
daxil olmağa
cəhd etmir. Sığorta bazarının inkişafını ləngidən amillərdən biri də sığorta hadisəsi baş
verən zaman sığortaçı tərəfin ödəniş etməkdən yayınmasıdır. Sonra isə sığortalananla
sığorta şirkəti arasında uzun və yorucu məhkəmə çəkişmələri başlayır. Bu kimi hallar
da, öz növbəsinə əhalidə sığorta şirkətlərinə qarşı inamsızlığa gətirib çıxarır. Beləliklə
yuxarıda ümumi olaraq sadaladığımız, sığorta sektorunun effektiv idarə edilməsinə və
inkişafına mane olan amillərə ayrı ayrılıqda aydınlıq gətirək: