“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   37   38   39   40   41   42   43   44   45
Haqverdiyev-Rakim-Z-lal

Qanunvericilikdə və sahənin dövlət tənzimlənməsindəki çatışmazlıqlar –
Son 
illərdə sığorta fəaliyyətinin dövlət tərəfindən idarə edilməsinin effektivliyini artırmaq 
üçün bir sıra tədbirlər həyata keçirilməkdədir. Müəyyən boşluqlara görə “Sığorta 
haqqında” Qanunun ləğv edilməsi, “Sığorta fəaliyyəti haqqında”, "İcbari Sığortalar 
Haqqında" Azərbaycan Respublikasının Qanunlarının qəbul edilməsi və zamanla 
təkmilləşdirilməsi, bundan əlavə, ümumi qayda və prinsiplərin formalaşdırılması üçün 
bir sıra qanun və qərarların qəbul edilməsi sektorun inkişafında əhəmiyyətli canlanma 
yaratsa da, bir sıra məsələlərlə (korporativ idarəetmə prinsipləri, məlumatların 
açıqlanması və şəffaflıq tələbləri, icbari tibbi sığorta, daşınmaz əmlakın icbari sığortası, 
kənd təsərrüfatı obyektlərinin sığortalanması və s.) bağlı qanunvericiliyin hələ də 
təkmil olmaması qeyd edilməlidir. Həmçinin son zamanlar ölkəmizdə icbari 
sığortalanmalı olan, lakin sığortalanmayan obyektlərə dəymiş zərərlərin sığorta 
şirkətləri tərəfindən deyil, dövlət büdcəsi tərəfindən qarşılanması və s. amillər 
ölkəmizdə sektorun inkişafına dair qəbul edilmiş qərarların tətbiqindəki böyük 
problemlərin mövcudluğunu, proseslərə nəzarətin isə çox zəif olduğunu göstərir. 
(https://banker.az/postsovet-olk%C9%99l%C9%99rind%C9%99-sigortanin-inkisaf-probleml%C-
9%99ri/, 2017)
Sığorta mədəniyyətinin tam formalaşdırılmaması –
Təəssüf hissi ilə qeyd etmək 
lazımdır ki, hələ də Azərbaycanda əhalinin əksər hissəsi sığorta fəaliyyətinə risklərin 
qarşısının alınması mexanizmi kimi yox, daha çox məcburi xarakter daşıyan xərc, 
lazımsız məsrəf kimi baxırlar. Ölkələrdə sığorta daha çox icbari sığortaların tətbiqi ilə 
yayılmağa başladığı üçün istər avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari 
sığortası, istər işçilərin və ya sərnişinlərin icbari sığortası və digər icbari sığorta növləri 
öz riskini dərk edən və onu önləməyə çalışan sığortalının könüllü olaraq sığorta 
məhsulu alması yox, dövlətin qoyduğu məcburi tələbləri yerinə yetirmək və müəyyən 
olunmuş cərimələrdən qaçmaq üçün məcburi olaraq atılan addım, yaxud banklardan 
kredit götürmək üçülün qarşıya qoyulan şərt kimi qəbul edilirdi. Son dövrlərdə sığorta 
şirkətləri və dövlət tərəfindən keçirilən bir sıra islahatlar və tədbirlər ölkəmizdə sığorta 


66 
mədəniyyətinin formalaşması baxımından müəyyən mənada irəliləyişlərə səbəb olsa 
da, bu mədəniyyətin bütün əhaliyə aşılanma dərəcəsi hələ də çox zəifdir.
Əhaliyə sığorta biliklərinin lazımi səviyyədə aşılanmaması
– 
Azərbaycanda 
sığorta mədəniyyətinin formalaşmaması həmçinin özünü ölkədə yaşayan insanlar 
arasında sığorta biliklərinin azlığı, sığorta barədə məlumatsızlığı ilə biruzə verir. Xüsusi 
ilə də paytaxtdan kənarda, regionlarda yaşayan vətəndaşların sığorta bilikləri o 
dərəcədə aşağıdır ki, icbari sığorta edilmiş şəxslər sığorta hadisəsi baş verdikdə icbari 
sığorta şəhadətnaməsi ilə sığorta ödənişi ala biləcəkləri barədə məlumatsızdırlar və bu 
şəhadətnaməni yoxlama zamanı Dövlət Yol Polisinin tələb etdiyi sürücülük vəsiqəsi 
hesab edirlər. Əhalinin sığortanın mahiyyəti barədə məlumatsız və aşağı bilik 
səviyyəsinə malik olması potensial müştərilərin real müştərilərə çevrilməsi prosesini 
əhəmiyyətli dərəcədə ləngidən amillərdən biridir. Səbəb olaraq keçmiş Sovet rejimini, 
əhalinin marağının az olmasını və s. göstərmək artıq 30 ilə yaxın müstəqil iqtisadi 
inkişaf yolu keçmiş bir ölkə üçün mənasız bəhanədən başqa bir şey deyil. Bu baxımdan 
dövlət və sığorta şirkətləri sektorun effektiv idarə edilməsi və potensial müştəri 
bazasına effektiv təsir göstərmək üçün istər ayrı-ayrılıqda, istərsə də müştərək olaraq 
maarifləndirici tədbirləri gücləndirməlidir. 
Sığorta cəmiyyətlərinə etibarın aşağı səviyyədə olması
 –
Yuxarıda qeyd etdiyimiz 
problemlər – əhali arasında sığorta mədəniyyətinin və sığorta biliklərinin aşağı 
səviyyədə olması öz növbəsində sığorta biznesinin etibarlığına da zərbə vuran 
amillərdir. Məhsul barədə kifayət qədər məlumatı olmayan, azadolma məbləğinin 
mahiyyəti düzgün formada izah edilməyən, müqavilənin şərtləri ilə tam tanış olmadığı 
üçün istisna olunan risklər nəticəsində baş vermiş hadisəyə görə imtina alan, ödəniş 
edilməyən müştəri öz əsassız narazılığını bütün ətrafına danışıraraq və ictimaiyyət 
arasında “Sığorta şirkətləri ödəniş etmir!” formalaşır. Təbii ki, burada günahkar tərəf 
kimi müştəriləri göstərmək düzgün olmaz. Hətta, demək olar ki, bu problemdə məhz 
sığorta şirkətlərinin passivliyi əsas rol oynayır. Çünki, müqavilə imzlanarkən müştəriyə 
müqavilə şərtləri ətraflı izah edilməli, gələcəkdə ehtimal olunan anlaşılmazlıqlara qarşı 


67 
şərtlər öncədən müəyyənləşdirilməlidir. Sığorta şirkətlərinə qarşı etibarsızlığın 
yaranmasının digər səbəbi isə bəzən müqavilə şərtlərinə görə sığortalı tərəfə ödəniş 
etməli olduğu halda sığorta şirkətlərinin bu ödənişdən boyun qaçırması, ödənişi 
müqavilədə nəzərdə tutulandan qat-qat aşağı hesablaması və ya ödəniş üçün müddətini 
bilərək uzatması kimi müştərilərdə inamsızlıq yaradan müxtəlif yollara əl atmasıdır. 
Beləcə, bir sığorta şirkəti tərəfindən atılan yanlış addım cəmiyyətdə ümumi anlamda 
sığorta sisteminə qarşı etibarsızlığı formalaşdırır və bu isə sığorta bazarında dürüst 
münasibətlər qurmağa çalışan sığorta şirkətlərinin də normal işləməsinə mane olur. 
Sığorta şirkətlərində kadr çatışmazlığı –
Son zamanlar sığorta sektorunda ixtisaslı 
mütəxəssislərin yetişdirilməsi üçün bir sıra tədbirlərin görülməsi, bir çox şirkətlərdə işə 
qəbul üçün xüsusi imtahanların tətbiqi, təcrübə mübadiləsi proqramlarının qəbul 
edilməsi və s. bazarda peşəkar kadr qıtlığını müəyyən qədər aradan qaldırmışdır. Lakin 
hələ də çatışmazlıqlar müşahidə edilir. Təkcə onu demək kifayətdir ki, müştəri 
qarşısında sığorta şirkətinin əsas siması hesab edilən qəza komissarlarının nəinki 
ixtisaslaşmasına, onun təhsilli olub-olmamasına belə fikir verilmir, qəza komissarlrına 
“fotoqraf-sürücü” kimi yanaşılır. Ümumilikdə ölkəmizdə sığorta sektorunda çalışanlar 
arasında təcrübəsizlik, sığorta və hüquq sahəsindəki biliklərin azlığı, innovasiya və 
kreativliyə meyilliliyin zəif olması və s. kimi problemlər geniş vüsət almışdır. 
(https://fins.az/sigorta/920488/sigorta-sahesinde-kadr-chatismazligi-yasanir.html, 2017)
Ölkədə 
rəqabət mühitinin getdikcə zəifləməsi
, bazarın oliqapolik hal alması da 
sektorun inkişafa mane olacaq potensial təhdidlərdən biridir. Bu halda bazarın əsas 
payının, dolayısı ilə qiymət siyasətinin sayca az olan iki-üç şirkətin əlində cəmləşməsi 
sektorun sərbəst iqtisadi şərtlərdə inkişafına mane olur. 
Statistik məlumatların qıtlığı, 
xarici investisiyanın daxili bazardakı payının azlığı, regiondakı sosial-iqtisadi vəziyyət
və s. sektorun inkişafına mane olan digər amillərdir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin