61
yeri ilə bağlılığı tamamilə aradan qaldırılıb, yeni proqrama əsasən işdən azad edilmə
və ya iş yerini dəyişmə hallarında sığortanı dəyişməyə ehtiyac qalmır. Yeni proqramın
tələblərinə əsasən hər bir sığorta şirkəti sığorta proseslərinə və maliyyə fəaliyyətlərinə
dair məlumatları öz internet saytında yerləşdirməlidir. Bütün vətəndaşlarını əhatə edən
icbari tibbi sığorta ilə bağlı dövlət siyasətinin icrası üçün icbari tibbi sığortaya dair ərazi
və federal fondlar yaradılıb. Tibbi sığortanın iştirakçılarına
vətəndaşlar, sığortaçııar,
tibbi sığorta təşkilatı və tibb müəssisələri daxildir. Bu sığortanın tərkibinə xroniki
xəstəlikləri olan
xəstələrin ambulator müalicəsi, əlillər üçün profilaktik xidmətlərin
kompleks təminatı, hamilə qadınlar, uşaqlar, əlillər, onkoloji xəstəliklər, ruhi problemi
olan
xəstələr, insanların reabilitasiyası, müstəqil hərəkət edə bilməyən xəstələrə ev
şəraitində tibbi yardım,
travmatik vəziyyət, doğum, kəskin zəhərlənmə və s. hallara
qarşı tibbi xidmətlər daxildir.
(Əliyeva L., 2011)
Rusiya ilə müqayisədə Azərbaycanın sığorta bazarında tibbi sığortanın inkişafı
çox zəifdir və bu sahədə qonşu ölkənin təcrübələrindən yararlanmağa böyük tələbat var.
Dostları ilə paylaş: