“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   37   38   39   40   41   42   43   44   45
Haqverdiyev-Rakim-Z-lal

 
 
 


68 
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Dissertasiya işi boyunca Azərbaycanda sığorta bazarının inkişafının və ümumi 
anlamda idarə edilməsinin əsas problemlərini müəyyənləşdirmək məqsədilə istər ölkə 
miqyasında, istərsə də şirkətlər səviyyəsində müəyyən tədqiqatlar, analizlər 
aparılmışdır. Həmçinin ölkənin sığorta bazarı bir sıra göstəricilərinə görə həm inkişaf 
etmiş ölkələrin, həm də post-sovet və qonşu ölkələrin bazarları ilə müqyisə edilmişdir. 
Aparılmış araşdırmalardan gəlinən konkret nəticələri aşağıdakı kimi punktlaşdırmaq 
olar: 

Azərbaycanda sığorta sektorunun inkişafı üçün yeni qanunların qəbulu və 
mövcud qanunvericilik bazasının kifayət qədər təkmilləşdirilməsi müşahidə olunsa da, 
ölkədə baş verən son hadisələr onu göstərir ki, qəbul edilən qanunların tətbiqi və buna 
dövlət nəzarəti olduqca zəifdir. 

Azərbaycan bazarında ildən ilə kəmiyyət baxımından böyümə müşahidə edilsə 
də, həm bu kəmiyyət artımı arzu olunan səviyyədə deyil, həmçinin kəmiyyətdəki artım 
keyfiyyətdəki artımla müşahidə edilmir. 

Müstəqilliyin ilk illərindən fərqli olaraq daxili bazarda inhisarçılğın səviyyəsi 
xeyli azaldılsa da, sağlam rəqabətə mane olan daha bir cərəyan – bazarın oliqapolyaya 
çevrilməsi prosesi müşahidə olunmaqdadır. 

Sığortanın nüfuzetmə faizi (ÜDM-dəki payı) son onillikdə üç dəfəyə yaxın 
artıb təxminən 1%-ə çatsa da, bu göstərici inkişaf etmiş ölkələrlə müqayisədə hələ də 
çox aşağıdır. Bunu həmçinin ölkədəki “sığota sıxlığı”na da aid etmək olar. 
Göründüyü kimi, ölkədə son illərdə sığorta sektrunun inkişafı adına bir sıra 
müsbət meyillər cərəyan etsə də, müəyyən boşluqların və mənfi trendlərin də kifayət 
qədər olması və sektordakı inkişafın öz potensialının çox aşağısında olması müşahidə 
olunur. Bu cür arzu olunmaz nəticələrə aparan əhali arasındakı məlumatsızlıq, sığorta 
şirkətlərinə olan etibarın zəifliyi, qanun-vericilikdəki boşluqlar, şirkətlərdəki kadr 
çatışmazlığı və s. problemlər barədə üçüncü fəslin son yarımfəslində geniş məlumat 
vermişdik. İndi isə həmin problemlərin həll yoları üçün müəyyən təkliflərlə çıxış 


69 
etməyə çalışacağıq. İlk öncə sektorun dövlət tərəfindən idarə edilməsinin effektivliyini 
artırmaq üçün təklifləri aşağıdakı kimi qruplaşdıra bilərik: 

Mövcud Qanunvericiliyin daha da təkmilləşdirilməsi
– Sığortanın ümumölkə 
səviyyəsində tənzimlənməsinin əsas hüquqi bazasını qəbul edilən qanun və qərarlar 
təşkil etdiyi üçün bu qanunvericilik bazasının daim təkmilləşdirilməsi və ideal 
vəziyyətə salınması zəruridir. Son dövrlərdə bu anlamda xüsusi irəliləyişlər müşahidə 
olunsa da, korporativ idarəetmə prinsipləri, məlumatların açıqlanması və şəffaflıq 
tələbləri, icbari tibbi sığorta, daşınmaz əmlakın icbari sığortası və s. məsələlər üzrə 
mövcud Qanunların təkmilləşməyə ehtiyacı var. Xüsusilə kənd təsərrüfatı obyektlərinin 
sığortalanması barədə də yeni qanunların və qərarların qəbulu qeyri-neft sektorunun 
inkişafı üçün əsas istiqamətlərdən sayılan kənd təsərrüfatının inkişafını stimullaşdıra 
bilər.

Qəbul edilmiş qanun və qərarların tətbiqinə nəzarətin gücləndirilməsi
– 
Bildirdiyimiz kimi, son dövrlərdə Qanunvericilik bazası əhəmiyyətli dərəcədə 
təkmilləşdirilsə də, onun icra mexanizminin tam hazırlanmaması və tətbiqinə nəzarətin 
zəif olması əhəmiyyətli dərəcədə məsrəflərə yol açmışdır. Problemin həlli üçün qəbul 
edilmiş Qanun və qərarların icra planı tətbiq edilməli, bu barədə maliyyə bazarına 
nəzarət orqanına müəyyən tapşırıqlar verilməli, bu mənada effektiv təkliflərlə çıxış 
etməsi üçün sığorta şirkətləri motivasiya edilməlidir. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin