Tədqiqatın informasiya bazası: Tədqiqatın aparılması zamanı otuzdan çox
kitab, jurnal, məqalə və internet saytlarından istifadə olunmuşdur.
Tədqiqatın mədudiyyətləri: Son beş ildə yerli müəlliflər tərəfindən sığorta
haqqında vahid informasiya mənbəyi hesab edilə biləcək kitabların, demək olar ki, nəşr
olunmaması, çap edilmiş məqalə və jurnalların isə pərakəndə hal alması tədqiqatın
aparılması üçün zəruri informasiya bazasının yetərsizliyinə gətirib çıxara bilər. Daha
bir məhdudiyyət isə idarəetmə sahəsinin sığorta sektoruna inteqrasiyasını əks etdiyən
yerli mənbələrin ümumiyyətlə mövcud olmamasıdır.
Nəticələrin elmi-praktiki əhəmiyyəti: Sığorta sektoruna yeni – idarəetmə
(menecment) nöqteyi-nəzərindən yanaşılması, araşdırmalar və nəticələrin təhlili elmi-
praktiki baxımından yenilik hesab edilə bilər. Tədqiqatın sığorta sektoru üzrə ən son
məlumatlara əsaslanması və çoxtərəfli amillərin (inkişafın tarixi analizi, daxili rəqabət
mühiti, digər ölkələrlə müqayisə, idarəetmə problemlərinin araşdırılması və s.) ümumi
vahid mənbədə bir araya gətirilməsi onun daha bir elmi-praktiki əhəmiyyətini ortaya
qoyur. Araşdırma nəticələri sığorta, idarəetmə və maliyyə sahələrində tətbiq edilə bilər.
Araşdırmalardan əldə edilmiş elmi-praktiki nəticələr aşağıdakılardır:
Azərbaycanda sığorta bazarının xüsusiyyətləri və onun fəaliyyət
mexanizminin öyrənilməsi;
Azərbaycanda müasir sığorta bazarı və onun beynəlxalq bazarla müqayisəsi,
çatışmazlıqların analizi;
Yerli sığorta bazarında təmərküzləşmə dərəcəsinin hesablanması və s.
Dissertasiya işinin strukturu və həcmi. Dissertasiya işi giriş hissədən, üç
fəsildən, nəticə və təkliflər, ədəbiyyat siyahısı bölmələrindən ibarətdir. Birinci və
sonuncu fəsillər üç yarımfəsildən, əsas təhlillərin aparıldığı ikinci fəsil isə dörd
yarımfəsildən ibarətdir. Həcmi 74 səhifədir.