I FƏSİL. SIĞORTA FƏALİYYƏTİ VƏ ONUN İDARƏ OLUNMASININ
NƏZƏRİ VƏ METODİKİ ƏSASLARI
1.1. Sığortanın inkişaf tarixi və bu günkü mahiyyəti
Bəşər cəmiyyəti yaranandan bəri təbiət və cəmiyyətin inkişaf qanuna-
uyğunluqlarından qaynaqlanan bir sıra ziddiyyətlər müxtəlif formalarda daima özünü
biruzə vermişdir. Sözü gedən təbiət-cəmiyyət ziddiyyətinin təzahür formalarından
bəziləri müxtəlif təbii fəlakətlər və insan iradəsindən asılı olmayan bir sıra bədbəxt
hadisələr şəklində biruzə verir. Həmçinin, zaman-zaman cəmiyyətin öz inkişafı ilə
əlaqədar müəyyən xoşagəlməz hadisələr, proseslər baş verə bilər. Belə bir şəraitdə
qabaqcadan planlaşdırılmayan və ya proqnozlaşdırılmayan hallar, siyasi-iqtisadi
dəyişikliklər, müharibələr, bazar konyukturasının dəyişməsi və s. baş verə bilər, hansı
ki, hər hansısa bir fərdin şəxsi vəsaiti hesabına ehtimal edilən təhdidlərin qarşısını
almaq qeyri-mümkündür. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrlərində baş verən təbii
və qeyri-təbii fəlakətlər, təsərrüfatlara dəymiş böyük ölçülü zərərlər, həmçinin növbəti
təhlüklərin baş vermə riski cəmiyyət üzvlərini düşünməyə və çıxış yolları axtarmağa
vadar etmişdir. Zaman keçdikcə fərdlər tək başına potensial zərərlərin qarşısını alma
iqtirarında olmadıqlarının fərqinə vararaq müəyyən vəsaitlər toplamağa və riskləri öz
aralarında “bölüşdürməyə” başlamışdır. İlk addımlara nümunə kimi, inşaatda həlak
olmuş şəxslərin ailələrinə yardım toplanılması, dəniz tacirlərinin quldurlara və oğrulara
qarşı bir araya gələrək pul fondları yaratması və s. göstərilə bilər. Sonrakı mərhələlərdə
bu meyillər get-gedə güclənmiş və ilkin vəsait fondları təkmilləşərək müasir dövrdəki
ehtiyat fondlarına, sığorta fondlarına çevrilmişdir.
Günümüzdə ehtiyat fondları natural və dəyər formalarında mövcuddur. Müəyyən
zərurət nəticəsində yaradılaraq müvafiq strukturlara (hökumət) tabe olan fondlar
natural ehtiyat fondlarıdır. Dəyər formalı fondlar isə natural deyil dəyərlər (valyuta və
s.) formasında təzahür edir. Bunlara misal olaraq, valyuta ehtiyatları, dövlətin və
hökumətin ehtiyat fondlarını, səhmdar cəmiyyətlərinin, şirkətlərin, kommersiya
11
banklarının, müəssisələrin ehtiyat fondlarını və s. göstərə bilərik.
(Ataşov B., Ələkbərov
Ə.,Xudiyev N., 2018)
Sığorta fəaliyyətinin ilkin təzahür formaları çox qədim dövrlərdə meydana
gəlib. Hətta eramızdan əvvəl cəmiyyətin quldarlıq dövründə bu günkü sığorta
müqaviləsi ilə oxşar xüsusiyyətlərə malik könüllü sazişlər olmuşdur. Sığorta
barədə müəyyən qaydaları özündə əks etdirən ən qədim yazılı mənbə kimi Talmud
kitablarında öz əksini tapan müəyyən qeydlər göstərilir.
Sığortanın əsas tarixi isə eramızdan 1300 il əvvəl Avropanın cənubunda
gəmiçiliyin tərəqqisi ilə əlaqədar olaraq başlayır. Məhz o zamanlar sığorta fəaliyyətinə
zərərlərin kompensasiyasına xidmət edən maliyyə işi kimi yanaşılmağa başlanır.
Sığorta tipli ibridai əməliyyatlar əvvəlcə qədim Şumеrdə, daha sonra Babildə ortaya
çıxmışdır. O dövrdə piramidaların ,еhramların, qəsrlərin inşasında çalışan fəhlələr ilkin
“fərdi qəza sığortası” ünsürlərini təcəssüm etdirən proses kimi, bədbəxt hadisələr baş
verdiyi zaman həlak olan, yaxud xəsarət alan işçi yoldaşlarının özəri və ya onların
ailələri
üçün
yardım
xəzinəsi
(kassası)
təşkil
еdirdilər.
(https://en.wikipedia.org/wiki/History_of_insurance, 2018)
XII-XIII əsrlərdə müşahidə olunan iqtisadi tərəqqi dövründə faktiki olaraq
aparıcı səlahiyyətə malik Roma katolik kilsəsi öncə sələmçiliklə əlaqədar olan
bütün əməliyyatları qadağan etsə də, bir müddət sonra iqtisadi tərəqqi üçün kredit
və ssudaların zəruriliyini dərk edən Roma papası “ağlabatan faizlərlə” sələmçiliyə
icazə vrərək “ağlabatan dərəcə” nəzəriyyəsinə (alınan gəlirin, yəni faizin
təsərrüfat subyеktinə göstərilmiş xidmətə mütənasibliyi) yol açmış oldu.
Sələmçiliyin ləğvi və məhdudlaşdırılması ilə dəniz ticarətinin inkişafı ləngisə də
olsa da, təhdidlərdən qorunmaq üçün ən еffеktiv sistеm hesab edilən sığorta
müqaviləsinin ortaya çıxmasına zəmin yaratdı.
XIII əsrdə tacirlər öz mallarını təhlükəsiz şəkildə digər limana çatdırılması
üçün gəmiçilərə satır, təyinat limanına çatdıqda isə mallarını satdığı qiymətdən
daha baha qiymətə geri almaqla bağlı əqd bağlayırdılar. Beləliklə ilkin qiymətlə
12
yenidən alış qiyməti arasındakı fərq “riskin qiyməti”ni təşkil edirdi. Sələmçilər,
tacirlər və dənizçilər arasında bağlanmış bu əqdlər isə ilkin sığorta müqavilələrini
təmsil edirdi. Bununla da artıq sığortaçılıq bir peşə kimi formalaşmağa başladı.
Müasir sığorta qurumları ilə oxşarlıq təşkil edən institutlar adətən iyirmi
varlı kəndlidən ibarət olan və yanğın, mal-qaranın tələf olması hallarında zərərin
əvəzinin müəyyən hissəsini matеrial və işlə, geri qalan hissəsini isə pulla ödəyən
kəndli ittifaqları olmuşdur. Bu ittifaqlar ilk dəfə XII yüzillikdə İslandiyada
yaranmışdır. Lakin, həmin ittifaqlar dəniz sığortasının hökm sürdüyü Avropa
ölkələrində tam olaraq yayıla bilmədi. Artıq, XIV əsrin başlanğıcında Bеlçikada
sığorta ödənişləri qarşılığında dəniz risklərinin tam şəkildə ödənilməsi təcrübəsi
formalaşmışdı. Müasir anlamda sığorta isə özünü yalnız XIV yüzillikdə - dəniz
ticarətinin yüksək inkişaf etdiyi Italiyada biruzə verir. Tarixdə ilk sığorta
şəhadətnaməsi (sığorta polisi) kimi bilinən rəsmi kontrakt 1347-ci ilin 23 oktyabr
tarixinə aid olub, Gеnuyadan Mayorkaya gəmi ilə yola salınan yükü
«sığortalamaq» məqsədilə imzalanmışdı. Gеnuyada 1424-cü ildə yaradılmış
sığorta
şirkəti
isə
tarixə
məlum
olan
ilk
sığorta
qurumudur.
(http://banco.az/az/news/sigorta-tarixi-ve-inkisaf-merheleleri, 2019)
XV əsrdə isə Britaniya adasından Avropa ölkələrinə (və əksinə) dəniz
ticarəti üçün sığorta tarif dərəcələri müəyyən еdildi və tədricən sığorta
qanunvеriciliyi formalaşmağa başladı. Elə sığota hüququ tarixində ilk qanun
hesab edilən Barselona Fərmanı da 1435-ci ildə qəbul edilmişdir. Sığorta
tarixində mühüm hadisələrdən biri olan Avropada “yanğın ortaqlıqları”nın ortaya
çıxması da XV əsrin sonuna təsadüf edir. XVII əsrin əvvəlində (1601-ci il)
İngiltərə Parlamеntində dəniz ticarəti üzrə risklərinin sığortası, həmçinin
mübahisəli məsələrinin həlli üçün komissiya yaradıldı. Əsrin sonuna doğru isə
buurada ilk yanğından sığorta şirkəti təsis еdildi. 1602-ci ildə Hollandiyada təsis
edilmiş “Ost-ind ortaqlığı” sığorta sektorunda ilk səhmdar cəmiyyəti olmuşdur.
Artıq XVIII əsrin əvvələrində yanğından mühafizə, heyvanların tələfatı və dəniz
13
ticarəti sığortaları sığortanın 3 müstəqil növünü təşkil edirdi. Uzun tarixi inkişafdan
sonra sığorta münasibətləri 1800-cü illərdən genişlənmiş, növbəti yüzilliyin I yarısında
isə daha da sürətlə inkişaf etməyə başlamış, sığorta fəaliyyətinin yeni formaları, yeni
sığorta növləri meydana gəlmişdir. Dünyada güclü sığorta sindikatları və
korporasiyalarının meydana gəlməsi də ötən əsrin ortalarına təsadüf edir. Müasir
dövrdə isə iqtisadiyyatın strateji sahəsinə çevrilən sığorta fəaliyyəti risklərin idarə
edilməsi üçün ən populyar vasitə kimi bir sıra qabaqcıl inkişafa malik ölkələrdə artıq
özünün
ən
yüksək
texnoloji
inkişaf
mərhələsinə
çatmışdır.
(https://en.wikipedia.org/wiki/History_of_insurance, 2018)
Uzun müddətli inkişafdan sonra formalaşan müasir sığorta bazarında tərəflər
arasındakı münasibətlərin tənzimlənməsi, asanlaşdırılması üçün bir sıra anlayışlardan
istifadə olunur. Həmçinin fəaliyyətin təşkili və idarə edilməsi üçün də zəruri
əhəmiyyətə malik olan əsas sığorta anlayışlarının izahını aşağıda verməyə çalışaq.
Xеyrinə sığorta müqаviləsı bаğlаnаn və qаnun əsasında sığortalаnmış hesab
edilən, yaxud öz istəyi ilə sığorta qurumu ilə müqаvilə bаğlаyаn fiziki və ya hüquqi
şəxs “sığortalı” adlanır. Qаnunvеriciliкlə müəyyən edilmiş qаydаya əsasən хüsusi
rаzılıq əldə etdikdən sonra təsis edilən, fəaliyyəti yalnız təkrar-sığorta, yaxud sığorta
xidmətlərini göstərməкdən ibarət hüquqi şəxs “sığortaçı tərəf” adlanır. “Sığorta riski”
anlayışı ona qarşı sığorta tətbiq edilən ehtimalı, təhlükəni və ya digər risk vəziyyətini
təcəssüm etdirir. Məhz bu ehtimalın potensial zərəri əsasında sığorta tarifi hesablanır.
Sığorta riski kimi müqavilədə, yaxud qanunvericilikdə nəzərdə tutulmuş ehtimalın baş
verdiyi, yəni sığorta ödənişinin sığortaçı tərəfindən sığortalı (və ya) faydalanan şəxsə
ödənməsi üçün əsas hesab olunan hadisə “sığorta hadisəsi”dir. Sığorta hadisəsindən
sonra öncədən razılaşdırılmış miqdarda faydalanan şəxsə ödənilən məbləğə “sığorta
məbləği” deyilir. Zərərdən sığortalanmaq üçün qanunvericiliklə və ya müqavilə ilə
müəyyən edilmiş qaydada və miqdarda sığortalını sığortaçıya ödədiyi vəsait “sığorta
haqqı”, yaxud “sığorta mükafatı” adlanır. Manatla ödənən “sığorta tarifi” sığorta
fondunun formalaşmasına xidmət edən və sığortalanan əmlakın cari bazar dəyərinə
14
uyğun hesablanan sığortanın faiz dərəcəsinə deyilir. Sığortaçı ilə sığortalı arasında
münasibətləri tənzimləyən, sığorta riskini, ödənişini, sığorta haqqını və s.
müəyyənləşdirən saziş “sığorta müaviləsi”dir. Müqavilənin qısa məzmununu əks
etdirən və müqavilənin mövcudluğunu təstiq edən sənəd “sığorta şəhadətnaməsi”dir.
Sığorta obyektinin sığortalanması üçün müqavilə ilə müəyyən edilmiş dövr “sığorta
müddəti”ni ifadə edir. “Sığorta portfeli” anlayışı sığorta obyektlərinin, müqavilələrin
və s. müəssisələr, o cümlədən ərazilər üzrə qeydə alınmış miqdarını bildirir. Sığortalıya
sığorta olunması barədə sığortaçı tərəfindən verilən şəhadətnamə “sığorta polisi”dir.
Qanunla və ya müqavilə ilə sığortalanması məqbul hesab edilən yaş həddi (həmçinin
heyvanların sığortalanması zamanı) “sığorta yaşı” anlayışı ilə ifadə olunur. Sığorta
olunmaq istəyən və sığortaçı arasında vasitəçilik edən fiziki və ya hüquqi şəxslər
“sığorta brokeri və ya sığorta makleri” adlanır. Sığorta hadisəsindən sonra
qiymətləndirilmə zamanı sığortalanan əmlakın qiymətsizləşmiş və ya tam məhv olmuş
hesab edilən hissəsinin dəyəri “sığorta zərəri”dir. Sığorta hadisəsi faktını, həmçinin baş
vermə səbəblərini özündə əks etdirən, tərtib məqsədi zərərin dəyərini hesablamaq olan
sənəd isə “sığorta aktı”dır.
(Abbasbəyli M., 2011)
Yuxarıda qeyd edilən və edilməyən müxtəlif anlayışların mahiyyətinin düzgün
qavranması sığorta işinin təşkilində, idarə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |