GİRİŞ Mövzunun aktuallığı: Müasir bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən
əksər subyektlər üçün təbii və qeri-təbii amillərin nəticəsində yarana biləcək risklər
qaçınılmazdır. Günümüzdə risklərdən yayınmaq və ya risklərin qarşısının alınmasının
ən səmərəli və ən geniş yayılmış forması olan sığorta fəaliyyətinin effektiv
tənzimlənməsi və bu sektorun bеynəlхаlq stаndаrtlаr səviyyəsində inкişаf еtdirilməsi
həmin ölкədə iqtisаdiyyаtın bаzаr münаsibətləri çərçivəsində möhкəmlənməsi üçün
mühüm iqtisаdi əhəmiyyət kəsb edir. Əksər qabaqcıl inkişafa malik ölкələrdə sığorta
bаzаrlаrının keçdiyin inкişаf mərhələləri və həmçinin, ÜDM-in həcmində sığorta
ödənişlərinin yüksək paya sahib olması göstərir кi, sığorta istənilən ölкədə
iqtisаdiyyаtın inkişaf tеmpinə mühüm təsir göstərə bilir. Bu cəhətdən qеyd edə bilərik
ki,
sığorta – iqtisadiyyatın strateji sahələrindən biridir .
Respublikamızda da müasir sığorta sistemi istehsalın həcminin artmasında, onun
fasiləsizliyi üçün zəmin yaradılmasında mühüm əhəmiyyətə malikdir. Lakin bu sahənin
Qərb ölkələri ilə müqayisədə Azərbaycanda kifayət qədər inkişaf etməməsi danılmaz
faktdır, hansı ki, bilavasitə mövcud sahədəki tənzimlənmə və idarə etmənin kifayət
qədər effektiv olmaması ilə əlaqədardır. Bu isə ölkəmizdə həm risklərin idarə olunması,
həm də maliyyə menecmentinin mühüm tərkib hissələrindən biri olan sığorta
menecmentinin
inkişaf
perspektivlərinin
müəyyənləşdirilməsini,
mövcud
çatışmazlıqların və problemlərin aşkarlanmasını, onların ortaya çıxma səbəblərinin
təhlil edilməsini, həmçinin həll yollarının araşdırılması və yeni təkliflərin
hazırlanmasını zəruri edir. Buna görə də götürdüyümüz tədqiqat işi sığorta fəaliyyətin
idarə edilməsinin səmərəliliyini təhlil etmək, o cümlədən onun ölkədəki inkişaf
perspektivlərini müəyyənləşdirmək baxımından aktualdır.