“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


II FƏSİL. AZƏRBAYCANDA MÜASİR SIĞORTA BAZARININ ƏSAS



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
Haqverdiyev-Rakim-Z-lal

II FƏSİL. AZƏRBAYCANDA MÜASİR SIĞORTA BAZARININ ƏSAS 
XÜSUSİYYƏTLƏRİ (SIĞORTA TƏŞKİLATLARI TİMSALINDA) 
 
2.1. Azərbaycanda sığortanın ortaya çıxma zərurəti və inkişaf tarixi 
Azərbaycanda sığorta sisteminin qurulmasının və qanunvericilik bazasının əsas 
formalaşma tarixi müstəqillik əldə etdikdən sonra başlayıb. Ümumilikdə ölkəmizdə 
sığorta fəaliyyətinin inkişaf mərhələlərini 3 dövrə bölmək olar. 
Birinci mərhələ 
XIX əsrin ortalarından Oktyabr İnqilabına qədər dövrü əhatə 
edir. XIX əsrin ortalarından başlayaraq ölkə ərazisində 
neft sənayesinin inkişafı 
ilə 
əlaqədar olaraq fəaliyyətin genişlənməsi sığorta fəaliyyətinin əsas stimulverici qüvvəsi 
olub. Ötən əsrin əvvəlində Bakıda 18 xarici sığorta cəmiyyəti, 1912-ci ildə isə 30-dan 
çox sığorta cəmiyyət və agentlikləri fəaliyyət göstərib. Qeyd edilən sığorta 
qurumlarının işinin əsasını Xəzər dənizindəki əksəriyyəti rus şirkətlərinə aid gəmilərin 
sığortası təşkil edib. 
İkinci mərhələ 
SSRİ-nin Hakimiyyəti dövrüdür (1920-1990-cı illər). SSRİ-nin 
tərkibindəki bütün respublikalarında olduğu kimi, Azərbaycanda da dövlətin vahid 
sığorta sistemi təşkil olunub. İttifaq daxilində sığorta fəaliyyətinin inkişafında müəyyən 
rola malik SSRİ «Inqosstrax»ın Bakıdakı şöbəsi və Baş Dövlət Sığorta İdarəsi və 
yaradılıb. Daha sonra sığorta Sovet Hakimiyyəti tərəfindən inhisarına alınıb. Bu dövrdə 
sığorta sistemi dövlətin sosial təminat sisteminə əlavə qismində fəaliyyət göstərdi. 30-
cu illərdən başlayaraq ölkədə mövcud olan özəl fondlar icbari üsullarla ləğv edilərək, 
əvəzində ancaq dövlət sığortası təşkil edildi. Bu isə sığorta sistemində monopliyanın 
yaranmasına və rəqabətin zəifləməsinə səbəb oldu. 1988-ci ilin 26 may tarixində 
«SSRİ-də Kooperasiya haqqında» qanunun qəbulu ilə sığorta qurumları təsisatına, 
sığortanın növlərini, həminin qaydalarını müəyyənləşdirməyə icazə verildi. Bununla da 
ölkədə rəqabət mühiti tədricən canlanmağa başlandı. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin