“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Üçüncü mərhələ – 
Milli sığorta bazarının formalaşdığı müstəqillik dövrüdür. Bu 
mərhələdə milli sığorta bazarı formalaşmağa başlamışdır. Elə müstəqillik əldə edilən il 


27 
sığortanın xidmətlər bazarının inkişafının tənzimlənməsi, dövlətin, sığortaçı və 
sığortalıların mənafeyinin müdafiə edilməsi, metodiki rəhbərliyin icrası, sektora dair 
normativ hüquqi sənədlərin tərtib edilməsi və sair məqsədlərlə Azərbaycan 
Respublikasının Nazirlər Kabineti nəzdində Dövlət Sığorta Nəzarəti, növbəti ildə isə 
ölkədə sığorta təşkilatlarının səylərini bir araya gətirmək, sığorta bazarının inkişafına 
dəstək göstərmək, onların fəaliyyətlərini qarşılıqlı sürətdə əlaqələndirmək, dövlətlə
beynəlxalq və digər təşkilatlarla münasibətlərdə öz üzvlüyündə olan qurumarın 
mənafeyini müdafiə etmək məqsədi ilə Respublika Sığorta Cəmiyyətləri İttifaqı 
yaradılıb. Bu dövrdə fəaliyyətin hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə 20-yə 
yaxın qanun və normativ hüquqi akt qəbul edilib.
Hazırkı mərhələdə sığorta bazarının əsаs orientasiyası gələcəкdə bu bazarın 
inkişafının dаhа dа sürətləndirilməsi, sığorta haqlarının ümumi dахili məhsulun 
tərkibindəki pаyının аrtırılmаsı, iqtisаdi sаbitliyin və tərəqqinin əsаs аmili kimi iqtisаdi 
prоsеslərin sığorta təminаtının təşkil edilməsidir. Sığorta bazarının inkişaf planında 
əsаs məqsəd rеspubliкаdа sığortanın intensiv inkişafı üçün qanunvericiliyi 
təkmilləşdirmək, mаliyyə-iqtisаdi bаzа yаrаtmаqlа iqtisаdi sаbitliyin və təhlüкəsizliyin 
təminatçısı кimi sığortanın rоlunun artırılması, sığorta bazarı üzərində dövlət nəzаrəti 
sistеminin təkmilləşdirilməsidir. Hazırda özünün inkişaf mərhələsini yaşayan daxili 
bazarda qırxdan çox könüllü və icbari sığorta növləri təklif edilir. Qabaqcıl inkişafa 
malik ölkələrin bazarlarındakı rəngarənglik (300-dən çox sığorta məhsul və xidmətləri) 
ilə müqayisədə Azərbaycanda bu göstərici çox aşağıdıdır. (
Əliyeva L., 2011: s. 6-8).
Müstəqilliyin ilk ilində Azərbaycanda 60-dan çox sığorta təşkilatı fəaliyyət 
göstərirdisə, onların çoxu sığorta olunanların etimadını qazana bilmədikləri üçün 
müflisləşərək öz fəliyyətini bitirmişdir. 2006-cı ilin əvvələrində artıq 22-si özəl 6-sı 
qarışıq mülkiyyət formasına aid olan sadəcə 29 sığorta şirkəti fəaliyyət göstərirdi. Hal-
hazırda isə (məlumatın yenilənmə tarixi: 2018-ci il yanvar ayı) Azərbaycanda 20 
sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir ki , bunlardan biri dövlət 
(Azərsığorta), digərləri isə özəl sığorta şirkətləridir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin