25
subyektlərinin fəaliyyəti üçün ehtimal olunan mümkün zərərlərin
nəticələrini aradan
qaldırmağa çağırış aləti olmaqla bütün fəaliyyətin, əmlakın, sağlamlığın və s.
sığortalanmasını ehtiva edir. Daha dəqiq desək, sığorta ehtimal olunan risklərin bir növ
zərərsizləşdirilməsi deməkdir. Sığortalanma üçün sığortalılardan toplanan ayırmalar
sığorta fondlarına cəlb olunduğu üçün sığorta
həmçinin
yığım funksiyası
nı həyata
keçirir. Sığorta vasitəsilə külli miqdarda vəsaitlərinin toplanması, fondların
formalaşması maliyyə siyasəti baxımından mühüm əhəmiyyətə malikdir. Sığortanın
sonuncu funksiyası
nəzarət
dir. Nəzarət funksiyası yuxarıda
sadalanan digər
funksiyaların nəticəsi kimi çıxış edir və sığorta münasibətləri zamanı digər
funksiyalarla birlikdə özünü biruzə verir. Nəzarət funksiyasının
mahiyyəti fond
vəsaitlərinin
formalaşdırılması
və
düzgün
istifadəsi
ilə
bağlıdır.
(https://az.wikipedia.org/wiki/S%C4%B1%C4%9Forta, 2018)
Yuxarıda qeyd edilmiş funksiyalardan əlavə beynəlxalq təcrübədə sığortanın ilk
üçü əsas olmaqla yeddi funksiyası fərqləndirilir:
1.
Dəqiqliyin (müəyyənliyin) təmin edilməsi
2.
Təhlükəsizliyin təmin edilməsi
3.
Riskin paylanması
4.
Zərərin əvəzinin ödənməsi
5.
Kapitalın cəlb edilməsi
6.
Səmərəliliyin (stimulun) artırılması
7.
İqtisadi inkişafa
dəstək
Sığorta fəaliyyətinin idarə edilməsinin əsas funksiyalarına isə sığortanın sadalanan
funksiyalarına xidmət edən bütöv fəaliyyətin planlaşdırılması, tənzimlənməsi, sığorta
bazarı üzrə marketinq əməliyyatları, sığorta fəaliyyətinin motivləşdirilməsi və ona
nəzarət aid edilir.