19
qalanların da fəaliyyətinə təsir göstərir. Sığorta cəmiyyətinin baş meneceri daxili
elementlərin malik olduğu sayı-hesabı olmayan variantlardan maksimal bazar effektinə
malik olan və həmçinin xarici mühitin amillərinə proporsional hesab olunan optimal
məcmu seçməlidir.
Sığortaçının bazarda təklif etdiyi sığorta məhsulları, başqa sözlə şəxsi və əmlak
sığortasının növləri əsas idarəetmə amillərindəndir. Sığorta cəmiyyətinin menecerləri
mövcud bazar şərtlərinə uyğun olaraq effektiv qərarlar qəbul etməli, məsələn, yeni
sığorta növlərini tətbiq etməli, innovativ və kreativliyə yönəlməlidir və s.
Sığorta cəmiyyətləri tərəfindən idarə oluna bilən daxili bazarın əsas tərkib
hissələrindən biri tariflərin uyğunlaşan sistemidir. Sığortaçı məqsədyönlü şəkildə tarif
siyasətini işləyib hazırlamalı, onu bazar mühitinə
uyğun olaraq tətbiq edilməli,
imtiyazlı tarif sistemi, komisyon-yüksək komisyon sistemi, o cümlədən motivasiya
edici bonus sistemi də hazırlanmalıdır.
Sığortaçı cəmiyyət öz şəxsi infrastrukturundan, yəni filiallardan, agentliklərdən və
nümayəndəliklərdən maksimal həddə faydalanmalı və onlarla qarşılıqlı
kommunikasiya və əməkdaşlıq sistemi qurmalıdır.
Bazarın xarici mühiti
isə bazarın daxili sistemini əhatə
edərək ona güclü təsir
göstərən elementlərin qarşılıqlı fəaliyyət sistemidir. Sığorta şirkəti öz kommersiya
fəaliyyətlərini xarici mühit şəraitində planlaşdıraraq həyata keçirir. Bu zaman xarici
mühit isə öz növbəsində sığortaçının təsir etdiyi daxili idarəetmə dəyişənləri ilə yanaşı,
həm də sığortaçının təsirindən kənarda olan dəyişənlərdən təşkil olunmuşdur.
Sığorta kompaniyasının təsiri xaricində olan və ya qismən təsir göstərə bildiyi
xarici mühitin əsas elementləri rəqabət, sığorta bazarın tələbatı, xidmətlərin nou-hausu
və s. daxildir.
Xarici mühitin əsas elementlərindən biri kimi sığorta xidmətlərinə olan bazar
tələbatının iki – iqtisadi və humanitar aspektləri mövcuddur. İqtisadi
aspekt milli
iqtisadiyyatın mövcud durumu ilə sıx əlaqədə olan əhalinin sayı, gəliri, onların alıcılıq
qabiliyyəti, yaş həddi üzrə əhali qrupları və s. kimi amillərdən təşkil olunmuşdur.
20
Bazar tələbatının tədqiq olunmasının humanitar aspektləri isə region əhalisinin
milli xüsusiyyətlərinin, onun mədəni ənənələrinin, dcmoqrafık vəziyyətinin, qrup
şəkilli sosial davranış və idrakın tədqiq olunması nöqteyi–nəzərindən sığorta bazarının
ətraf mühitinin tədqiqində xüsusi əhəmiyyət kəsb edən psixoloji, sosial və antropoloji
amillərdən təşkil olunmuşdur.
Sığorta şirkətinin bazar tələbatı üzrə tədqiqatçıları ığorta etdirən potensial şəxsin
iqtisadi şəraitin, gəlir səviyyəsinin və alıcılıq qabiliyyətinin dəyişməsi zamanı özünü nə
cür aparmasına xüsusi diqqət yetirməlidirlər. Humanitar
aspektlər bazar yönümlü
işgüzar strategiyasının hazırlanması zamanı ümumiləşdirilir və mütləq nəzərə
alınır.
(Ataşov B., Ələkbərov Ə.,Xudiyev N., 2018)
Rəqabət sığorta kompaniyasının idarəetmə təsirinə yönəldilmiş xarici mühitin əsas
tərkib hissələrindəndir. Sığorta cəmiyyətləri sığorta bazarına görə digər sığorta
şirkətləri ilə və eləcə də öz müştərilərinə əlavə sığorta xidməti göstərən maliyyə-bank
təsisatları ilə rəqabət aparırlar.
Sığortaçının texniki inkişaf səviyyəsinin amilləri olan kompüter texnologiyası,
telefaks, elektrorabitə dalğaları da bazarın xarici mühitinə daxildir. Güclü rəqabət və
bazar tələbatı, sığorta prosesinin texniki təminatının və daxili infrastrukturların daima
inkişaf etdirilməsini tələb edir. Bazarın xarici mühitinin idarə olunmayan tərkibinə isə
bazar sistemini əhatə edərək onu məhdudlaşdıran dövlət-siyasət mühiti, sosial-etik
mühit, dünya sığorta bazarının..vəziyyəti kimi amillər daxildir.
Dövlətin sektora dair qanunvericilik siyasəti, siyasi
qüvvələrin fəaliyyəti
sığortaçıların kommersiya fəaliyyətinə mühüm təsir göstərir. Bu isə öz növbəsində
sığorta fəaliyyətinin idarə edilməsini, onun qanunvericilik normaları ilə
tənzimlənməsini təcəssüm etdirir. Məsələn, sığorta şirkətinin cəmiyyətin etik
tələblərini nəzərə almaması əksər hallarda bu sığorta kompaniyasına münasibətdə
məhdudlaşdırıcı hüquqi tədbirlərin həyata keçirilməsinə aparıb çıxarır.
Sığorta təşkilatlarının kütləvi informasiya vasitələrində ifşa olunan açıq bazar
fırıldaqları ictimaiyyətin narazılığına səbəb olmaqla yanaşı, həm də sığortaçıların
21
etibarına ciddi şəkildə zərər vura bilər. Xüsusi ilə şəxsi sığorta növlərinin tətbiqində
milli-etik normaların gözlənilməsi zəruridir. Bu baxımdan qonşu Rusiyanın çox illik
təcrübələrindən faydalanmaq ölkəmizin sığorta bazarında müsbət nəticələrə yol aça
bilər
(Ataşov B., Ələkbərov Ə.,Xudiyev N., 2018)
Dostları ilə paylaş: