“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


 Sığorta fəaliyyəti və onun idarə edilməsinin zəruriliyi, iqtisadi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
Haqverdiyev-Rakim-Z-lal

1.3. Sığorta fəaliyyəti və onun idarə edilməsinin zəruriliyi, iqtisadi 
mahiyyəti və funksiyaları 
Qeyd etdiyimiz kimi, müasir bazar iqtisadiyyatı şəraitində bazar subyektləri üçün 
bir sıra qeyri-müəyyənliklər qaçılmazdır. Bu qeyri-müəyyənliklər isə öz növbəsində 
zaman-zaman həmin fərdlər üçün müəyyən risklərə, təhlükələrə yol aça bilir. 
Dövrümüzdə bu tipli qeyri-müəyyənliklər nəticəsində ortaya çıxan təhlükələrin, 
zərərlərin qarşısını almaq üçün bir sıra çox və vasitələrdən istifadə olunur. Təsadüfi 
deyil ki, bu gün bir sıra böyük şirkətlərdə ehtimal olunan risklərə qarşı ön tədbirlər 
görmək üçün ayrıca risklərin idarə edilməsi (risk menecmenti) bölməsi fəaliyyət 
göstərir. Risklərin idarə edilməsi bir müəssisənin və ya fərdin fəaliyyəti üçün müəyyən 
problemlərə yol açacaq təhdidlərin öncədən sezilməsi, ehtimal edilməsi və həmin 
risklərin qarşısını almaq üçün görülən tədbirləri ehtiva edir. 
(https://az.wikipedia.org/wiki/-
S%C4%B1%C4%9Forta, 2018)
Müasir dövrdə risklərin önlənməsinin ən geniş yayılmış forması isə sığortadır. 
Sığorta mahiyyət etibarı ilə fəaliyyət zamanı ortaya çıxa biləcək riskin ötürülməsinə və 
ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Bir az daha açıqlıq gətirsək, 
müəyyən hadisə baş verdiyi halda sığorta arzuolunmaz nəticələrdə risk dərəcəsinin və 
zərərin aşağı salınmasının əsas metodu hesab edilir.
Sığortalanan riskləri əmlak riski (yəni əmlakın yanğın, təbii fəlakət və digər 
hadisələrdən təsadüfən zərər görməsi), maliyyə riski (pulu alıcılıq qabiliyyətinin aşağı 
düşməsi, infilyasiya nəticəsində tədavül və istehsal xərclərinin artımı və s.), iqtisadi 
risklər, siyasi risklər və təbii risklər kimi qruplaşdırmaq olar. Qeyd edilən risklər bir 
sıra fəaliyyət sahələrinə maddi, o cümlədən bədbəxt hadisələr formasında, hətta 


22 
insanların həyat və fəaliyyətinə zərər vura biləcək ziyanlar vura bilər. Məhz bu 
səbəbdən istənilən təsərrüfat sahəsində çalışan vətəndaşlar hər zaman fəaliyyət 
təhlükəsizliyini təmin etmək üçün risklərin səmərəli idarə edilməsinə, potansial 
zərərlərə və digər təhlükələrə qarşı tədbirlər görməyə səy göstərir. 
(Əlizadə L., 2011).
Hər bir fəaliyyət kimi risklərə qarşı tədbirlərin məcmusu kimi başa düşülən sığorta 
fəaliyyətinin 
də 
uğurlu inkişafı üçün onun düzgün tənzimlənməsinə, 
planlaşdırılmasına, təşkilinə və nəzarət edilməsinə, ümumilikdə desək, fəaliyyətin 
geniş miqyasda idarə edilməsinə ehtiyac duyulur. Bu isə öz növbəsində yeni bir 
məsələni, sığorta fəaliyyətinin idarə edilməsini (sığorta menecmentini) aktual edir. 
Burada sığorta fəaliyyətinin idarə edilməsi dedikdə fəaliyyətin həm ölkə miqyasında 
qanunvericiliklə və səlahiyyətli orqanlar vasitəsi ilə, həm də mikroiqtisadi səviyyədə, 
yəni sığorta şirkətləri və təşkilatları miqyasında idarə edilməsi nəzərdə tutulur. 
(https://az.wikipedia.org/wiki/-S%C4%B1%C4%9Forta, 2018)
Sığorta menecmentinin zəruriliyi bilavasitə sığota fəaliyyətinin özünün sosial-
iqtisadi əhəmiyyəti ilə bağlıdır. Belə ki, istehsalın ahəngini poza biləcək təbiət və digər 
poqnozlaşdırılmayan bədbəxt hadisələrə qarşı əsas önləm vasitəsi kimi çıxış edən və 
təkrar istehsalın təşfiq edilməsi, istehsalın fasiləsizliyinin təmin edilməsi üçün mühüm 
əhəmiyyət kəsb edən əsas elementlərdən biri kimi sığortanın düzgün idarə olunması da 
istehsal sahələrinin stimullaşdırılması və inkişafı baxımından zəruridir.
İstehsal münasibətləri çərçivəsində sığorta fəaliyyətinin effektiv idarə olunması 
iki əsas vəzifəni yerinə yetirir: istehsalın ahənginin təmin olunması məqsədi ilə 
təsərrüfat subyektinə dəymiş hər hansı bir zərərin aradan qaldırılması və sığortalı üçün 
sosial təminatın təmin edilməsi. Sığorta ödənişlərinin əsas təyinatı müəyyən vaxtda hər 
hansısa ərazidə baş vermiş sığorta hadisəsinin zərərlərinin qarşılanmasıdır. Hansı ki, 
sığortaçı və sığortalı arasında yenidən bölgü əlaqələrinin xüsusi məcmusu olub, sığorta 
mükafatları hesabına sığorta fondlarının formalaşması və sığorta zərərinin 
kompensasiyası deməkdir. Ümumiyyətlə sığortanın və onun əsaslı formada təşkilinin, 
idarə edilməsinin rolu aşağıdakı istiqamətlərdə özünü biruzə verir:


23 

Mənfi nəticələnə biləcək əməliyyatlarda risk dərəcəsinin azaldılmasında; 

Risklərin kompensasiyası, zərərlərin ödənilməsi hesabına iqtisadi sabitlikdə;

Sığorta fonduna daxil olan vəsaitlərinin investisiya fəaliyyətində iştirakında;

Sığorta qurumlarının gəlirlərinin müəyyən bir qismi hesabına dövlətin büdcə 
gəlirlərinin tamamlanmasında. 
(Xankişiyev B., Abdullayev P., 2004)
Material dəyəri və insan həyatı, sağlamlığı sığorta fəaliyyətinin (sığorta 
fondlarının) əsas mühafizə obyektləridir. Bundan başqa sığorta işinin özünəməxsus bir 
sıra ictimai-iqtisadi əhəmiyyətli xüsusiyyətləri vardır ki, fəaliyyətin düzgün 
tənzimlənməsinin vacibliyini, sektorda effektiv idarəetmənin zəruriliyini bir daha 
diqqət 
mərkəzinə 
gətirir. 
Sözügedən 
spesifik 
xüsusiyyətləri 
aşağıdakı 
kimiqruplaşdırmaq olar: 
Sığorta fondlarına toplanmış vəsaitlərin məqsədli xarakter daşıması
– Təcrübədə 
fondların sığorta fondu, özünü sığortalama fondu və mərkəzləşdirilmiş ümumidövlət 
ehtiyyat fondları formaları var. Formasından asılı olmayaraq həmin fondlar öncədən 
müəyyən edilmiş hadisələr baş verdikdə zərərlərin qarşılanmasında istifadə olunur.
Münasibətlərin proqnozlar üzərində qurulması və ehtimal xarakterliliyi

Müvafiq sığorta hadisəsinin nə vaxt baş verəcəyi (verməyəcəyi), baş verdiyi halda 
gücünün nə dərəcədə olacağı heç vaxt dəqiqliklə məlum deyil;
Vəsaitin qaytarılmazlığı
– Çünki, bu vəsaitlər bir nəfər sığortalıya deyil, bütün 
sığorta edilənlərə ödəmə edə bilmək üçün təyin edilmişdir;
Sığorta zamanı sığortalı ilə sığortaçı arasında dəymiş ziyanın aradan qaldırılması 
prosesi həyata keçirilir.
Bu cür yenidən bölgü münasibətləri, birmənalı olaraq bütün 
ölkə sərhədlərini, yaxud bütün təsərrüfatı əhatə etmir, müəyyən fəaliyyət növlərini 
əhatə təhdidlərin təsadüfi xarakter daşımasıyla şərtlənir. Bu halda sığorta fəaliyyətinin 
iştirakçıları nə qədər çox olarsa, məntiqi nəticə kimi zərərin kompensasiyası üçün hər 
iştirakçıya o qədər az pul düşər.
Sığortalama zərərin aradan qaldırılmasında ən səmərəli vasitədir. 
Sığorta 
iştirakçıları və sığorta obyektlərinin sayı artıqca bu səmərəlilik daha da çoxalır. Dəymiş 


24 
zərərin aradan qaldırılması sığorta fonduna ödənmiş vəsaitlərin bilavasitə geri 
qaytarılmasını şərtləndirir. Hər bir sığortalının sığorta fonduna ödədiyi sığorta 
haqlarının yeganə məqsədi müəyyən vaxt ərzində dəyən zərərin həqiqi məbləğinin 
ödənilməsidir. Nəticə etibarı ilə deyə bilərik ki, fondlara sığorta ödənişləri sığortalı 
tərəfə dəymiş zərərin ödənilməsi formasında bir növ “geri qaytarılır”. 
(Xankişiyev B., 
Abdullayev P., 2004) 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin