“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


Problemin qoyuluşu və öyrənilmə səviyyəsi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   2   3   4   5   6   7   8   9   10   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Problemin qoyuluşu və öyrənilmə səviyyəsi: 
Son dövrlərə nəzər salsaq
ölkəmizdə sığorta sektorunun çox aspektli tədqiq edilmədiyini, sığorta fəaliyyətinin 
cari vəziyyəti barədə təsəvvür yaradacaq hər hansısa vahid mənbənin mövcud 



olmadığını deyə bilərik. Menecment və sığorta sahəsinin sintezindən bəhs edən 
araşdırmalara isə, ümumiyyətlə, rast gəlinmir. Tədqiqat işinin mövzusu müasir dövrdə 
sığorta sektorunun idarə edilməsinin aktual problemlərinə həsr olunmuşdur. Lakin 
pərakəndə formada olsa da, son illərdə sığorta sektorunun inkişafınan dair müəyyən 
çərçivədə tədqiqatlar aparılmış, çoxsaylı məqalələr dərc edilmişdir. 
Tədqiqatın məqsəd və vəzifələri:
Tədqiqat işinin əsas məqsədi müasir dövrdə 
Azərbaycanın maliyyə bazarında sığorta fəaliyyətinin əsas xüsusiyyətlərini 
araşdırımaq, fəaliyyətin idarə edilməsinin əsas problemlərini aşkarlamaq və ölkəmizdə 
sözügedən sahənin inkişafı üçün praktiki üsulları təyin etməkdən ibarətdir. Bununla 
əlaqədar olaraq, dissertasiya işinin əsas konkret vəzifələri yerli sığorta bazarının 
fəaliyyət mexanizmi və onun cari xüsusiyyətlərinin tədqiq edilməsi, beynəlxalq 
təcrübənin 
araşdırılması, 
Azərbaycanda 
sektorun 
tənzimlənməsinin 
əsas 
problemlərinin müəyyən edilməsi, nəticə və təkliflərin hazırlanmasından ibarətdir.
Tədqiqatın obyekti və predmeti: 
Tətqiqatın əsas obyektini sığorta bazarı, 
predmetini isə sığorta sisteminin strukturu, sığorta bazarının fəaliyyət mexanizmi
bazarın daxili-xarici elementləri və onların qarşılıqlı əlaqəsi, bazarın inkişaf 
qanunauyğunluğu, bazardakı rəqabət mühiti və s. təşkil edir. 
Tədqiqat metodları:
Tədqiqat zamanı bir sıra nəzəri metodlardan istifadə 
olunmuşdur. Təhlil – Azərbaycanın və beynəlxalq miqyasda digər ölkələrin sığorta 
bazarlarının real vəziyyəti təhlil olunmuşdur. Müqayisə – Azərbaycanın maliyyə 
bazarında sığorta menecmentinin cari vəziyyəti həm əvvəlki dövrlərlə, həm də 
beynəlxalq səviyyədə digər ölkələrin təcrübələri ilə müqayisə edilmiş, ortaya çıxan 
fərqlər təhlil edilmişdir. Statistik müşahidə – Tədqiqat işində Azərbaycan Respublikası 
Dövlət Statistika Komitəsinin Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı müəyyən etdiyi 
göstəricilərdən, həmçinin müxtəlif mənbələrə əsaslanaraq digər ölkələrin sığorta 
bazarına dair beynəlxalq statistik göstəricilərdən istifadə olunmuşdur. Analiz və sintez– 
Tədqiqat işində müxtəlif dövrlərə və ölkələrə aid məlumatlar əvvəlcə ayrı-ayrılıqda 
analiz edilmiş, daha sonra ümumiləşdirilmiş nəticələrin sintezi aparılmışdır.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin