11.7. Müəssisənin inkişaf imkanlarının təhlili
Müəssisənin inkişaf imkanları
, istiqamətləri iki meyar: 1) yeni və mövjud
bazarlarda fəaliyyətinin məqsədəuyğunluğu və 2) həmin bazarlara yeni və mövjud
məhsullarla çıxmağın məqsədəuyğunluğu əsasında formalaşdırılır. Bu meyarlara uyğun
olaraq müəssisənin inkişaf imkanlarının üç istiqaməti: intensiv inkişaf imkanları;
inteqrasiya inkişaf imkanları və diversifikasiya inkişaf imkan-ları vardır.
İntensiv inkişaf imkanlaı
strategiyasından mövjud bazarlarda inkişaf imkanları
tükənmədiyi, mövjud biznes fəaliyyəti və ya məhsul istehsalı müəssisəni, biznes
vahidini təmin etdiyi halda istifadə olunur. Bu zaman müəssisə və ya biznes vahidi
mövjud bazara yeni məhsulla, yaxud mövjud bazara mövjud məhsulla və yaxud da yeni
bazara mövjud məhsullarla çıxmağı planlaşdıra bilər. Bu variantlardan asılı olaraq
müəssisə bazara nüfuzetmə strategiyasından; yeni bazarlara çıxma strategiyasından və
yeni məhsulların hazırlanması strategiyasından istifadə edə bilər.
Bazara nüfuz etmə strategiyası
mövjud bazarlara mövjud, yəni ənənəvi
məhsulların çıxarılması nəzərdə tutulduğu halda tətbiq edilir və müəssisə, biznes vahidi
özünün marketinq imkanlarından istifadə etməklə, daha effektli marketinq fəaliyyəti
həyata keçirməklə mövjud bazarlarda mövjud məhsulların satışının həjmini artırmağa
çalışır. Başqa sözlə desək, müəssisə və ya strateci biznes vahidi mövjud məhsulların
reklamını güjləndirməklə, öz məhsulunun istehlak xüsusiyyətlərinin üstünlüklərini
təbliğ etməklə, rəqiblərinin zərif tərəflərindən istifadə etməklə və digər vasitələrlə
satışın həjmini artırmağa jəhd edir.
Yeni bazarlara çıxma strategiyası
müəssisənin mövjud məhsullarının yeni
bazarlara çıxarılmasını və yeni bazar seqmentinin ələ keçirilməsini nəzərdə tutur. Yeni
bazarlara çıxmaq üçün müəssisə, məsələn, mövjud məhsullarını işgüzar istehlakçılar
bazarı ilə yanaşı son istehlakçılar bazarına, yeni regionların və ya ölkələrin bazarlarına
da çıxara bilər, yaxud əlavə bölüşdürmə və satış kanalları yarada bilər və s. Həyata
keçirilən bu tədbirlər satışın həjminin artmasına gətirib çıxara bilər.
İntensiv inkişaf imkanlarının
yeni məhsul hazırlanması strategiyasında
müəssisə
mövjud bazarlar üçün yeni məhsul (məhsullar) hazırlanması siyasətini yeridir. Bu halda
müəssisə özünün məhsul çeşidinin dərinliyini və genişliyini artırmaqla məhsul satışının
həjmini artırmağa jəhd edir.
İnteqrasiya inkişaf strategiyası
müəssisənin resurslarını və imkanlarını artırmaq
məqsədilə yeni və ya oxşar biznes fəaliyyətilə məşğul olması və ya bu biznes növlərini
həyata keçirən müəssisələri, həmçinin onun istehsal-satış fəaliyyətinin həyata
keçirilməsini təmin edən müəssisələri ələ keçirməsi ilə əlaqədardır. Bu inkişaf
strategiyasının da iki forması: 1) üfüqi inteqrasiya inkişaf strategiyası və 2) şaquli
inteqrasiya inkişaf strategiyası mövjuddur.
Üfüqi inteqrasiya inkişaf strategiyasında
müəssisə, biznes vahidi ya mövjud
fəaliyyətinə oxşar biznes fəaliyyətlərilə məşğul olan, məhsullar istehsal edən rəqib
müəssisələri satın almaqla (ya onların nəzarət səhm paketlərini almaqla) onları ələ
keçirir, ya da yeni biznes fəaliyyətilə məşğul olan, məhsul istehsal edən yeni
müəssisələr yaradır.
Şaquli inteqrasiya inkişaf strategiyasında
isə müəssisə, biznes vahidi ya özünün
istehsal-satış fəaliyyətinin material resursları ilə təmin edilməsinin və məhsullarının
bölüşdürülməsinin etibarlılığını yüksəltmək və ya bu fəaliyyəti daha yüksək effektlə
həyata keçirmək məqsədilə sənaye zənjirinin müxtəlif mərhələlərində yerləşən
müəssisələri - məhsulgöndərənlərini, bölüşdürmə və satış kanallarını ələ keçirir, yaxud
da bu tip müəssisələrin fəaliyyətini həyata keçirən yeni müəssisələr yaradır.
Bu inkişaf strategiyası əks şaquli inteqrasya inkişaf strategiyası və mütərəqqi
inteqrasiya inkişaf strategiyası formasında həyata keçirilir.
Əks şaquli inteqrasiya
inkişaf strategiyası
məhsulgöndərənlərin ələ keçirilməsini və ya da onların fəaliyyətini
həyata keçirən biznes vahidlərinin yaradılmasını nəzərdə tutur. Məsələn, elektron
məhsullar istehsalçısı olan «
Tandy
» firması plastmass formalar, kabel və
mikroproseslər üçün epoksid platalar istehsal edən firmaları satın almışdır.
Mütərəqqi şaquli inteqrasiya inkişaf strategiyasında
isə müəssisənin və yap
biznes vahidinin inkişafı müəssisə tərəfindən mövjud bölüşdürmə və satış
müəssisələrinin ələ keçirilməsi və yaxud özünün yeni bölüşdürmə və satış şəbəkəsinin
yaradılması yolu ilə həyata keçirilir. Məsələn, «
Tandy
» firması özünün məhsullarının
marketinqinə tam nəzarət etmək və istehlakçılara yaxın olmaq məqsədlə özünün satış
şəbəkələrini yaratmışdır.
Diversifikasiya strategiyasının
mahiyyəti yeni bazarlar üçün yeni məhsullar
istehsal etməklə müəssisənin fəaliyyətinin genişləndirilməsindən ibarətdir. Diversifi-
kasiya üç formada: 1) eyni əlamətli (ümumi mərkəzli) diversifikasiya, 2) oxşar əlamətli
(üfüqi) diversifikasiya və 3) müxtəlif əlamətli (çoxsahəli) diversii-fikasiya formasında
həyata keçirilir.
Eyni əlamətli diversifikasiya
yeni bazarlara mövjud məhsul çeşidinə daxil olan
yeni məhsullarla çıxmağı nəzərdə tutur.Yeni məhsulun istehsal texnologiyası və
marketinq imkanları mövjud texnologiyaya və marketinq imkanlarına əsaslanır.
Oxşar əlamətli diversifikasiyada
müəssisənin biznes portfeli və ya məhsul
portfeli oxşar biznes növləri və ya məhsul çeşidi hesabına genişləndirilir. Bu fəaliyyət
növünün və ya məhsul növünün istehsal texnologiyası və marketinq imkanları mövjud
texnologiya və marketinq imkanlarından fərqlənsə də oxşar əlamətlərə malik olur.
Diversifikasiyanın
müxtəlif əlamətli diversifikasiya
formasında müəssisə nə
özünün mövjud istehsal texnologiyası, nə mövjud məhsul çeşidi, nə də mövjud bazar-
ları ilə əlaqədar olmayan yeni biznes fəaliyyəti və ya yeni məhsul növlərinin istehsalı
ilə məşğul olur.
Dostları ilə paylaş: |