11.2. Strateci marketinq planlaşdırılması prosesi
Qeyd etdiyimiz kimi, strateci marketinq planlaşdırılması iki səviyyədə: 1)
müəssisə səviyyəsində və 2) müstəqil strateci təsərrüfat vahidləri səviyyəsində həyata
keçirilir. Müəssisənin və onun strateci təsərrüfat vahidlərinin missiya və məqsədləri
bəzi hallarda üst-üstə düşmədiyinə, planlaşdırma üzrə onların səla-hiyyətləri və
planlaşdırmanın əhatə miqyası müxtəlif olduğuna və digər səbəb-lərə görə strateci
marketinq planlaşdırılması prosesi bu səviyyələrdə bir-birindən xeyli fərqlənir.
11.3.Müəssisə səviyyəsində strateci marketinq planlaşdırılması
Müəssisə səviyyəsində strateci marketinq planlaşdırılması prosesi bir neçə ardıjıl
mərhələlərdə həyata keçirilir (şəkil 11.1).
Müəssisə səviyyəsində strateci marketinq planlaşdırılmasının birinji mərhələsində
müəssisənin biznes fəaliyyətinin missiyası
müəyyənləşdirilir. Müəssisənin missiyasını
R. Akoff belə müəyyənləşdirmişdir: «missiya müəssisənin təyinatına dair geniş mənada
formalaşdırılmış və uzunmüddətli perspektivə hesablanmış və bu biznesi oxşar
bizneslərdən fərqləndirən bəyannamədir». Kempbell və Tova-dey isə müəssisənin
missiyasını onun təyinatının (nə üçün mövjud olması), stra-tegiyasının, ümumi dəyərlər
sisteminin (müəssisənin ali rəhbərliyinin nələrə inanması) və davranış normalarının
məjmusu, toplumu kimi müəyyən etmişdir. Beləliklə, müəssisənin missiyası dedikdə
onun təyinatı, nə ilə məşğul olması və ya nə ilə məşğul olmağı istəməsi başa düşülür.
Missiya anlayışının məzmunundan görünür ki, o
müəssisənin istehsal etdiyi məhsul və ya məhsullara
deyil, bazarın, istehlakçıların tələbatı-na yönəldilir,
onun əsasında müəyyən edilir. Çün-ki, isehlakçıların
təbii tələbatı daimidir, bazardakı məhsullar isə
müvəqqətidir, müəyyən dövrdən sonra bazardan
çıxarılır.
Məsələn,
kompyüter
istehsal
edən
müəssisələrin missiyası kompyüter istehsalı kimi deyil,
istehlakçının informasiya problemini, çətin və çox
hesablama tələb edən əməliyyatların yerinə yetirilməsi
və
yaxud
avto-matlaşdırılmış
iş
yerlərinin
yaradılmasını təmin edən fəaliyyət kimi müəyyən edilə
bilər.
Müəssisənin
missiyası müəyyənləşdirilərkən
aşağıdakı amillər nəzərə alınır:
Müəssisənin tarixi.
Hər bir müəssisə özünün
inkişaf, fəaliyyət və bazar siyasəti tarixinə malikdir, fəaliyyət göstərdiyi müddətdə
istehlakçıların şüurunda müəyyən bir mövqe qazanmışdır. Buna görə də missiya
hazırlanarkən bunlar nəzərə alınmalıdır və müəssisəyə missiyasına uyğun gəlməyən
bizneslə (hətta mənfəətli olsa belə) məşğul olmaq məqsədəuyğun deyildir. Məsələn,
«Marks & Spencer» kompaniyasının 20 yaşın-dan aşağı gənjlər üçün ujuz və aşağı
keyfiyyətli paltar satışına keçməsi çox az ehtimal olunan variantdır.
Xariji (ətraf) mühit.
Xariji mühitin dəyişməsi müəssisənin missiyasına həllediji
dərəjədə təsir edir. Çünki bu dəyişikliklər müəssisənin fəaliyyətinə həm əlverişli
fürsətlər, həm də təhlükələr yarada bilər. Məsələn, pərakəndə tijarətlə məşğul olan
firmalar kiçik mağazalar əvəzinə iri universamların təşkilinin onlara küllü miqdarda
fayda gətirəjəyini vaxtında başa düşdülər və öz missiyalarını buna uyğunlaşdırdılar.
İşgüzarlıq vərdişləri, bajarığı və imkanları.
Bu onu göstərir ki, müəssisə daha
Şəkil 11.1. Müəssisədə
strateci marketinq
planlaşdırılması
Мцяссисянин
миссийасынын
мцяййянляшдирилмяси
Мцяссисянин мягсядинин
мцяййянляшдирилмяси
Бизнес-портфелин
тящлили
Маркетингин стратеэийа-
сынын щазырланмасы
Стратеэийанын
реализасийасы
Нязарят
yaxşı və daha yüksək effektlə yerinə yetirə biləjəyi fəaliyyətlə məşğul olmalıdır.
Müəssisənin səlahiyyət sahəsinin genişləndirilməsi, yəni yeni fəaliyyət sahələri üzrə
bilik və təjrübə əldə etməsi yeni bazar seqmentlərinə çıxmasına şərait yara-dır.
Dostları ilə paylaş: |