II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
635
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Fikrimizcə, ölkədaxili və ya xarici bazara çıxaracağımız məhsulun doğru müəyyənləşdirilməsi, renatbellilik üçün çox
önəmlidir. Nəzərə almalıyıq ki, mövcud bazar şərtləri istehlakçının həyata baxışına paralel olaraq durmadan dəyişir. Bazarın
10 il əvvəlki aktiv istehlakçıları ilə indiki itehlakçılarını müqayisə etsək, ciddi dəyişikliklərin olduğunu müşahidə edə
bilərik. Başqa sözlə desək, hazırda uşaq və yeniyetmə yaşlarındakı insan gücünün yaxın gələcəkdə bazarın aktiv
istehlakçıları olduğu zaman tələblərin necə dəyişəcəyini söyləmək, təqribən, çox da çətin deyil. Qloballaşma və
informasiya texnologiyalarının tətbiqi isə bu işi daha da sürətləndirir. Deməli, rentabelli məhsul istehsalına nail olmaq üçün
təkcə sənayenin inkişafı şərt deyil. Burada önəmli olan başlıca məqamlardan biri də sənayenin səmərəli inkişafına nail ola
bilməkdir. İstənilən sahə üzrə istehsal olunan məhsulun qısa müddətdə satışı həmin sahənin daha da inkişafına səbəb olan
amillərdəndir. Səmərəli strategiya formalaşdıra bilmiş şirkətlər (adətən, inkişaf etmiş ölkələrdə müşahidə olunur) məhsul
istehsalını istehlakçının tələbləri əsasında yerinə yetirərək, risk amilinin azaldılmasına ciddi şəkildə nail olmaqla yanaşı,
həm də onun maya dəyərinin aşağı salınmasına təmin edə bilirlər. Bu isə o deməkdir ki, satışa çıxarılan məhsul rentabellilik
üçün başlıca amil olan qiymət siyasətində bazarın ən dayanıqlı və aktiv əmtəələrindəndir.
Vurğulamaq istədiyimiz məqam odur ki, ölkə sənayesinin inkişafında istehlakçıların tələbləri mütləq nəzərə alınmalıdır.
Bu zaman yaxın və uzaq gələcəkdə baş verəcək ictimai-siyasi və sosial-iqtisadi dəyişikliklərin (və ya inkişafın) istehlakçıla-
rın tələblərində hansı yeniliklərə səbəb ola biləcəyi doğru təsbit edilməlidir.
İxrac potensialının artırılması məqsədi ilə həyata keçirilən layihələr əsasında sənayenin inkişafı güclü ölkələrə
xarakterik haldır. İxracın yüksək olması ölkəyə daxil olan valyuta miqdarının çox olması deməkdir. Bu həm də istehsalçı
müəssisənin bazar payının genişliyi deməkdir. Ancaq nəzərə almalıyıq ki, kiçik və orta sahibkarlığın inkişafı ölkənin ümumi
inkişafında daha dayanıqlı hal kimi də dəyərləndirilir. Kiçik və orta sahibkarların başlıca müştəriləri isə daxili bazar
hesabına formalaşır. Daxili bazarın təmin olunması idxalın azalmasına, eləcə də ölkədən çıxan valyutanın azalmasına səbəb
olur. Bu da iqtisadiyyatın güclənməsində, həmçinin xarici bazardan asılılığın azalmasında mühüm rol oynayır.
Ümumiyyətlə, daxili istehlakın güclü olması istər idxal, istərsə də ixrac baxımından ölkənin xarici bazardan asılılığını
azaldan potensialdır. Məsələn, Çinin daxili istehlakı o qədər güclüdür ki, xarici ölkələr Çinə embarqo qoysalar belə, daxili
istehlakçı gücü dövriyyəni canlı saxlaya biləcək.
Fikrimizcə, sənayenin səmərəli inkiaşfına nail ola bilmək üçün nisbətən asan və qısa müddətdə formalaşdırılması
mümkün olan kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyət verilməlidir. Kiçik və orta sahibkarların müştəriləri əsasən
daxili bazarda olduğu üçün, bu vəziyyət idaxalın azalmasına səbəb olacaqdır. Bu həm də ölkədaxili ixtisaslaşmanın səmərəli
istifadəsinə də zəmin verəcəkdir. Digər tərəfdən kiçik və orta sahibkarlığın geniş şəkildə inkişafı gələcəkdə böyük
sahibkarların formalaşmasına zəmin verəcəkdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, sənayenin səmərəli inkişafında diqqət edilməli ən vacib məqamlaqrdan biri də, elm
tutumlu sahələrin inkişafını təmin etməkdir. Səmərəliliyin yüksəldilməsi və ya rentabelli məhsul istehsalının təmin edilməsi
üçün ölkənin ən zəruri gücü hesab olunan əhalisi əsas qüvvə kimi dəyərləndirilməlidir. Azərbaycanda ümumi əhali arasında
gənc nəslin payının çoxluğu sənayenin səmərəli inkişafı üçün ən ciddi potensial hesab oluna bilər. Gənclər bazarın an aktiv
istehlakçıları olmaqla yanaşı, həm də bazarda tələblərin dəyişməsində də mühüm rol oynayırlar. Gənclər həm də sənayenin
inkişafı üçün zəruri olan innovasiyaya daha yaxın baxışa malikdirlər. Qənaətimcə, sənayenin səmərəli inkişafı üçün
yeniyetmə və gənc nəsildə təşəbbüskar (girişimçi, startup-çı) yanaşmanı inkişaf etdirmək lazımdır. Bu məqsədlə
aşağıdakıları təklif edirəm:
Təhsil müəssisələrində təşəbbüskar yanaşma tətbiq və tədris olunmalıdır.
Təşəbbüskar gənclər üçün dostanə (hərtərəfli dəstəkləklənən) ekosistem formalaşdırılmalıdırılmalıdır. Universitetlərdə
texnoparkların, həmçinin inkubasiya mərkəzlərinin inkişafı dəstəklənməlidir.
Dünya sərmayəsindən faydalana biləcək təşəbbüslərə doğru işlər görülməlidir. Bunun üçün ölkədaxili ekosistem
münbitləşdirilməli və inkişaf etdirilməlidir.
Beynəlxalq təcrübənin öyrənilməsinə ciddi imkanlar tanınmalıdır.
Dünya elminə hakim olan dilə əhəmiyyət verilməlidir.
Sənayenin səmərəli inkişafında digər bir məqam isə ölkəni xarici investrorlar üçün cazibə mərkəzinə çevirə bilməkdən
keçir. Bu zaman yüksək texnologiyaların inkişafına yönləndirilən investisiya müsbət mənada fəqrlilik formalaşdıracaq.
Xarici investisiyanı emal sənayesinin inkişafına, həmçinin yüksək texnologiyalarına inkişafına yönləndirə bilmək yüksək
inkişaf etmiş ölkələrə xas olan yanaşmadır. Bu fəqrliliyi Azərbaycanda sənayenin səmərəli inkişafı startegiyasında başlıca
məqam kimi formalaşdıra bilmək önəmlidir. Bu isə elm tutumlu sahələrin beynəlxalq rəqabətə davamlı inkişaf etdirilməsi
ilə mümkün olacağı qənaətindəyik.
Elm tutumlu sahələrin inkişafı fonunda sərbəst bazar şərtləri mentorların inkiaşflına zəmin verəcəkdir. Güclü mentor
ölkənin ən önəmli sərvətlərin hesab oluna bilər. Mentor - rasional səmərəliliyi ilə ölkəyə böyük qazanc verən beyin gücünə
malik şəxsdir. Güclü mentorlara sahib ekosistemlərdə elm adamlarının daha səmərəli nəticələri labüddür.
Nəzərə almalıyıq ki, xarici investisiyanı cəlb edən önəmli məıqamlardan biri də həmin ölkəni təmsil edən insan
gücünün beynəlxalq aləmdə təkcə intelektual davranışları ilə deyil, həm də mentorluq gücü ilə də ölçülür. Güclü mentorları
isə startupların inkişafına zəmin verən ekosistemlər formalaşdırır.
|