II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
21
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
GaSe KRİSTALLARINDA İKİNCI HARMONİKANIN GENERASİYASI
Aygül CAVADZADƏ
Bakı Dövlət Universiteti
cavadzadeh@hotmail.com
AZƏRBAYCAN
Layvari quruluşa malik A
3
B
6
yarımkeçirici birləşmələri arasında GaSe kristalları optoelektronika üçün ən perspektivli
materiallardan biri hesab olunur. Bu kristallar kifayət qədər böyük həssaslığa ( hətta ~350 K temperaturunda), eləcə də
0.30÷0.63 mkm və 0.65÷1.80 mkm dalğa uzunluğu intervalında optik şəffaflığa malikdirlər. Layların daxilində güclü ion-
kovalent rabitəsinin və laylar arasında “C” oxu boyunca zəif Van-der-Vaals rabitələrinin olması, həmçinin kristalların
elektrik, optik, istilik, mexaniki xassələrinin güclü anizotrop olması onlarda baş verən tarazlıqda olmayan elektron
hadisələrinin müxtəlif anomallığına səbəb olur.
GaSe kristallarının layvari quruluşa malik olması kontakt strukturlarının, işıq qəbuledicilərinin, işıq mənbələrinin və
həmçinin bistabil düzləndiricilərinin hazırlanması üçün bu kristalları çox perspektiv edir. Bu kristalların yüksək
fotohəssaslıqlı düzləndirici xüsusiyyəti və spektrin görünən hissəsində injeksiya əsasında yaradılmış effektiv elektrolüminis-
sensiya xassəsi, onlar əsasında müxtəlif generatorların, çoxsayılı yarımkeçirici cihazların, dinistorların, tristorların, işıq
triqqerlərinin, “S” volt-amper xarakterli işıq mənbələrinin hazırlanmasına imkan verir. Bir maraqlı faktda ondan ibarətdir ki,
bu maddələr mənfi fotokeçiricilik, məxsusi fotokeçiriciliyin infraqırmızı sönməsi, induksiyalanmış aşqar fotokeçiricilik
xassələrinə də malikdirlər.
Yuxarıda sadalanan bu xüsusiyyətlər GaSe kristallarının fotohəssas spektrini genişləndirməyə ( ~2.60 mkm ), onların
fotoelektrik xassələrini idarə etməyə və onlar əsasında optoelektronikada vacib olan işıq qəbuledicilərinin və düzlən-
diricilərinin hazırlanmasına imkan verir.
GaSe kristalları qeyri-xətti optik hadisələri müşahidə etmək üçün ən vacib yarımkeçirici materiallardan biridir. Təsa-
düfü deyildir ki, bu kristallarda lazer şüalarının tezliyinin effektiv dəyişməsi baş verir. Hətta femtosaniyəli neodim lazerinin
təsiri ilə (λ=1.06 mkm) tetraherst oblastında (λ=300 mkm) işləyən yeni lazer yaratmaq mümkün olmuşdur. Bundan əlavə
GaSe kristallarında çoxfotonlu udma hadisəsi, optik bistabillik, parametrik generator və digər qeyri-xətti optik hadisələr
müşahidə olunmuşdur.
Təqdim olunan işGaSe kristallarında neodim lazerinin təsiri ilə yaranan ikinci harmonika hadisəsinin təcrübi tədqiqinə
həsr olunmuşdur. 2-ci harmonika hadisəsi dedikdə güclü lazer şüalarının təsiri ilə ω tezlikli elektromaqnit dalğasının 2ω
tezlikli şüalara çevrilməsi nəzərdə tutulur. Bu hadisə lazer şüaları qeyri-xətti mühitdən keçdikdə qeyri-xətti polyarizasiyanın
yaranması hesabına baş verir.
|