310
Səfiəddin tərəfindən əsası qoyulmuş “Səfəviyyə” təriqətinin teokratik
təşkilatının qalığı idi.
V.F.Minorskinin göstərdiyi kimi, hakimiyyətə gələn Səfəvilər ikili
idarəçiliklə qarşılaşdılar, onlara başçılıq etdilər. Onlar “krallar kimi öz
sələflərinin (əsasən, Ağqoyunluların) idarəetmə sistemini
irsən qəbul
etdilər. Onlar ilkin təriqətin ali başçıları kimi öz sufilərindən kor-koranə
itaət tələb etdilər”
94
. Böhranlar dövründə onlar öz tərəfdarlarının
“şahsevənlik” hisslərinə müraciət edirdilər, çox zaman tayfalararası
didişmələri təriqət ardıcılları arasında
hökm sürən, müridləri öz “mürşid-
i kamilinə” (yəni şaha) danışıqsız itaətə çağıran ən sərt intizam sayəsində
yoluna qoyurdular
95
.
“Xəlifələrlə” yanaşı “ithaf olunanlar”ın “pirə” (“böyüklər,
ağsaqqallar”) adlanan daha bir kateqoriyası da var idi. V.F.Minorskinin
fikrincə, “xüləfa” “xəlifət əl-xüləfanın” qısaldılmış formasıdır. Təriqətin
işlərini idarə edən və onun tələblərində bacarıqlı sərkərdə kimi xidməti
olan İsmayılın ən yaxın silahdaşlarından
biri mənbəklərdən göründüyü
kimi Xədim bəy Xüləfa, yaxud adı tez-tez qısaca çəkilən Xüləfa bəy
olmuşdur.
“Xəlifət əl-xüləfa” qızılbaş tayfalarının imtiyazlı zümrəsi
içərisindən təyin edilir və bir
qayda olaraq, türk (azərbaycanlı) olurdu.
Səfəvi sülaləsinin şahları onların köməyi ilə yalnız özlərinin
arxalandıqları, onları hakimiyyət başına gətirmiş qüvvələrə deyil, həm də
öz ardıcıllarının geniş şəbəkəsinə nəzarət edirdilər. Xəlifət əl-xüləfalar
böyük hakimiyyətə malik olub “mürşid-i kamilin” (yəni şahın) təriqət
işləri üzrə müavinləri sayılırdılar. Məsələn,
I Şah Təhmasib dövründə
xəlifət əl-xüləfa vəzifəsini tutan Hüseynqulu Xüləfa Rumlunun adı
çəkilir. O, “təbil və bayraq sahibi” olmasa da, böyük nüfuz və təsir sahibi
idi. Diyarbəkirdən və Kiçik Asiyanın digər vilayətlərindən “şah
astanasına” gələn çoxsaylı sufilər
tamamilə ona tabe idilər
96
. İskəndər
bəy Münşi I Təhmasibin müasirləri olan əmirlərin siyahısında adi
“xəlifə”lərin siyahısında 3 şamlı, 1 türkman, 4 zülqədər, 3 qacar, 1 kürd,
1 cağatay tayfa əmirlərinin adlarını çəkir
97
.
311
Sufi təşkilatı o dərəcədə yaşamağa qabil idi ki, hətta I Abbasın
ölümündən sonra da şahın öz ardıcıllarının “mürşid-i kamili” olması
ideyası onun nazirləri tərəfindən tanınmışdı.
Lakin sonralar xəlifət əl-
xüləfa vəzifəsi siyasi hakimiyyətdən uzaqlaşdırıldı və sadəcə olaraq
“sufilərin işlərinə dair katibliyə” çevrildi
98
. Məsələn,
“
Təzkirət əl-
mülük”də göstərilir ki, şahın adından fəaliyyət göstərən xəlifət əl-xüləfa
bütün vilayətlərə (məmalik) öz nümayəndələrini (xəlifə) təyin edir.
Dostları ilə paylaş: