Seçilmiş əsərləri X
15
QAYIDAR
Mənim zənglərimin qulağı – səsdə,
Gedər siqnallarım, gedər, qayıdar.
Mənim
zənglərimə oyanan kəs də
Özündən-özünə qədər qayıdar.
Qayıdar, zamanın içini görər,
Yerinin, yurdunun köçünü görər.
Ona biçimlənən
ölçünü görər,
Bugündən dünənə gedər qayıdar.
Bilər ki, halalı, haramı nəymiş,
Şöhrətin, sərvətin talanı nəymiş.
Düşdüyü oyunun məramı nəymiş,
Bəxtin ələk-vələk edər, qayıdar.
2015
Firuzə Məmmədli
16
***
Davam edir 37
Xəlil Rza Ulutürk
Vurdum
gecəni gündüzə,
Əyri neçəni min düzə.
Yenə bağlandım bir sözə,
Ümidə bağlandım yenə.
Bağlı idi, getdim, açdım,
Dindən-dondan ötdüm açdım.
Açdım, örtdüm, örtdüm, açdım,
Qapıda saxlandım yenə.
Dindi sözüm min dil ilə,
Yol açmadım him-cim ilə.
Söz dəyərdə incim ilə,
İzləndim, yoxlandım yenə.
2018
Dostları ilə paylaş: