TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Orta Paleolit-Mustye mədəniyyəti (100-35  min il  əvvəl)



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə15/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   11   12   13   14   15   16   17   18   ...   157
Orta Paleolit-Mustye mədəniyyəti (100-35  min il  əvvəl). Aparılan arxeoloji 

tədqiqatlar göstərir ki, 100 min il bundan  əvvəl Son Aşel dövrü Mustye mədəniyyəti 

ilə  əvəz  olunmuşdur.  Bu  dövr  ilk  dəfə  Fransanın  Le-Mustye  düşərgəsində  müəyyən 

olunduğuna görə, tapıldığı yerin adı ilə Mustye mədəniyyəti adlandırılmışdır. Mustye 

dövrü  insanlarının  həyatında  mühüm  dəyişikliklər  baş  vermişdir.  Məhz  bu  dövrdən 

başlayaraq  qədim  insanlar  yeni  tipli  əmək  alətləri  hazırlamağa  başlamışlar.  Bu, 

onların  inkişafı  ilə  əlaqədar  olaraq  meydana  çıxmışdır.  Artıq  əvvəlki  dövrlərdə 

hazırlanmış  əmək  alətləri  -  kobud  çapma  alətləri,  əl  çapacaqları  insanların  yeni  

tələbatını  ödəyə  bilmir  və  daha  mükəmməl  universal  əmək  alətlərinin  hazırlanması 

əsas  məsələ  kimi  qarşıda  dururdu.  İlk  dəfə  olaraq  levallua  və  Mustye  itiuclularının 

hazırlanması qədim insanların həyatında mühüm rol oynadı. 

Mustye  mədəniyyəti  dövründə  qədim  insanların  bədən  quruluşunda,  istehsal 

texnikasında, təsərrüfatında və həyat tərzində böyük dəyişikliklər baş vermişdir. 

Mustye  dövrünün  sakinləri  neandertal  tipli  insanlar  olmuşlar.  Onlar  yaşamaq 

üçün özlərinə  mağaralarda, açıq yaşayış  yerlərində  və  komalarda  yer hazırlayırdılar. 

Neandertal  tipli  insanlar  yaşayış  tikililərini  əsasən  nəhəng  heyvan  sümüklərindən  və 

iri qaya daşlarından düzəldirdilər. 

Mustye  dövründə  də  qədim  adamların  əsas  məşğuliyyəti  ovçuluq  olmuşdur. 

Lakin onlar təbiətin hazır nemətlərindən də istifadə etmişlər. 

Arxeoloji  qazıntılar  zamanı  Mustye  dövründə  neandertal  tipli  insanların 

qəbirləri  aşkar  olunmuşdur.  Deməli,  Mustye  dövründə  neandertal  tipli  adamların 

həyatında  dəfn  mərasimi  olmuş  və  artıq  onlarda  bəzi  dini  görüşlər  formalaşmağa 

başlamışdır. 

Azərbaycanda aparılan arxeoloji tədqiqatlar zamanı Mustye mədəniyyətinə aid 

Azıx  (III  təbəqə),  Tağlar,  Daşsalahlı,  Qazma  və  Buzeyir  düşərgələri  aşkar 

olunmuşdur. 

Azıx  mağarasının  III  təbəqəsində  tədqiqatlar  zamanı  3  mindən  çox  daş 

məmulatı  və  6  mindən  artıq  ovlanmış  heyvan  sümükləri  tapılmışdır.  Düşərgənin  III 

təbəqəsindən aşkar olunmuş  daş  məmulatının  əksəriyyəti çaxmaq  və  şist daşlarından 

hazırlanmışdır. Daş  məmulatı arasında  dəvəgözü daşından  hazırlanmış  əmək alətləri 

də qeydə alınmışdır. Bu göstərir ki, Azıx düşərgəsində Mustye dövrü adamları əmək 

alətləri  hazırlamaqda  üstünlüyü  çaxmaq  və  şist  daşlarına  vermişlər.  Bu,  heç  də 

təsadüfi  deyil.  Qədim  adamlar  təcrübədə  görmüşlər  ki,  çaxmaq  daşından  istənilən 

formada  əmək  alətləri  hazırlamaq  olur  və  onlardan  müxtəlif  məqsədlər  üçün  istifadə 

etmək  əlverişlidir.  Azıx  Mustye  düşərgəsi  daş  məmulatının  elmi  təhlili  göstərir  ki, 

mağara sakinləri əmək alətlərinin bir hissəsini mağaranın özündə, digər hissəsini isə 




53 

 

kənarda  hazırlamışlar.  Mustye  mədəniyyəti  dövründə  neandertal  tipli  insanlar  Azıx 



mağarasında daim yaşamışlar. 

Arxeoloji  qazıntılar  zamanı  Azıx  düşərgəsinin  III  təbəqəsindən  ovlanmış 

heyvan sümükləri tapılmışdır. Sümüklər içərisində çoxlu at, ibtidai öküz, vəhşi qulan, 

Qafqaz  maralı,  qaban,  mağara  ayısı,  kərgədan  və  s.  heyvanların  sümükləri  qeydə 

alınmışdır.  Sümüklərin  bəziləri  daşlaşmışdır.  Tapılmış  sümük  məmulatının 

əksəriyyəti  ocaqda  yandırılmışdır.  Bu  da  Azıx  sakinlərinin  həyatında  Mustye 

mədəniyyəti dövründə odun əsas yer tutduğunu göstərir. 

Azərbaycan  ərazisində  Mustye  mədəniyyətinə  aid  ən  möhtəşəm  abidə  Tağlar 

düşərgəsidir.  Tağlar  Mustye  düşərgəsi  özünün  maddi  mədəniyyət  qalıqlarına, 

stratiqrafiyasına  və  yaşayışın  uzunmüddətli  olmasına  görə  keçmiş  SSRİ  və  Yaxın 

Şərq  abidələri  içərisində  mühüm  yer  tutur.  Mağara  Qarabağ  ərazisində  olub, 

Quruçayın sol sahilində yerləşir. 

1963-cu  ildən  Tağlar  Mustye  düşərgəsində  arxeoloji  qazıntı  işləri  aparılır. 

Arxeoloji  tədqiqat  işləri  nəticəsində  düşərgədən  7  mindən  artıq  daş  məmulatı  və 

qədim insanların ovladıqları 20 mindən çox heyvan sümükləri aşkar olunmuşdur. 

Tağlar  düşərgəsinin  çöküntülərində  altı  mədəni  təbəqə  qeydə  alınmışdır.  I 

təbəqədən orta əsrlər, tunc və eneolit dövrlərinə aid gil qab qırıqları tapılmışdır. II-VI 

təbəqələrdən  Mustye  mədəniyyətinə  aid  maddi  mədəniyyət  nümunələri  aşkar 

olunmuşdur. 

Daş məmulatı içərisində əmək alətləri, istehsal tullantıları və nukleus əsas yer 

tutur.  Daş  məmulatının  elmi  tədqiqi  göstərir  ki,  Tağlar  mağarasının  qədim  sakinləri 

əmək  alətlərini  əsasən  düşərgədə  hazırlamışlar.  Əmək  alətləri  içərisində  əsas  yeri 

levallua,  Mustye  itiucluları  və  qaşov  tipli  alətlər  tutur.  Əmək  alətlərinin  əksəriyyəti 

çaxmaq  daşından  hazırlanmışdır.  Daş  alətlər  içərisində  tək-tək  bıçaq,  dişli  və  gəzli 

alətlər də qeydə alınmışdır. 

Bütün Zaqafqaziya və Yaxın Şərq abidələri içərisində Tağlar Mustye düşərgəsi 

yeganə  abidədir  ki,  burada  yaşayış  uzunmüddətli  olmuşdur  və  tapılan  əmək  alətləri 

zəngin tarixə malikdir. 

Tağlar  Mustye  düşərgəsi  daş  məmulatının  texniki  və  tipoloji  tədqiqi  zamanı 

Paleolit  dövrü  üçün  yeni  əmək  alətləri  qeydə  alınmış  və  onlara  Tağlar  tipli  əmək 

alətləri adı verilmişdir. Həmin alətlər olduqca zərif hazırlanmış və bir neçə işlək ağıza 

malikdir. 

Tağlar  mağarasının  mədəni  təbəqələrindən  çoxlu  ovlanmış  heyvan  sümükləri 

də  aşkar  olunmuşdur.  Bu  göstərir  ki,  Mustye  mədəniyyəti  dövründə  Tağlar 

mağarasında  yaşayan  qədim  insanların  əsas  fəaliyyəti  ovçuluqdan  ibarət  olmuşdur. 

Sümüklər həddən artıq çapıldığından əksəriyyətinin hansı heyvan növünə aid olmasını 

təyin etmək qeyri-mümkündür. Təyin olunanlar isə ancaq ayrı-ayrı çənə və dişlərdən 



54 

 

ibarətdir.  Sümüklər  arasında  maral,  mağara  ayısı,  ibtidai  at  sümüklərinin  qırıntıları 



çoxdur. 

Tağlar  düşərgəsinin  çöküntülərində  çoxlu  ocaq  layları  aşkar  olunmuşdur.  Bu 

göstərir  ki,  qədim  insanların  həyatında  ocaq  mühüm  yer  tutmuşdur.  Sümük 

məmulatının əksəriyyəti ocaqda yandırılmışdır. 

Tağlar  düşərgəsinin  maddi  mədəniyyət  qalıqları  əsasında  əmək  alətlərinin 

uzunmüddətli  inkişafını  və  yeni-yeni  əmək  alətlərinin  meydana  gəlməsi 

xüsusiyyətlərini  öyrənmək  olur.  Aydındır  ki,  əmək  alətlərinin  inkişafı  insanların 

təkamülünün  təzahürü  idi.  Məhz  ona  görə  də  əmək  alətlərinin  inkişafı  tarixi  insan 

cəmiyyətinin, insanın özünün inkişaf tarixi deməkdir. 

Tağlar mağarasında kompleks şəkildə elmi-tədqiqat işləri aparılmışdır. Burada 

arxeoloqlarla  yanaşı,  paleontoloqlar,  paleogeoloqlar,  paleocoğraflar,  paleobotaniklər 

və  başqa  elm  sahələrinin  mütəxəssisləri  işləmişlər.  Bu  tədqiqatlar  nəticəsində 

düşərgənin  arxeoloji  tədqiqi  ilə  yanaşı  düşərgə  ətrafının  və  qonşu  ərazilərin  erkən 

xvalın  əsrindəki  təbii  iqlim  şəraiti  bərpa  edilmişdir.  Məlum  olmuşdur  ki,  həmin 

dövrdə  Kiçik  Qafqazın  cənub-şərq  hissəsində  bütün  müasir  landşaft  qurşaqları 

mövcud olmuşdur. 

Arxeoloji tədqiqatlar nəticəsində Tağlar Mustye düşərgəsində qədim insanların 

90 min il bundan əvvəldən 35 min il əvvələ qədər yaşadıqları müəyyən olunmuşdur. 

Eyni  zamanda  bütün  Yaxın  Şərq  ərazisində  Tağlar  düşərgəsinin  əsas  mədəniyyət 

mərkəzi  olması  və  Tağlarda  hazırlanmış  əmək  alətlərinin  hələ  Mustye  mədəniyyəti 

dövründə Yaxın Şərq ölkələri ərazisində yayılması aydın olmuşdur. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin