Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə63/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   59   60   61   62   63   64   65   66   ...   147
* * *

 

 

Dünyanın  ən gözəl səsi nə  səhərin gözü açılmamış böyük bir dəstə ilə 



məhəllədəki qoşa tut ağacına qonmuş sərçələrin cik-ciki idi, nə qonşuları Fətullanın 

klarnetinin səsi, nə də bir başqa səs – bunlar gözəl idi, öz yerində, amma dünyanın 

ən gözəl səsi elektrik qatarının təkərlərinin çuqqa-çuku idi və  Əliqulu həmişə 

elektrik qatarının o çuqqa-çuku altında vaqonun pəncərəsindən eşiyə baxanda bütün 

bədəninə bir rahatlıq gəlirdi, altmış altı illik həyatının işıqlı  nə xatirəsi varıydısa, 

yadına düşürdü və o məqamlarda qətiyyən fərqi yox idi ki, qatar getdikcə 

pəncərədən görünən və bir-birini əvəz eləyən Abşeron mənzərələri nədən ibarət idi? 

o dəm Əliqulu gözünün qabağındakı o xatirələrin içində olurdu, misal üçün, birinci 

sinifə getməsini yadına salırdı, düzdü, yeddinci sinifi güc-bəla ilə qurtardı, sonra 

daha məktəbi buraxdı, çünki oxumağa nə  həvəsi var idi, nə  də  şəraiti və gedib 

vağzalda paravoz kömürü daşımağa başladı, amma o birinci sinifə getdiyi günün 

tərtəmizliyi, o balaca Əliqulunun məktəbə getməyi münasibətilə anasının qayçılayıb, 

guya, sahmana saldığı pırpızaq saçları, elə anasının da mürəkkəbqabı qoymaq üçün 

qalın pambıq ipdən toxuduğu mürəkkəb torbacığı, «Əlifba» kitabındakı o şəkillər 

gözlərinin qabağına gəldi; həmin qatar çuqqa-çukuda basma kağız mürəkkəbi özünə 

necə  çəkirdisə,  Əliqulunu da eləcə özünə  çəkirdi və qatarın o gözəl çuqqa-çuku 

altında zibil eşələməyə getməyi, xüsusən də yay vaxtı zibilliyin qurdlamış iyi-

üfunəti tamam yaddan çıxırdı. 

Sovet hökumətinin vaxtında Bakının mərkəzində bir çox hündürmərtəbəli 

binalar var idi ki, onların sakinləri, xüsusən arvadlar, yəni, ev sahibələri bu 

qısaboylu, arıq kişini – Əliqulunu yaxşı tanıyırdılar: səhər tezdən günortayacan 

Əliqulu çiynində torba o hündür binaların həyətinə girib və başını qaldırıb: «– 

Butulka pakupayu-u-u!.. Butulka pakupayu!..»– deyə qışqırırdı və elə ki, çiynindəki 

o böyük torba səkkiz qəpiyə, on qəpiyə, on bir qəpiyə aldığı çaxır, su, araq, kefir 

şüşələri ilə dolurdu, aparıb Şüşəalma Məntəqəsində onları on qəpiyə, on iki qəpiyə, 

on dörd qəpiyə dövlətə təhvil verirdi və pis də qazanmırdı. 

Sonra sovet hökuməti dağıldı  və aradan keçən bu müddət  ərzində Bakı 

camaatının bir qismi harınlamışdı, boşalmış şüşələri atırdı zibil yeşiyinə, qalan qismi 

də tamam kasıblamışdı və hərgah onların evində bir şüşə boşalırdısa, özləri aparıb 

Şüşəalma Məntəqələrinə  təhvil verirdilər və o Şüşəalma Məntəqələri də daha 

dövlətin deyildi, ayrı-ayrı adamların idi və onlar hər şüşəni bittə-bittə yoxlayırdılar. 

Indi daha hündürmərtəbəli binaların həyətinə girib:  

«– Butulka pakupayu!.. Butulka pakupayu!..» – qışqırmağın mənası yox idi və 

indi Əliqulu belindəki həmin torba ilə o hündür-mərtəbəli binaların həyətlərinə girib 

çubuqla zibil yeşiklərini eşələyirdi və tapdığı  şüşələri də ordan yığıb belinə 

şəlləyirdi və aparırdı Şüşəalma Məntəqəsinə. 

Düzdü, indi yüz cürə içki peyda olmuşdu və o içkilərin də yüz cürə şüşəsi var 

idi, amma qazanc sovet hökumətinin vaxtındakından az olurdu və ümumiyyətlə, indi 

belə  məlum olurdu ki, sovet hökuməti elə, doğrudan da, fəhlələrin hökuməti imiş

bir də ki, məsələ hökumətdə deyildi, sovet vaxtı kim pis yaşayırdısa, elə indi də it 

günündə yaşayır, yox, kim ki, o vaxt yaxşı yaşayırdı, indi də elə həmin adamlar o 

vaxtkından da yaxşı yaşayırdılar. 

Fikirlər gəlib bu məqama çatanda, Əliqulu ürəyində deyirdi: 

«– Halal xoşları olsun!»  

Həyatın öz qanunları var...  



 

315


 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin